01 Oktyabr 2024 21:24
1153
DÜNYA
A- A+
"Helen"in zərər vurduğu ərazilərdə Starlinkdən istifadəni müzakirə edib

"Helen"in zərər vurduğu ərazilərdə Starlinkdən istifadəni müzakirə edib


 Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ABŞ-nin cənub-şərqində Helen qasırğasından zərər çəkmiş ərazilərdə Starlink peyk rabitə sistemindən istifadəni İlon Maskla müzakirə etdiyini bildirib.

“Mən indicə İlonla danışdım, biz orada Starlinki qoşmaq istəyirik, çünki insanların heç bir əlaqəsi yoxdur,” Tramp fırtınadan ağır zərbə alan Corciya ştatının Valdosta şəhərində jurnalistlərə deyib: “Biz Starlink üçün terminallar mümkün qədər tez  bir zamanda ora çatdırmağa çalışırıq."

Bundan əlavə, Tramp əlavə edib ki, onun komandası Corciya, Cənubi Karolina, Alabama, Florida, Şimali Karolina, Virciniya və Tennessi ştatlarında zərər  çəkmiş bölgələrə  ehtiyacı olanlar üçün yanacaq və ərzaq göndərəcək.

Associated Press xəbər verir ki, qasırğa qurbanlarının sayı 121 nəfərə çatıb. PowerOutage.us monitorinq resursunun məlumatına görə, hazırda Florida, Corciya, Şimali Karolina, Cənubi Karolina və Virciniya ştatlarının 1,9 milyon sakini hələ də işıqsız qalıb.

Rizvan CƏFƏROV,

"Azərbaycan"



Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!