Azərbaycanın real addımları və onların nəticələri
Mərdlik yalnız insana xas olan keyfiyyətdir!
Hiyləgərlik isə insanda da olur, heyvanda da.
Heyvan hiyləni instinktlə, genində yaşatdığı "kod yaddaşı" ilə edir.
İnsanın hiyləgərliyi isə xislətində olur.
Məsələn, erməni hiyləgərliyi yalnız bu millətə xasdır.
Onun içində bicliklə yanaşı, satqınlıq, aldatmaq, etibarsızlıq, arxadan kürəyə bıçaq saplama, yaxşı gündə ağadan bəhrələnmə, yaman gündə onu düşmənə güdaza vermə və s. var.
Bu xisləti rus şairi A.Puşkin daha dəqiq ifadə edib: "Sən qorxaqsan, sən qulsan, sən ermənisən!"
Erməni həyatda nəyə nail olubsa, bu xislətinə görə "qazanıb":
Yaltaqlıqla vəzifə alıb, sonra aldadıb;
Hiylə ilə etibara nail olub;
Məqam çatanda çörəkverənini zərbə altında qoyaraq sudan quru çıxıb və s.
Erməni müəyyən müddətdə bicliyindən qazansa da, bütövlükdə bu hiylə, məkr, qırdı-qaçdılıq, etibarsızlıq, xəyanətə meyillilik, satqınlığı əsas fəaliyyət növünə çevirmək ona heç vaxt xeyir gətirməyib.
Rəhbərləri, diasporu qazanıb, xalq isə daim əziyyət çəkib, qaraçı həyatı sürüb, yoxsulluq içində yaşayıb, bütövlükdə "alət millətə" çevrilib.
Odur ki, nə özlərinin vətəni olub, nə mədəniyyəti, nə kilsələri, nə də tarixi abidələri.
Hamısını yaşadıqları yerlərdəki xalqlardan oğurlayıblar!
* Mənimsəyiblər!
* Özününküləşdiriblər!
* Öz adlarına çıxıblar!
Çünki başqa çarələri olmayıb!
Özündə olmadığına, özü yarada bilmədiyinə (hiylə ilə aldatmaq olur, yaratmaq yox) görə başqalarından oğurlayıb!
Erməni həm də mahir oğrudur!
Həm də təkcə mənəvi və mədəniyyət nümunələrini yox, torpağı da oğurlayır.
Millətin daha bir "nadir" xüsusiyyəti var.
Erməni həyasızlığı və utanmazlığı.
Çox rahatlıqla və həyasızlıqla səndən oğurladığını "dəlillər"lə sübut etməyə çalışacaq ki, elə bu, onun özününküdür.
Məsələn, alban kilsələrini ələ keçirərkən üzərindəki alban nişanələrini dəyişib yerinə erməni xaçı qoymaqla, yaxud "erməni elementləri"ni müxtəlif üsullarla köhnəltdikdən sonra (məsələn, Kəlbəcərdə olduğu kimi, daşı sirkədə saxlayıb "köhnəltməklə" və digər vasitələrlə) məbədə pərçim etməklə erməni kilsəsi olduğunu "sübut" edir.
Kilsəni oğurlayandan hansı düzlük və mərdlik gözləmək olar?!
Ömrü boyu terrorla - gizlənib namərdcəsinə insanı qətlə yetirməklə məşğul olan ermənilərin ən böyük arzusu "soyqırımına uğramaq"dır.
Əsrlərdir ki, 1915-ci ildə olmayan "erməni soyqırımı"nı dünyaya qəbul etdirmək istəyirlər.
Öz millətini hiylə və qəddarlıqla qırğına verərək sonradan "yeni erməni soyqırımı" baş verdiyini car çəkərək dünyaya qəbul etdirmək istəyirlər.
Amma bütün bu hiylələrdə qazananlar erməni "rəhbərləri" (məsələn, otuzillik münaqişə dövründə ən çox qazanan Robert Koçaryan, Serjik Sərkisyan və Seyran Ohanyandır) olur, miskin xalq isə özgə torpaqlarında ölən "beyni zəhərli" oğlanlarının gizlədilmiş nəşini belə illərlə axtararaq tapa bilmirlər.
