17 Dekabr 2024 12:41
112
CƏMİYYƏT
A- A+
Nazir: Bu il türk dövlətlərinin nümayəndələrinin iştirakı ilə ədliyyə sahəsində 30-a yaxın tədbir keçirilib

Nazir: Bu il türk dövlətlərinin nümayəndələrinin iştirakı ilə ədliyyə sahəsində 30-a yaxın tədbir keçirilib

Türk dövlətləri arasında münasibətlər getdikcə dərinləşməkdədir. Son bir neçə il ərzində dövlətlərarası münasibətlər demək olar bütün sahələrdə genişlənir və inkişaf edir. Təbii ki, ədliyyə sahəsi də istisna deyil. Təkcə bu il ədliyyənin bütün sahələrini əhatə etməklə 30-a yaxın müxtəlif seminar, konfrans, fərdi tədbirlər keçirilib. Həm məhkəmə sisteminin nümayəndələri, həm məhkəmə-hüquq şuraları, prokurorluqlar, Ədliyyə nazirlikləri arasında əməkdaşlıq nəzərdə tutulub. Həmin əməkdaşlıq hətta notariat sahəsini də, bütövlükdə akademiyalar arasında əməkdaşlığı da əhatə edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov "Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda beynəlxalq konfransda deyib.

"Əməkdaşlıq həm ikitərəfli müstəvidə, eyni zamanda, çoxtərəfli platforma hesab olunan Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilib. Sentyabrda Astanada Türk Dövlətləri Təşkilatının Ədliyyə Nazirləri Şurası təşkil olunub. Onun ilk tədbiri də elə Qazaxıstanda keçirilib. 2025-ci ildə həmin tədbirin Azərbaycanda keçirilməsi nəzərdə tutulub. Hesab edirəm ki, münasibətlərin sağlam zəmini artıq yaradılıb. Keçirdiyimiz tədbirlər də münasibətlərin inkişafına töhfə verir", - deyə nazir əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: Tramp ilk mərhələdə ölkədən bir milyon miqrantı çıxaracaq  

15:42
17 Dekabr

Gürcüstanın Baş naziri: Avropa İttifaqının qərarı anti-Gürcüstan siyasətinin nümunəsidir  

15:41
17 Dekabr

DGK sədrinin birinci müavini: Bu il gömrük qanunvericiliyinin pozulması ilə bağlı 33 mindən çox fakt aşkar edilib  

15:15
17 Dekabr

İrakli Kobaxidze: “Gürcü Arzusu” dördüncü dəfə ölkədə inqilabın qarşısını aldı  

15:09
17 Dekabr

Bakı-Tbilisi-Ərzurum kəməri ilə 20 milyard kubmetrdən çox təbii qaz ixrac edilib  

15:08
17 Dekabr

Azərbaycanda əhalinin sayı 10 milyon 218 mini ötüb

15:07
17 Dekabr

Erməni separatçılarının cinayət işi məhkəməyə göndərilib

15:05
17 Dekabr

Çində 3 milyard yuanlıq korrupsiya əməlində təqsirli bilinən sabiq məmur edam edilib

15:03
17 Dekabr

BTC kəməri ilə nəql olunan neftin həcmi açıqlanıb

15:02
17 Dekabr

Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqədə ali mükafata layiq görülüb

15:01
17 Dekabr

İcbari Tibbi Sığorta üzrə Agentliyin 2024-cü il üzrə fəaliyyətinin yekunları təqdim edilib

14:53
17 Dekabr

Milli Məclisin sədri Türkiyəyə rəsmi səfərə gedib

14:42
17 Dekabr

Şahin Bağırov: Gəlirlərin toplanması istiqamətində elektron bildiriş sistemi hazırlanıb

14:36
17 Dekabr

Xankəndi və Xocalıda yeni uşaq bağçaları fəaliyyətə başlayıb

14:23
17 Dekabr

DGK sədri: Dövlət büdcəsi ilə bağlı proqnozun yerinə yetirməsində problem yoxdur 

14:09
17 Dekabr

Hərbi vəzifəlilərin təlim toplanışı keçirilib

14:02
17 Dekabr

CƏMİYYƏT Bakıda “Media savadlılığı” konfransı keçirilib YENİLƏNİB 

13:51
17 Dekabr

Moldova Prezidenti Azərbaycanın diaspor rəhbərini “Vətəndaş xidmətlərinə görə” medalı ilə təltif edib  

13:36
17 Dekabr

Sabah yarımadanın bəzi yerlərində sulu qar yağacaq

13:29
17 Dekabr

Donald Tramp Kanadanı yenə ştat adlandırıb

12:46
17 Dekabr

KOBİA sədri: Gömrük əməliyyatları biznes prosesinin mühüm tərkib hissəni təşkil edir

12:43
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!