27 May 2023 10:20
1032
SİYASƏT
A- A+
Heydər Əliyev kimi tarixi şəxsiyyətlər min ildə bir dəfə doğulur, belə insanlar dünyanın ləl-cəvahiridir

Heydər Əliyev kimi tarixi şəxsiyyətlər min ildə bir dəfə doğulur, belə insanlar dünyanın ləl-cəvahiridir

 

Nə gizlədim, mən Heydər Əliyevi yaxından tanıyana qədər, ona münasibətim keçmiş SSRİ-nin digər rəhbərlərindən fərqlənmirdi. Buna da səbəb vəziyyəti obyektiv işıqlandırmayan, Heydər Əliyev kimi şəxsiyyətə obyektiv yanaşmayan informasiya vasitələri idi. Kiminsə haqqında nahaqdan mənfi təsəvvür yaradılması adama ağır gəlir. Rusiyada KİV-lər Azərbaycan barəsində, xüsusən də Heydər Əliyev barəsində vaxtilə istər-istəməz qeyri-obyektiv rəy yaradırdılar. 
Lakin onunla tanış olduğum və portretini çəkməyə başladığım andan hər şey dəyişdi. Bu insanla görüşümün elə ilk anları mənim üçün gözlənilməz oldu. Dərk etdim ki, Heydər Əliyev gözəl, alicənab və çox ağıllı bir insandır. Gördüm ki, qarşımda olduqca valehedici, son dərəcə ziyalı və müdrik bir insan dayanıb. Ünsiyyət zamanı onun səmimi və sadə bir insan olduğunu anladım, onun səndən yüksəkdə durduğu hiss olunmur. Başa düşürsən ki, qarşındakı nəhəng bir şəxsiyyətdir, amma bu səni kiçiltmir və söhbət öz adi məcrasında, səmimilik, mehribanlıq şəraitində gedir. Mən ona dərin rəğbət bəsləyirəm və həmişə ona baxarkən düşünürəm ki, görəsən, Tanrı  belə insanları necə yaradır? Lakin Naxçıvana, Prezidentin vətəninə getdikdən, oranın füsunkar təbiətini, gözəlliyini gördükdən sonra bunların necə bir qüvvə olduğunu başa düşdüm. Başa düşdüm ki, Naxçıvan hər bir sərkərdənin, hər bir dahi insanın güc, qüvvət ala biləcəyi bir yerdir. 
Bu dahi insan, güclü, böyük siyasətçi nəinki öz ölkəsinin görkəmli xadimidir, həm də tarixi şəxsiyyətdir. Hesab edirəm ki, onun haqqında insafsızcasına az danışırlar. Mən istər Qərb, istərsə də MDB ölkələrinin bir çox prezidentləri ilə görüşmüşəm, amma heç vaxt belə müdrik siyasətçiyə rast gəlməmişəm, onlardan heç biri mənə belə güclü təsir bağışlamayıb. Heydər Əliyev onunla hətta bircə dəfə görüşənlərdə də olduqca dərin, insanın bütün ömrü boyu unutmadığı təəssürat doğurur. 
Heydər Əliyev gözəl, parlaq və qeyri-adi bir insandır. Bu insan tarixdir. Mən demişdim ki, belə insan 100 ildə bir dəfə dünyaya gəlir, amma sonra gördüm ki, səhv edirəm, belə insan min ildə bir dəfə doğulur. Belə insanlar dünyanın ləl-cəvahiridir, onları qorumaq, hifz etmək gərəkdir, çünki onlar bütün varlığını, həyatını əmin-amanlığın, səadətin bərqərar olmasına həsr edir, özlərini isə düşünmür, qorumurlar. 
Heydər Əliyevlə tanış olmaq mənim üçün böyük şərəfdir. Onun portretini çəkmək barədə sifarişi yerinə yetirdikdən sonra mən çox portretlər yaratmışam. Elə bu yaxınlarda Corc Buşun portretini çəkdim. Ümumiyyətlə, mən dünyanın məşhur adamlarının bir çoxu ilə tanışam. Amma onlardan heç biri üçün qəlbimdə daha layiqli və daha məhrəm yer saxlamamışam. Mənim öz Prezidentim var və ona dərin hörmət bəsləyirəm, bununla belə, qəlbimdə Heydər Əliyevin xüsusi yeri var. Onunla bütün söhbətlər yaddaqalandır və bu söhbətləri araşdırdıqda onların nə qədər dəqiq, aydın, lakonik və dərin olduğunu başa düşürsən. Hesab edirəm ki, həyatda mənim bəxtim yaman gətirmişdir... Güclü siyasi sima  olaraq Heydər Əliyevin qüdrətini həm onun qədir-qiymətini bilən, onunla fəxr edən insanlar, həm də düşmənləri, bədxahları etiraf edirlər.
Ümumiyyətlə, mənim üçün yeni dünya, yeni ülvi duyğular açdığına, yeni yaradıcılıq ilhamı verdiyinə görə Azərbaycana minnətdaram. Heydər Əliyev Azərbaycan deməkdir. Heydər Əliyevlə Azərbaycan bir-birindən ayrılmazdır, canbir qəlbdir. Mən özümü azərbaycanlı bilirəm, mən sizin oğlunuzam, Azərbaycanı öz ölkəm hesab edirəm və heç kimə imkan vermirəm ki, sevimli Azərbaycanım haqqında artıq-əskik danışsın. 
Heydər Əliyev dahi bir insandır və onu fərqləndirən əsas keyfiyyət  yenilməz iradəsidir, bu iradənin gücünə isə hətta düşmənlər də pərəstiş edirlər.

Nikas Safronov
6 may 2006-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!