II Qarabağ müharibəsində isə erməni hiyləgərliyinin, riyakarlığının, saxtakarlığının, satqınlığının, çoxüzlülüyünün və həyasızlığının yeni variantları ilə tanış olduq!
Paşinyan variantı ilə.
***
Hayastan saxta, qondarma dövlət olaraq Azərbaycan torpaqları hesabına Azərbaycan ərazisində yaradılıb.
Rusiyanın niyyəti Türkiyənin qarşısında özünə bir forpost dövlət qurmaq olub.
Bu zaman niyyət həm də türkdilli dövlətlər arasındakı quru yolla mövcud əlaqəni kəsmək, onları bir-birindən ayrı salmaq olub.
Məqsədlərinə çatıblar.
Haylar isə əvvəldən "peşka millət" olduqlarından hansı ağaları daha çox muzd versə, ona mütiliklə nökərçilik ediblər.
Ta özlərinə yeni, daha "səxavətli" ağa tapana qədər...
Adətən Azərbaycanın ən çətin, ən təlatümlü günlərində ondan torpaq qoparmağı bacarıblar.
Azərbaycan Xalq Cümhuriyyəti yarananda İrəvanı "məcburi razılıq"la onlardan alaraq özlərinə paytaxt etdilər, güzəşt olunan ərazilər hesabına özlərinə dövlət yaratdılar.
Azərbaycan XX əsrin sonlarında ikinci dəfə dövlət müstəqilliyinə nail olduqda 366-cı sovet alayının köməyi ilə Qarabağı və ətrafındakı iki rayonu işğal etdilər.
İşğalı əbədiləşdirmək üçün dostlarının və havadarlarının köməyi ilə bütün vasitələrə əl atdılar.
R.Koçaryan və S.Sərkisyan Qarabağda doğulmuş ermənilərdir.
Hiyləgərlik, yaltaqlıq, qəddarlıq onlara genlə keçmiş xüsusiyyətlərdir.
Torpaqların işğalında "xüsusi şücaətlər" göstərdiklərinə görə sonradan gedib Ermənistanda prezident seçildilər.
Korrupsiya və erməni xalqını talamaq hesabına dövlətdən milyardlarla dollar vəsait oğurladılar.
Sadə erməni xalqı bu yalançı millət qəhrəmanlarının əsl simalarını gördükdən sonra onlara arxa çevirdi.
Bu məqamdan istifadə edən "Soros uşağı" Paşinyan "xalq inqilabı" (əslində, Sorosun dünyanın bir çox ölkəsində törətdiyi "rəngli inqilablar"dan biri) hesabına Serjiki hakimiyyətdən qovdu.
Ermənistanın rəhbəri oldu.
İt damın kölgəsində yatar, elə bilər öz kölgəsidir - misalındakı kimi.
Bu qələbə onu eyforiyaya gətirdi.
Əsl həqiqətdə isə:
* Paşinyan siyasətdə piyadadır!
* Diplomatiyadan xəbəri belə yoxdur.
* Hələ də hakimiyyətə gəldiyi "meydan səviyyəsi"ndən yuxarı qalxa bilməyib.
* Erməni xislətinə xas keyfiyyətlərlə yanaşı, əlavə olaraq yalançı, qorxaq, qırdı-qaçdı və şəxsiyyətsizdir.
Özünü layiq olmadığı yerdə görəndə müvəffəqiyyətdən başı gicəlləndi, kreslodan bərk-bərk yapışdı.
Qorxaqlığından irəli gələn instinktlə dərk edir ki, vəzifədən getsə, ermənilər onu ya öldürəcək, ya da türməyə soxacaqlar.
Odur ki, nəyin bahasına olursa-olsun hakimiyyətdən getmək istəmir.
Bu yolda hansı sifətə desən, düşə bilir.
