17 Dekabr 2024 13:51
92
CƏMİYYƏT
A- A+
CƏMİYYƏT Bakıda “Media savadlılığı” konfransı keçirilib YENİLƏNİB 

CƏMİYYƏT Bakıda “Media savadlılığı” konfransı keçirilib YENİLƏNİB 

Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə dekabrın 17-də Bakıda “Media savadlılığı” konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, “Media savadlılığı” Həftəsi çərçivəsində təşkil olunmuş konfransın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media savadlılığının artırılmasının kifayət qədər miqyaslı və cəmiyyətin bütün seqmentlərini əhatə edən davamlı proses olduğunu, dövlət qurumlarının, medianın və cəmiyyətin ünsiyyətinin sağlam prinsiplər əsasında qurulmasının, effektiv kommunikasiyasının vacibliyini, medianın məzmun istehsalında peşəkarlığının yüksəldilməsinin bu istiqamətdə mühüm əhəmiyyət daşıdığını bildirib.

Audiovizual Şuranın sədri İsmət Səttarov çıxışında media savadlılığının ehtiyac duyulan məlumatı tapmaq, qiymətləndirmək və ondan səmərəli istifadə etmək bacarığı olduğunu diqqətə çatdırıb. O bildirib ki, informasiyanı anlamaq, tənqidi düşünmək, jurnalistikanın prinsiplərini mənimsəmək, medianın necə fəaliyyət göstərdiyini başa düşmək, mediada yayılan məlumat və hadisələrin heç də həmişə reallığı əks etdirmədiyinin fərqində olmaq media savadlılığının əsasını təşkil edir.

Mərakeş Krallığının Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumunun sədri Lətifə Axarbaş isə müasir dövrdə elektron informasiya cəmiyyətinin sürətlə genişlənməsi və rəqəmsal mühitdə məlumatlara asan çıxışın təmin edilməsi ilə əlaqədar auditoriyanın xəbərin doğru və etibarlı tərəfini müəyyənləşdirməkdə çətinliklərlə üzləşdiyini vurğulayaraq, media savadlılığının artırılmasının əhəmiyyətindən danışıb.

Daha sonra cari ilin iyulunda keçirilmiş 2-ci Şuşa Qlobal Media Forumunda dezinformasiya və media savadlılığı ilə bağlı səsləndirilən fikirlərin yer aldığı videoçarx təqdim edilib.

Prezident mükafatçısı və texno-bloger Tariyel Ağazadə dezinformasiyanın aşkarlanması ilə bağlı “Tools and Techniques” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda müasir dövrün ən böyük problemlərindən biri olan saxta xəbərlərin müəyyən edilməsi üçün istifadə olunan texnologiya və metodlar auditoriyanın diqqətinə çatdırılıb.

Təqdimatdan sonra "Rəqəmsal dövrdə gənclər və media savadlılığı" mövzusunda panel sessiya təşkil olunub, mövzu ətrafında çıxışlar dinlənilib.

Tədbir çərçivəsində, həmçinin "Media savadlılığı" mövzusunda keçirilən sorğunun qalibləri mükafatlandırılıb.

Konfrans işini "Süni intellekt və media savadlılığı” və "Təhsildə media savadlılığı" mövzularında dəyirmi masalarla yekunlaşdırıb.

Qeyd edək ki, konfransda aidiyyəti dövlət qurumlarının və özəl təşkilatların, akademik müəssisələrın, media və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, həmçinin sahə üzrə yerli və xarici ekspertlər, 500 nəfərə yaxın Azərbaycan könüllüsü və gənci iştirak edib.

Xatırladaq ki, media savadlılığının artırılması və təşviqi məqsədilə Media savadlılığı platforması da fəaliyyət göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İcbari Tibbi Sığorta üzrə Agentliyin 2024-cü il üzrə fəaliyyətinin yekunları təqdim edilib

14:53
17 Dekabr

Şahin Bağırov: Gəlirlərin toplanması istiqamətində elektron bildiriş sistemi hazırlanıb

14:36
17 Dekabr

Xankəndi və Xocalıda yeni uşaq bağçaları fəaliyyətə başlayıb

14:23
17 Dekabr

DGK sədri: Dövlət büdcəsi ilə bağlı proqnozun yerinə yetirməsində problem yoxdur 

14:09
17 Dekabr

Hərbi vəzifəlilərin təlim toplanışı keçirilib

14:02
17 Dekabr

CƏMİYYƏT Bakıda “Media savadlılığı” konfransı keçirilib YENİLƏNİB 

13:51
17 Dekabr

Moldova Prezidenti Azərbaycanın diaspor rəhbərini “Vətəndaş xidmətlərinə görə” medalı ilə təltif edib  

13:36
17 Dekabr

Sabah yarımadanın bəzi yerlərində sulu qar yağacaq

13:29
17 Dekabr

Donald Tramp Kanadanı yenə ştat adlandırıb

12:46
17 Dekabr

KOBİA sədri: Gömrük əməliyyatları biznes prosesinin mühüm tərkib hissəni təşkil edir

12:43
17 Dekabr

Tatarıstan Respublikasının Rəisi Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

12:42
17 Dekabr

Nazir: Bu il türk dövlətlərinin nümayəndələrinin iştirakı ilə ədliyyə sahəsində 30-a yaxın tədbir keçirilib

12:41
17 Dekabr

İcbari tibbi sığortaya il ərzində müraciətlərin statistikası açıqlanıb

12:39
17 Dekabr

Cənubi Koreya ordusunun baş qərargah rəisi həbs edilib

12:38
17 Dekabr

Rusiyanın Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Ələt Azad İqtisadi Zonasında olub

12:37
17 Dekabr

Bu ilin 11 ayı ərzində özəl tibb müəssisələrinə 248.6 milyon manat məbləğində ödəniş olunub

12:35
17 Dekabr

Zaur Əliyev: Tibbi xidmətlərə müraciətlərin sayı 24 milyonu ötəcək

12:27
17 Dekabr

Nazir: Qarabağda əmək qabiliyyətli vətəndaşların 85 faizi işlə təmin edilib  

12:26
17 Dekabr

İsmət Səttarov: Media savadlılığının hər bir insanın təhsilində yer alması çox mühümdür  

12:24
17 Dekabr

İcraçı direktor: Media savadlılığı sahəsində maarifləndirmə işlərində fasilə yaranmamalıdır  

12:23
17 Dekabr

Əhməd İsmayılov: Ölkəmiz onun informasiya mühitini çirkləndirmək istəyən müxtəlif dairələrin hədəfindədir  

12:22
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!