14 Dekabr 2024 09:00
1483
Mədəniyyət
A- A+
Elmi və publisistik yaradıcılığı zəngin olan professor

Elmi və publisistik yaradıcılığı zəngin olan professor


Həm deyir, həm də yazırlar ki, kitab bəşəriyyətin ən böyük kəşfidir. Bu sözdə böyük həqiqət və hikmət var. Çünki kəşflərə gedən bir çox yollar özündə elmləri, bilikləri birləşdirən kitablardan başlayır. Kitablardan başlayan yollar isə heç vaxt bitib tükənmir.

Hər dəfə yeni çapdan çıxmış kitabları vərəqləyəndə sevinc dolu qəribə hisslər keçiririk. Bu hisslər kitabı oxuyub bitirənə qədər qəlbimizi tərk etmir. Oxuduğumuz kitab zövqümüzü oxşayanda, ürəyimizə yatanda, ruhumuza sakitlik ələyəndə isə bu xoş hisslər uzun illər bizimlə yaşayır.

Bəzən haqlı olaraq insanları kitablara da bənzədirlər. Böyük rus yazıçısı Maksim Qorki yazırdı ki, insan açılmamış bir kitabdır, vərəqlədikcə yeni üzü bəlli olur. Böyük şairimiz Bəxtiyar Vahabzadə də deyirdi ki, insan göydə ay kimidir, görünməyən tərəfi var. Amma tanınmış insanlar, böyük şəxsiyyətlər haqqında yazılmış kitablarda onların həyatları bütöv və tam görünür, necə deyərlər, görünməyən tərəfi qalmır.

Bu günlərdə tanınmış şair və publisist Əli Rza Xələflinin "İti bucaq baxışı" adlı kitabı işıq üzü görüb. Kitab tanınmış ziyalı, həmişə sözünün çəkisi olan televiziya tənqidçisi, Əməkdar jurnalist, professor Qulu Məhərrəmlinin publisist və elmi yaradıcılığına həsr olunub. Müəllif tanınmış jurnalist Qulu Məhərrəmlinin publisistik və elmi yaradıcılığını onun indiyə qədər çap olunmuş kitabları əsasında təhlil edir. Eyni zamanda öz fikir və mülahizələrini də irəli sürür, oxucunun düşüncələrinə işıq salır.

Kitabını hissələrə ayıran müəllif professor Qulu Məhərrəmlinin yaradıcılığını ardıcıllıqla izləyir. Ön sözlə başlayan kitab sonra "Yazarın kimliyi - sözün görkəzmə üzü", "Zamanın pəncərələri", "Gələcəyə ön söz", "Cümhuriyyət həqiqətləri publisistik səciyyədə", "Qarabağ: yaşayan tarixin fəzaları", "Vətəndən keçən yol", "Amal və əməl savaşı: milli-mənəvi problemlər", "Ana dili problemləri", "Mətbuat, TV və jurnalistika problemləri", "Beynəlxalq problemlər - geopolitika məsələləri", "Siyasi-ədəbi portretlər" və başqa fəsillərə bölünərək oxuculara çatdırılır. Elə fəsillərin adından professor Qulu Məhərrəmlinin həm elmi, həm də publisistik yaradıcılığının necə də çoxşaxəli olduğu diqqəti cəlb edir. Əli Rza Xələfli bu fəsillərdə Qulu Məhərrəmlinin yazdığı əsərləri geniş şəkildə təhlil edərək onlara yüksək dəyər verir.

Müəllif həm elmi, həm də publisistik əsərlərini təhlilə çəkdiyi professor Qulu Məhərrəmlini oxuculara bu cümlələrlə təqdim edir: "Qulu Məhərrəmli tanınmış ziyalıdır, alimdir, sayılıb-seçilən tənqidçidir, iti qələmli publisistdir. Bu gün cəmiyyətdə gedən mənəvi proseslərin önündə dayanır. Ölkənin, dövlətin, millətin xeyrinə olan bütün ciddi dəyişikliklərin tərəfdarıdır".

Haqqında qısaca söz açdığımız kitaba ön söz yazan professor İsmayıl Kazımov da Qulu Məhərrəmlinin yaradıcılığına yüksək dəyər verərək yazır: "Müasir cəmiyyət həyatının ən aktual və gərgin problemləri Qulu Məhərrəmlinin publisistik yazılarında kütləviləşir, ictimai-siyasi gücü ilə təsir dairəsini artırır. Ən mühüm, ən vacib suallar, gündəlik və sair məsələlər Ə.Xələflinin təhlilində kombinasiya olunur... Qulunun publisistikasının güclü dil bazası var. Bu baza onun kitabdakı məqalələrində və mahir mətbuat işçisi, şair-publisist Əli Rza Xələflinin düşüncəsində mükəmməllik zirvəsinə yüksəlir". 

Müəllif Əli Rza kitabda professor Qulu Məhərrəmlinin publisistik və elmi əsərlərinin, bir zamanlar televiziya kanallarında aparıcısı olduğu verilişlərin, ssenari müəllifi olduğu sənədli filmlərin siyahısını da dərc edib. Dərc olunan bu siyahıdakı kitabların çoxu dərsliklər və dərs vəsaitləridir. Bütün bunlar bir daha göstərir ki, professor Qulu Məhərrəmlinin həm elmi, həm də publisistik yaradıcılığı olduqca zəngindir. Elə professoru elmi ictimaiyyətə və cəmiyyətə sevdirən də bu zənginlik və ənginlikdir.

Professor Qulu Məhərrəmlini oxucularına yaxından tanıtmağa çalışan müəllif onun bir zamanlar jurnalistikamızın tanınmış nümayəndələri olmuş Nəsir İmanquliyevdən, Şirməmməd Hüseynovdan, Famil Mehdidən, Qulu Xəlilovdan, Tofiq Rüstəmovdan və başqa müəllimlərdən dərs aldığını qeyd edir. Bu gün professor Qulu Məhərrəmli özü də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində dərs deyir, müəllimlik edir. Gələcək jurnalistlərə elm və bilikləri öyrədir, sabahımızın mətbuatı üçün dəyərli kadr və mütəxəssislərin hazırlanmasına çalışır.

İnanırıq ki, tanınmış jurnalist, professor Qulu Məhərrəmlinın elmi və publisistik əsərlərinin təhlilinə həsr olunmuş "İti bucaq baxışı" oxucular tərəfindən rəğbətlə qarşılanacaq, maraqla oxunacaq. Kitabda dərc olunmuş məqalə və şərhlər oxucuların dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq.


Z.FƏRƏCOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!