Təzə-təzə vəzifə havasına Azərbaycana bir "xox" gəldi:
"Yeni müharibə yeni ərazilər deməkdir".
Bununla öz ağlı ilə Azərbaycana özlərinə sərf edən sülh müqaviləsi imzalatdırmaq istəyirdi.
Hədədən bir şey çıxmadığını gördükdə bütün ermənilərə xoş gəlsin deyə özünün "məşhur" "Qarabağ Ermənistandır və nöqtə" tezisini irəli sürdü.
Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev kimi siyasət və diplomatiya nəhəngi ilə cəngə girdiyini anlamaq iqtidarında deyil!
Əslində, bununla o, lazım olan məqamda lazım olan sözü demişdi!
İlham Əliyev Hayastanın yeni başçısının bu açıqlamasına dərhal reaksiya vermədi.
Paşinyan elə başa düşdü ki, Azərbaycan bu hədələrdən qorxub və tezliklə onlar deyən sülhə gələcək.
İlham Əliyev isə ağılsız baş nazirin ağılsız bəyanatlarından çox məharətlə istifadə etdi!
Paşinyan hələ də dərk etmirdi ki, bununla o, sülh danışıqlarına nöqtə qoyub, Qarabağın kimə məxsusluğuna yox!
Cənab İlham Əliyev əvvəlcə Azərbaycanın sonadək münaqişənin sülh yolu ilə çözməsində israrlı olduğunu bir daha diqqətə çəkdi!
Çünki yaxşı bilirdi ki, Azərbaycan ilk olaraq sülh danışıqlarından imtina etsə, gələcəkdə ermənilər və onların dostları bu məqamdan əleyhimizə güclü vasitə kimi istifadə edəcəklər.
Sonra Paşinyanın bu açıqlamasını beynəlxalq tədbirlərdə - əvvəlcə "Valday" Diskussiya Klubunda, sonra isə Münhen Təhlükəsizlik Konfransında yenidən gündəmə gətirməklə ictimailəşdirdi və beynəlxalq aləmin diqqət mərkəzinə gətirdi!
Paşinyan hələ də ayılmamışdı.
Odur ki, dediklərini reallaşdırmaq üçün 2020-ci ilin iyununda Tovuz əməliyyatını törətdi.
Bununla öz aləmində Ermənistana yeni "güclü rəhbər" gəldiyi fikrini ictimai mühitə yeritmək istəyirdi.
Amma yenə də anlamırdı ki, hər addımında İlham Əliyevə lazım olanları edir.
Çünki artıq Azərbaycanda qüdrətli ordu hazır idi, əlverişli məqam yetişmişdi, Ermənistan isə rəsmən sülh danışıqlarına "nöqtə" qoymuşdu.
***
44 günlük müharibə dövründə Paşinyanın, əslində, kim olduğunu bütün dünya lap yaxından tanıdı.
Bir neçə məqama diqqət yetirək.
Hayastanın baş naziri hərbi əməliyyatlar zamanı hökumət başçısına xaş olmayan formada öz xalqına dalbadal, sistemli şəkildə yalan danışdı.
Müharibənin ilk günlərindən uduzmalarına, hərbi texnikalarını, silah-sursatı kütləvi şəkildə ataraq qorxaqcasına qaçmalarına baxmayaraq, qalib gəldikləri, yeni əraziləri ələ keçirdikləri barədə yalan informasiyalar yaydırdı.
Hətta Azərbaycanın xüsusi təyinatlıları Şuşanı əlbəyaxa döyüşlərlə ələ keçirəndən, Şuşanı qorumalı olan Ohanyan belə qaçıb gedəndən sonra da şəhərin öz əllərində olduğunu dedi.
Artıq münaqişənin Hayastanın xeyrinə bitdiyini və hərbi əməliyyatlar başlanacağı halda yeni əraziləri ələ keçirəcəkləri ilə hədələyən Paşinyan bu xınanın o xınadan olmadığını anladı, utanmadan günlərlə çoxsaylı dövlət başçılarına zəng edərək, onları dəng edib, zəhlələrini tökərək Azərbaycan Prezidentinə minnətçi saldı, hərbi əməliyyatların dərhal dayandırılması üçün yalvar-yaxar etdi.
