12 Yanvar 2022 21:45
537
DÜNYA
A- A+

Həftə ərzində dünyada koronavirusa yoluxma hallarının sayı maksimuma çatıb

 

Ötən həftə ərzində dünyada 15 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, bu da pandemiya başlayandan bəri yeni antirekorddur, ötən yeddi gün ilə müqayisədə təsdiqlənmiş yoluxma hallarının sayı 55 faiz artıb. AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemiya ilə bağlı həftəlik bülletenində deyilir.

“Ötən həftə ərzində (yanvarın 3-dən 9-dək) dünyada COVID-19-a yeni yoluxma hallarının sayı kəskin surətdə artıb”, “15 milyondan çox yeni yoluxma halları barədə” məlumat daxil olub, bu da “ötən yeddi gün ilə müqayisədə 55 faiz artım” təşkil edir. Eyni zamanda, ÜST-nin altı regionundan beşi yoluxanların sayında artım barədə təşkilatı məlumatlandırıb, yalnız Afrikada 11 faiz azalma qeydə alınıb. Rəqəmlər Cənub-Şərqi Asiyada və Qərbi-Sakit okean regionunda xüsusilə yüksəkdir, burada keçən həftə ilə müqayisədə müvafiq olaraq 418 faiz və 122 faiz çox yeni yoluxma halları aşkar edilib. Artım Avropada (31 faiz), Amerikada (78 faiz) və Şərqi Aralıq dənizində (86 faiz) da qeydə alınıb. Ölüm hallarının sayı əhəmiyyətli dərəcədə Afrikada (84 faiz) və Amerikada (26 faiz) artıb, Avropada isə ölüm hallarının sayı 10 faiz, Cənub-Şərqi Asiyada 6 faiz, Şərqi Aralıq dənizində isə 11 faiz azalıb.

Ötən həftə ərzində ÜST-yə koronavirusa 15 154 666 təsdiqlənmiş yoluxma halı və COVID-19 səbəbindən 43 461 ölüm halı barədə məlumatlar daxil olub, bu da dekabrın 27-dən yanvarın 2-dək həftə ilə müqayisədə müvafiq olaraq 55 faiz və 3 faiz çoxdur. Yanvarın 3-dən 9-dək ən çox yoluxma halı barədə ABŞ məlumat verib (4 610 359), burada keçən həftə ilə müqayisədə yoluxma hallarında 73 faiz artım qeydə alınıb. Ondan sonra Fransa (1 597 203, 46 faiz artım), Böyük Britaniya (1 217 258, 10 faiz artım), İtaliya (1 014 358, 57 faiz artım) və Hindistan (638 872, 524 faiz artım) yer alıblar.

ÜST-nin yanvarın 11-nə olan məlumatına görə, dünyada pandemiya başlayandan bəri 308 458 509 yoluxma halı və 5 492 595 ölüm halı qeydə alınıb. Yoluxma hallarının sayı gün ərzində 1 738 701, ölüm hallarının sayı isə - 5 150 nəfər artıb. Məlumatı ÜST daxil olan ən çox təsdiqlənmiş yoluxma halı - 59 848 136 ABŞ-da qeydə alınıb. Ondan sonra Hindistan (35 875 790) və Braziliya (22 523 907) yer alıblar. Ən çox ölüm halı - 831 548 ABŞ-da qeydə alınıb, ikinci yerdə Braziliya (619 981), üçüncü yerdə isə Hindistan (484 213) qərarlaşıb.

Hazırda Azərbaycanda koronavirus infeksiyasına 622 min 236 yoluxma halı qeydə alınıb, 8 min 471 nəfər vəfat edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video