Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi Moskvada Azərbaycan rəssamı Əsgər Məmmədovun fərdi sərgisini təşkil etmişdir
Moskvada, Xarici Ədəbiyyat Kitabxanasının Ağ zalında Rusiya Federasiyasının xalq rəssamı, Rusiya Rəssamlar İttifaqının, Beynəlxalq Rəssamlar Federasiyasının və Rusiya Kinematoqrafçılar İttifaqının üzvü Əsgər Məmmədovun fərdi sərgisinin açılış mərasimi olmuşdur.
"Qəlbin iki qanadı" adlanan bu sərgi Heydər Əliyev Fondunun RF-dəki Nümayəndəliyi, Xarici Ədəbiyyat Kitabxanası və Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə təşkil edilmişdir.
Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu giriş sözündə Azərbaycan rəssamının öz tarixi Vətəninin və uzun illər boyu yaşadığı Rusiyanın gözəlliklərini tərənnüm edən yüksək yaradıcılığını Rusiya ictimaiyyətinə təqdim etmək imkanı yaradılmasına görə Heydər Əliyev Fondunun Nümayəndəliyinə və kitabxananın rəhbərliyinə təşəkkürünü bildirmişdir. P.Bülbüloğlu Əsgər Məmmədovun istedadını yüksək qiymətləndirərək xüsusi vurğulamışdır ki, bu sərgi rəssamın bənzərsiz və təkrarsız sənəti vasitəsilə iki ölkənin mədəniyyətlərinin qarşılıqlı zənginləşməsi baxımından əlamətdar hadisədir.
Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Yekaterina Qeniyeva öz çıxışında bu kitabxanada Azərbaycan Mədəniyyəti Mərkəzi yaradılmasına və belə gözəl tədbirlər keçirilməsinə görə Heydər Əliyev Fondunun nümayəndəliyinə təşəkkürünü bildirmişdir. Y.Qeniyeva Ə.Məmmədovu sərgisinin açılışı münasibətilə təbrik edərək onun bənzərsiz istedadını xüsusi vurğulamış və RF-nin mədəniyyət naziri Aleksandr Avdeyevin təbrik məktubunu oxumuşdur.
Daha sonra mərasimdə Azərbaycan Mədəniyyəti Mərkəzinin direktoru Nisə Mustafayevanın, Rusiya Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkovun, habelə Ə.Məmmədovun həmkarlarının, dostlarının və onun istedadının pərəstişkarlarının təbrikləri də səslənmişdir.
Sonda Əsgər Məmmədov Moskvada onun fərdi sərgisinin təşkil edilməsinə görə Heydər Əliyev Fondunun Nümayəndəliyinə və fondun vitse-prezidenti Leyla xanım Əliyevaya, habelə bu təşəbbüsü dəstəkləmiş bütün insanlara təşəkkürünü bildirmişdir. Ə.Məmmədov xüsusi qeyd etmişdir ki, əbədi insani dəyərlər - sevgi və dostluq hissləri həmişə onun yaradıcılığının əsas mənbəyi olmuşdur. Sərginin "Qəlbin iki qanadı" adlanması isə Azərbaycanı və Rusiyanı nəzərdə tutur.
Sərgidə rəssamın 50-yə yaxın işi, o cümlədən Xocalı faciəsinə, Qarabağ dağlarına, ölkəmizin tarixinin müxtəlif mərhələlərinə həsr edilmiş əsərləri təqdim olunmuşdur. Parçalanmış ürəyin rəmzi olan kəsilmiş narın təsvir edildiyi rəsmlər, "Sarı gəlin" və başqa işlər xüsusilə diqqəti cəlb edir. Rusiya mövzusuna həsr edilmiş rus qışı, ağcaqayın ağacları, rus şimalı və başqa rəsmlər də tamaşaçıların diqqətini cəlb edir.
Rəssamın əsərləri indiyə qədər Moskva, Bakı, Türkiyə, İspaniya, İsrail, Almaniya və Kiprdə nümayiş etdirilmişdir. Onun rəsmlərinin çoxu dünyanın müxtəlif ölkələrində şəxsi kolleksiyaları və qalereyaları bəzəyir.
Sərgi 2012-ci il martın
11-dək davam edəcəkdir.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Son 8 ayda 9,9 faizlik inflyasiya
28 Aprel
İlk ali təhsilli Azərbaycan heykəltaraşı
28 Aprel
Şuşa ədəbi mühitindən bəzi nümunələr
28 Aprel
Muzeylər tarixi keçmişimizin saxlanc yeridir
28 Aprel
BP bəyan edir: "Strategiyamız gələcəyin enerji sisteminə sərmayə qoymaqdır"
28 Aprel
Emal sənayesi: dayanıqlı inkişafın lokomotivi
28 Aprel
ABŞ qərəzli hesabatları ilə Azərbaycana təzyiq göstərmək istəyir
28 Aprel
Avropa Parlamentinin "qoca qitə"nin özündə belə nüfuzu qalmayıb
28 Aprel
Azərbaycanın "yaşıl gündəliyi" artıq bəllidir
28 Aprel
Şəxsiyyəti də, peşəsi də işıqlı idi
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!