Xalqına yalan danışıb aldatdığına görə üçtərəfli Bəyanata, əslində, kapitulyasiya aktına Rusiyanın və Azərbaycanın prezidentləri kimi açıq şəkildə, mavi ekran qarşısında imza atmağa cəsarət və kişiliyi çatmadı!
Hansısa qaranlıq zirzəmiyə girib, sənədə qol çəkərək üzə çıxmadı.
44 gün ərzində yalvaran, ona-buna xahiş edən, daban yalayan Paşinyan hərbi əməliyyatlar dayandırılandan az sonra yenidən erməniliyini sübut etdi:
* Sülh müqaviləsinin bağlanmasını uzatmaqdan ötrü gündə bir söz dedi.
* Bu gün söylədiyini sabah dandı.
* Gah Moskvanı aldatdı, gah Avropa İttifaqını, gah da ABŞ-ni.
* Özünü cığal küçə uşağı kimi aparmağa başladı.
* Hərdən öz ağlı ilə olsa, "hiyləgər gedişlər" də etdi.
Məqsədi danışıqlarda hər dəfə bir yalan söyləyib, fərqli mövqe sərgiləməklə ATƏT-in Minsk qrupunun boş və mənasız müzakirələrini yenidən davam etdirmək, darmadağın edilmiş ordusunu silahlandıraraq qisas müharibəsi yolu ilə torpaqları təzədən işğal etmək, müasir dünyadakı ikili standartlardan, müxtəlif ölkələrdə yaşayan satqın və rüşvətxor siyasətçilərin, parlament üzvlərinin köməyindən, korrupsiyaya yuvarlanmış beynəlxalq qurum və təşkilatların ədalətsiz və riyakar mövqelərindən istifadə etməklə Azərbaycana təsir və təzyiq göstərmək, mövcud situasiyanın öz xeyirlərinə dəyişdirilməsinə nail olmaqdır!
Ancaq bir məsələdə ciddi səhvə yol verir:
BAŞA DÜŞMÜR Kİ:
* Hiylə ağıla;
* Əyrilik gücə;
* Çoxüzlülük mərdliyə;
* Oyunbazlıq qətiyyətli mövqeyə;
* Həyasızlıq möhkəm iradəyə heç bir halda qalib gələ bilməz!
44 günlük müharibə nəticəsində Azərbaycanın yaratdığı yeni reallığı nəzərə almaq da istəmir.
YADDAN ÇIXARIR Kİ:
* Azərbaycan otuz il bundan qabaqkı Azərbaycan deyil!
* Azərbaycan güclü, nüfuzlu, sözü keçən qalib dövlətdir!
* Azərbaycan bütün parametrlər üzrə - əhalinin sayı, iqtisadi gücü, çevik və qabaqlayıcı siyasəti, möhtəşəm ordusu, dövlət başçısının müdrik addımları sayəsində Hayastandan müqayisəyəgəlməz dərəcədə üstündür!
***
Bu gün hamının gördüyü və bildiyi budur ki, Azərbaycan Prezidenti İlham Əliyev Paşinyanın hər bir hiyləsini puça çıxarmağı, dalından qaçdığı hər sözünü fakta çevirərək özünə qarşı istifadə etməyi, bütün bicliklərini özünüifşaya yönəltməyi, özünün istəklərini isə qısa vaxtda və uğurla həyata keçirməyi məharətlə bacarır!
Məşhur müqayisəni xatırlatsaq, əjdaha ilə cırtdan vuruşa bilməz!
II Qarabağ müharibəsində hamı bu qarşıdurmanın nəticəsini əyani şəkildə gördü.
Artıq zaman Azərbaycanın xeyrinə işləyir!
Hadisələrin ssenarisini yazan, prosesləri istənilən istiqamətə yönləndirən, hansı addımı nə vaxt və necə atacağını hamıdan yaxşı bilən İlham Əliyevdir!
