Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət - bir sözlə, şəksiz liderdir
Sovet İttifaqı dövründə Heydər Əliyevlə görüşməmişdim, amma, əlbəttə, onun haqqında eşitmişdim. Mən xüsusilə Ağ evdə çalışarkən sovet sistemi ilə maraqlanırdım və sovet liderləri ilə əlaqələrim var idi. Bilirdim ki, Heydər Əliyev aparıcı rəhbərlərdən biridir və onun adı hansısa məqamda hətta partiyanın baş katibi vəzifəsi üçün hallandırılırdı. Mən bilirdim ki, onun geniş siyasi təcrübəsi var.
Prezident Heydər Əliyevlə ilk dəfə bölgəyə səfər edərkən - 1990-cı illərin əvvəllərində tanış oldum. Mən Prezident Klintonun Prezident Əliyevin yanına göndərdiyi xüsusi emissar idim. O zaman Prezident Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan layihəsində iştirak etməmək və tamamilə Bakıdan Novorossiyskə gedən kəmərə ümid etmək barədə Rusiyanın böyük təzyiqi altında idi.
Mən Bakıya həyat yoldaşımla getmişdim. Prezident Heydər Əliyevlə görüşümüz günün ikinci yarısında oldu. Mən səbirsiz idim, çünki Azərbaycan Prezidentinə Birləşmiş Ştatların Prezidentindən xüsusi mesaj və xüsusi məktub çatdırmalı idim. Görüş bitdikdən sonra biz ayrıldıq. Axşam isə Prezident Heydər Əliyevlə uzun və mən deyərdim ki, tarixi əhəmiyyətə malik müzakirəmiz oldu. Biz yalnız boru kəməri haqqında deyil, habelə Prezidentin Birləşmiş Ştatların Qafqazda və Xəzər dənizi hövzəsində strateji öhdəliklərinə bağlılığı haqqında danışdıq. Bu çox səmərəli bir müzakirə idi, çünki hər iki ölkə üçün təkcə iqtisadi deyil, həm də strateji əhəmiyyəti olan kəmərlə bağlı uzunmüddətli öhdəlikləri aydınlaşdırmağa imkan verdi.
Heydər Əliyevin şəxsi cəhətlərinə gəldikdə isə, deyim ki, mənim həyat yoldaşımın ondan xoşu gəlir. Bu mənim üçün çox əhəmiyyətli barometrdir. Deyəsən, onun da mənim həyat yoldaşıma münasibəti yaxşıdır. Buna etirazım yoxdur, çünki bunu sağlam bir əlamət hesab edirəm. Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət - bir sözlə, şəksiz liderdir.
ABŞ və Azərbaycan ilkin mərhələdə münasibətlərində bir sıra çətinlikləri aşmalı idilər. Heç birimiz bu çətinlikləri tamamilə aradan qaldıra bilməmişik. Biz hələ Azərbaycanla tam, dolğun strateji münasibətlər inkişaf etdirə bilməmişik. Bunun bir səbəbi Konqresdə, xüsusilə Dağlıq Qarabağ məsələsinə müxalifətin, Amerikada erməni seçicilərinin mövcudluğu, başqa səbəbi isə Rusiya ilə yaxşı münasibətlər qurmağa olan marağımızdır. Azərbaycan da çətinliklə qarşılaşır - cəmiyyətdə hərtərəfli demokratiyanın qurulması üçün çox işlər görməlidir. Bu istiqamətdə artıq irəliləyişlər etmisiniz. Amma tarazlasaq, məncə, ABŞ-Azərbaycan münasibətlərindəki çətinlikləri aradan götürmək üçün əhəmiyyətli irəliləyiş etmişik.
Heydər Əliyev Azərbaycanın beynəlxalq miqyasda mövqeyinin möhkəmləndirilməsi üçün, şübhəsiz, çox müsbət işlər görmüşdür. Siyasi sabitliyin yaradılması sahəsində gördüyü işin nə qədər səmərəli olduğunu isə hazırda heç kim qiymətləndirə bilməz. Azərbaycanın siyasi sistemi ilkin inkişaf mərhələsində olduğundan, bu məsələyə qəti cavab vermək mümkün deyildir, bunu gələcək göstərəcəkdir.
Ümid edirəm ki, bu yaxınlarda ad gününü qeyd edəcək Prezident Heydər Əliyev uzun və uğurlu həyat sürəcəkdir. Şübhə etmirəm ki, təcrübəli siyasətçi olan və Sovet İttifaqının keçid dövrü problemlərini müşahidə edən Prezident Heydər Əliyev bu keçidin sabit və səmərəli təmin olunması yollarını bilir.
Zbiqnev Bjezinski
6 may 2006-cı il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Saturnun peykində su buxarı aşkar edilib
31 May
Azərbaycan Prezidenti: Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində müstəsn...
31 May
“Maire Tecnimont” şirkəti ilə enerji keçidi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb...
31 May
Mümkün atom qəzası ilə bağlı XƏBƏRDARLIQ
31 May
Azərbaycan-Pakistan iqtisadi əlaqələrinin mövcud vəziyyəti müzakirə edilib
31 May
Nadir qara dəlik kəşf edilib
31 May
“WhatsApp” hesabını artıq 4 cihazda açmaq olacaq
31 May
İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri başa çatıb
31 May
Biləsuvarda sel təhlükəsi ilə bağlı son vəziyyət açıqlanıb
31 May
ADY və DİN Şəmkirdə dəmir yolu keçidində baş vermiş hadisə ilə bağlı birgə açıqlama yayıblar...
31 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edi...25 May 2023

Azərbaycanın Avropa İttifaqındakı strateji tərəfdaşı24 May 2023

Günnüt əməliyyatı: böyük zəfərə aparan yollardan biri21 May 2023

El yurda qayıdır19 May 2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XVI “Caspian Agro” və XXVIII “InterFood Aze...17 May 2023

Brüsseldə 5-ci görüş16 May 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!