16 Sentyabr 2024 18:15
672
Təhsil
A- A+
Heydər Əliyev Fondu Xaçmazda yeni məktəb binası inşa edib

Heydər Əliyev Fondu Xaçmazda yeni məktəb binası inşa edib


Xaçmaz rayonunun İstisu qəsəbəsində Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İstisu qəsəbəsindəki tam orta məktəbin 1938-ci ildə inşa olunmuş köhnə binası ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən qəsəbədə Heydər Əliyev Fondunun təhsil sahəsindəki növbəti layihəsi icra olunub və müasir məktəb binası inşa edilib.

Açılış mərasimində bildirilib ki, yarandığı gündən təhsil sahəsinə xüsusi həssaslıqla yanaşan, bu sahənin inkişafını fəaliyyətinin prioritet istiqaməti elan edən Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” kimi proqramları icra edərək, ölkəmizdə bu sahəyə öz dəstəyini göstərir.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ölkəmizdə həyata keçirilən təhsil siyasəti, bu sahədə müasir infrastrukturun və maddi-texniki bazanın formalaşdırılması, kadr potensialının gücləndirilməsi haqqında danışıb. Bildirilib ki, bu il Xaçmaz rayonunda orta məktəbi bitirən məzunlardan 599-u tələbə adını qazanıb, onlardan 30-u 600-dən, 89-u isə 500-dən yuxarı bal toplayıb. Bundan başqa, rayon üzrə 11 şagird respublika fənn olimpiadasının qalibi olub.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında qeyd edib ki, son 20 ildə ölkəmizdə 4 mindən çox məktəb binası əsaslı təmir edilib və yeniləri tikilib. Bunun nəticəsində 1 milyondan çox şagirdin təhsil şəraiti yaxşılaşdırılıb. Bu məktəblərdən 500-dən çoxu Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenilənib.

“Heydər Əliyev Fondu ölkəmizin sosial iqtisadi inkişafında çox mühüm rol oynayır. Elm, təhsil, mədəniyyət, sosial və bir çox başqa sahələrdə fond tərəfindən uğurlu layihələr icra edilib. Bu sahələr ölkəmizin gələcək inkişafı üçün çox önəmlidir və təhsil də burada xüsusi rola malikdir. Buna görə də Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya bütün təhsil işçiləri adından xüsusi təşəkkür edirəm”, - deyə nazir müavini söyləyib.

Heydər Əliyev Fondunun nümayəndəsi Fidan Yusibova isə çıxışında bildirib ki, Fondun inşa etdiyi, əsaslı təmir işləri apardığı təhsil kompleksləri tədrisin keyfiyyətini yüksəltmək məqsədinə xidmət edir.

Fond “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2004-cü ildən etibarən respublikamızın bütün regionlarında, dağlıq rayonlarda, ucqar kəndlərdə 500-dən çox məktəb binasının inşasını, yenidən qurulmasını və əsaslı təmir olunmasını təşkil edib. Müasir tələblərə cavab verən məktəb binaları tikilib və avadanlıqlarla təmin olunub. Bütün bunlar gənc nəslin savadlı böyüməsi üçün atılan addımlardır.

Daha sonra mərasim iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar.

Məktəbin direktoru Aygün Hüseynova AZƏRTAC-a müsahibəsində bildirib ki, köhnə binada müasir tələblərə cavab verən təlim-tədris proqramını həyata keçirmək üçün şərait yox idi. Yeni məktəb binasında isə bunun üçün bütün şərait qurulub: “Köhnə məktəb binası 86 il əvvəl inşa olunmuşdu. Heç bir şəraiti yox idi. İndi isə şagirdlərimiz çox gözəl, hər bir şəraiti olan məktəbdə dəsr keçəcəklər. Bizim məktəbdə 300-dən çox şagird təhsil alır. Yeni məktəb binasının istifadəyə verilməsi valideynlərin, xüsusilə də müəllim və şagirdlərin böyük sevincinə səbəb olub. Göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk”.

Yeni məktəb binasının inşasına cari ilin əvvəlində başlanılıb və tikinti işləri qısa müddətdə yekunlaşdırılıb. Üçmərtəbəli bina iki korpusdan ibarətdir. Zəruri mebel və avadanlıqla təmin olunan 320 şagird yerlik təhsil ocağında fənn kabinetləri, fizika, kimya, biologiya, kompüter, hərbi hazırlıq, tibb, əmək təlimi otaqları var, laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib. Məktəbdə, həmçinin kitabxana, akt və idman zalları, açıq idman meydançası yaradılıb. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin ümumi yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Protokolunun təsdiq edilməsi və seçkilərin yekunlarının təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarı

15:17
17 Sentyabr

Ekoloq: Azərbaycan COP29-a ev sahibliyi etməklə qlobal liderlik missiyasını öz üzərinə götürüb

15:04
17 Sentyabr

56 nömrəli marşrut avtobusuna hücum edənlər polis tərəfindən saxlanılıb

15:02
17 Sentyabr

İranlı aparıcı işdən qovuldu

14:58
17 Sentyabr

İranda dəhşətli qəza: 10-dan çox ölü, 41 yaralı var

14:55
17 Sentyabr

Bayden Trampla əlaqə saxlaya bilmir 

14:48
17 Sentyabr

Qazaxıstan Prezidenti Almaniyaya Xəzər vasitəsilə yaşıl energetika layihəsində iştirak etməyi təklif edib

14:32
17 Sentyabr

XİN: Niderland Azərbaycana və postmünaqişə dövründə regiondakı vəziyyətə münasibətdə növbəti dəfə qərəzli yanaşma nümayiş etdirir

14:20
17 Sentyabr

Cinayətləri öncədən proqnozlaşdıran süni intellekt təqdim edilib

14:11
17 Sentyabr

Makronun impiçmenti ilə bağlı hazırlıq gedir  

13:57
17 Sentyabr

Aİ Rusiya aktivlərinin 1,4 milyard avroluq gəlirini Ukraynaya yönəldib

13:38
17 Sentyabr

Meymunçiçəyinə qarşı ilk peyvənd təsdiqlənib

13:23
17 Sentyabr

Prezident İlham Əliyev Əlcəzairin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

13:00
17 Sentyabr

İran Prezidenti əxlaq polisinin qadınları narahat etməyəcəyinə söz verib

12:43
17 Sentyabr

Balakəndə əməliyyatlar zamanı narkotik plantasiyaları salan 5 nəfər saxlanılıb

12:25
17 Sentyabr

Bu ilin səkkiz ayında 24 mindən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  

12:18
17 Sentyabr

Türkiyədə ÜDM-in uzunmüddətli artması üçün baza formalaşdırılır  

12:14
17 Sentyabr

Dünya Bankı ilə Ölkə Tərəfdaşlıq Çərçivə sənədi və COP29 barədə fikir mübadiləsi aparılıb

11:47
17 Sentyabr

Qarabağ Universitetinin tələbələri Xankəndiyə gəliblər  

11:07
17 Sentyabr

Qonşu ölkədə dəhşətli qəza: 10-dan çox ölən var  

11:03
17 Sentyabr

Naxçıvanda sahibkarlarla görüş keçirilib  

11:00
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!