İndiyədək baş verənlər dediklərimizi əyani şəkildə göstərir.
vvv
Hadisələrin təhlili həm də onu göstərir ki, Hayastanın baş naziri Paşinyanın hiylə hesabına etmək istədiklərini Azərbaycan artıq real olaraq həyata keçirib!
MƏSƏLƏN:
* Hayastan sülh danışıqlarını müxtəlif bəhanələrlə uzatmaqla əslində İran və Hindistandan aldığı yeni silahlar hesabına məğlub və dağıdılmış ordusunu bərpa etmək və gücləndirmək istəyindədir.
Azərbaycan müharibədən dərhal sonra kifayət qədər yeni silahlar, sursat və zirehli döyüş maşınları, təyyarələr almış, öz ordusunu əvvəlkindən də güclü vəziyyətə gətirmişdir!
Azərbaycanın iqtisadi qüdrəti hər il silahlı qüvvələrinə Ermənistanın dövlət büdcəsindəkindən də çox vəsait ayırmağa imkan verir və ayırır da!
* Ermənistan hər yeni danışıqlar prosesi ərəfəsində havadarlarının və dostlarının təhriki ilə atəşkəsi pozur, Azərbaycanın ərazilərini atəşə tutur, bəzən tələfata da səbəb olur.
Azərbaycan isə belə vəziyyətdə uğurlu hərbi əməliyyatlarla həlledici yüksəklikləri ələ keçirir və orada möhkəmlənir!
* Ermənistan RSK-nin köməyi ilə Qarabağdakı separatçıların qanunsuz silahlı qüvvələrinə mina, silah-sursat daşıyır, təbii sərvətlərimizi talamağa davam edirdi.
Azərbaycan öz ekoloqlarının dinc etiraz aksiyalarından istifadə etməklə bu özbaşınalıqlara son qoydu, 23 aprel 2023-cü ildə Laçında nəzarət-buraxılış məntəqəsi yaratmaqla sərhədlərinə sahib durdu!
* Ermənistan "humanitar fəlakət" şousu düzəldərək Laçın dəhlizi ilə bağlı Beynəlxalq Məhkəməyə müraciət etdi, dünya ictimai rəyini Azərbaycana qarşı yönəltməyə çalışdı.
Azərbaycan Beynəlxalq Məhkəmədə Ermənistana qalib gəldi, Laçın dəhlizindəki yeni postunu legitim, qanuni hüquqlar əsasında yaratdığını sübuta yetirdi, "humanitar yardım"ın yalnız Ağdam-Xankəndi yolu ilə ünvana çatdırıla biləcəyini qəti şəkildə ortaya qoydu!
Azərbaycan həm də Ermənistana və onun baş naziri Paşinyana anlatdı ki, məğlublar qaliblərə şərt qoya bilməzlər!
44 günlük Zəfər müharibəsindən sonra şərti qoyan da, ona əməl etdirən də Azərbaycandır!
***
Hiyləgərlik uşaq oyunlarında nəticə verə bilər!
Siyasətdə isə real addımlar atılır və ona uyğun nəticələr qazanılır!
Bu gün diktə edən də, reallığı öz gedişləri ilə dəyişə bilən də, sözünə sahib çıxaraq dediyini yerinə yetirən də qalib Azərbaycandır!
* Azərbaycan gecikmir!
* Azərbaycan vaxt itirmir!
* Azərbaycan addım-addım, təmkinlə hədəflərinə yaxınlaşır!
* Azərbaycan dağılmış kənd və şəhərləri bərpa edir, tikir, qurur, cənnətə çevirir!
* Azərbaycan "Böyük qayıdış"ı reallaşdırır!
Kimin nə deməsindən, nə istəməsindən asılı olmayaraq, Azərbaycan öz iradəsini yeridir və qəbul etdirir!
Bunların nəticəsi isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin yaratdığı yeni reallıqlardır!
Bəxtiyar SADIQOV