Heydər Əliyev kimi tarixi şəxsiyyətlər min ildə bir dəfə doğulur, belə insanlar dünyanın ləl-cəvahiridir
Nə gizlədim, mən Heydər Əliyevi yaxından tanıyana qədər, ona münasibətim keçmiş SSRİ-nin digər rəhbərlərindən fərqlənmirdi. Buna da səbəb vəziyyəti obyektiv işıqlandırmayan, Heydər Əliyev kimi şəxsiyyətə obyektiv yanaşmayan informasiya vasitələri idi. Kiminsə haqqında nahaqdan mənfi təsəvvür yaradılması adama ağır gəlir. Rusiyada KİV-lər Azərbaycan barəsində, xüsusən də Heydər Əliyev barəsində vaxtilə istər-istəməz qeyri-obyektiv rəy yaradırdılar.
Lakin onunla tanış olduğum və portretini çəkməyə başladığım andan hər şey dəyişdi. Bu insanla görüşümün elə ilk anları mənim üçün gözlənilməz oldu. Dərk etdim ki, Heydər Əliyev gözəl, alicənab və çox ağıllı bir insandır. Gördüm ki, qarşımda olduqca valehedici, son dərəcə ziyalı və müdrik bir insan dayanıb. Ünsiyyət zamanı onun səmimi və sadə bir insan olduğunu anladım, onun səndən yüksəkdə durduğu hiss olunmur. Başa düşürsən ki, qarşındakı nəhəng bir şəxsiyyətdir, amma bu səni kiçiltmir və söhbət öz adi məcrasında, səmimilik, mehribanlıq şəraitində gedir. Mən ona dərin rəğbət bəsləyirəm və həmişə ona baxarkən düşünürəm ki, görəsən, Tanrı belə insanları necə yaradır? Lakin Naxçıvana, Prezidentin vətəninə getdikdən, oranın füsunkar təbiətini, gözəlliyini gördükdən sonra bunların necə bir qüvvə olduğunu başa düşdüm. Başa düşdüm ki, Naxçıvan hər bir sərkərdənin, hər bir dahi insanın güc, qüvvət ala biləcəyi bir yerdir.
Bu dahi insan, güclü, böyük siyasətçi nəinki öz ölkəsinin görkəmli xadimidir, həm də tarixi şəxsiyyətdir. Hesab edirəm ki, onun haqqında insafsızcasına az danışırlar. Mən istər Qərb, istərsə də MDB ölkələrinin bir çox prezidentləri ilə görüşmüşəm, amma heç vaxt belə müdrik siyasətçiyə rast gəlməmişəm, onlardan heç biri mənə belə güclü təsir bağışlamayıb. Heydər Əliyev onunla hətta bircə dəfə görüşənlərdə də olduqca dərin, insanın bütün ömrü boyu unutmadığı təəssürat doğurur.
Heydər Əliyev gözəl, parlaq və qeyri-adi bir insandır. Bu insan tarixdir. Mən demişdim ki, belə insan 100 ildə bir dəfə dünyaya gəlir, amma sonra gördüm ki, səhv edirəm, belə insan min ildə bir dəfə doğulur. Belə insanlar dünyanın ləl-cəvahiridir, onları qorumaq, hifz etmək gərəkdir, çünki onlar bütün varlığını, həyatını əmin-amanlığın, səadətin bərqərar olmasına həsr edir, özlərini isə düşünmür, qorumurlar.
Heydər Əliyevlə tanış olmaq mənim üçün böyük şərəfdir. Onun portretini çəkmək barədə sifarişi yerinə yetirdikdən sonra mən çox portretlər yaratmışam. Elə bu yaxınlarda Corc Buşun portretini çəkdim. Ümumiyyətlə, mən dünyanın məşhur adamlarının bir çoxu ilə tanışam. Amma onlardan heç biri üçün qəlbimdə daha layiqli və daha məhrəm yer saxlamamışam. Mənim öz Prezidentim var və ona dərin hörmət bəsləyirəm, bununla belə, qəlbimdə Heydər Əliyevin xüsusi yeri var. Onunla bütün söhbətlər yaddaqalandır və bu söhbətləri araşdırdıqda onların nə qədər dəqiq, aydın, lakonik və dərin olduğunu başa düşürsən. Hesab edirəm ki, həyatda mənim bəxtim yaman gətirmişdir... Güclü siyasi sima olaraq Heydər Əliyevin qüdrətini həm onun qədir-qiymətini bilən, onunla fəxr edən insanlar, həm də düşmənləri, bədxahları etiraf edirlər.
Ümumiyyətlə, mənim üçün yeni dünya, yeni ülvi duyğular açdığına, yeni yaradıcılıq ilhamı verdiyinə görə Azərbaycana minnətdaram. Heydər Əliyev Azərbaycan deməkdir. Heydər Əliyevlə Azərbaycan bir-birindən ayrılmazdır, canbir qəlbdir. Mən özümü azərbaycanlı bilirəm, mən sizin oğlunuzam, Azərbaycanı öz ölkəm hesab edirəm və heç kimə imkan vermirəm ki, sevimli Azərbaycanım haqqında artıq-əskik danışsın.
Heydər Əliyev dahi bir insandır və onu fərqləndirən əsas keyfiyyət yenilməz iradəsidir, bu iradənin gücünə isə hətta düşmənlər də pərəstiş edirlər.
Nikas Safronov
6 may 2006-cı il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Milli Məclis 2022-ci il üzrə dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsini birinci oxunuşda qə...
31 May
Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisini...
31 May
Prezident: Bakı Enerji Həftəsi enerji sektorunda aparıcı beynəlxalq tədbirlərdən biridir
31 May
Zemfira Meftahətdinovaya Beynəlxalq Olimpiya Komitəsinin "Woman Sport" mükafatı təqdim olunub
31 May
Heydər Əliyev mərkəzlərinə ekskursiyalar davam edir
31 May
Hesabat ilində qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmində 13,6 faiz artım qeydə alınıb...
31 May
Taekvondoçumuz Patimat Abakarova dünya çempionatının səkkizdəbir final mərhələsinə yüksəlib...
31 May
İsrail Prezidenti və birinci xanımı İçərişəhərlə tanış olublar
31 May
Saqqız çeynəməyin yaratdığı problemlər
31 May
Bayram tətili günlərində paytaxt yollarında təmir işləri aparılıb
31 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edi...25 May 2023

Azərbaycanın Avropa İttifaqındakı strateji tərəfdaşı24 May 2023

Günnüt əməliyyatı: böyük zəfərə aparan yollardan biri21 May 2023

El yurda qayıdır19 May 2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XVI “Caspian Agro” və XXVIII “InterFood Aze...17 May 2023

Brüsseldə 5-ci görüş16 May 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!