10 Mart 2024 09:00
753
SİYASƏT
A- A+
Hayastanda kişi qıtlığı artıb

Hayastanda kişi qıtlığı artıb

 

Məğlub ölkə borc içində çabalayır

 

Ötən ilin sonları və cari ilin ilk 3 ayında Hayastan iqtisadiyyatında qeydə alınan tənəzzül daha da sürətlənib. Ölkənin xaricdən maliyyə asılılığı da sürətlə artır. Hayastanın dövlət borcu artıq 12 milyard ABŞ dollarına çatıb. 
"4rd.am" nəşri yazıb ki, borc məbləğinin artmasının səbəbi Hayastanın ötən il iqtisadi böhrandan tam çıxa bilməməsi və iqtisadiyyatı stimullaşdırmaq üçün əlavə tədbirlərə ehtiyacın olmasıdır. Dünyanın bütün ölkələrinin dövlət borcu var. Problem bunda yox, onun sürətli artım tempində və vəsaitlərdən effektiv istifadədədir. Xüsusi halda, cari ilin 3 ayı ərzində hökumət dövlət borcunu 2,5 faiz artırıb, halbuki 2023-cü ilin yanvar-oktyabr aylarında Ermənistanda iqtisadi fəallıq 
5,2 faiz təşkil edib. Hazırda Ermənistanın hər bir vətəndaşına 3 min ABŞ dollarından çox borc düşür.  Bu vəziyyətdə iş yerlərinin bağlanması, artan inflyasiya əhalinin ölkədən yeni köçünə rəvac verir. 
Məhz belə bir vaxtda aparılan hesablamalar göstərir ki, son 6 ayda Ermənistanda əhalinin təbii artımı min nəfərə çatmır.  Bundan başqa, təbii artımın azalmasına ermənilərin kütləvi şəkildə ölkəni tərk etməsi də ciddi təsir göstərir.
Dünya Bankının hazırladığı hesabatda məlumat verilir ki, Hayastanda təxminən hər 3 qadına 2 kişi düşür. Məlumatda deyilir ki, Ermənistan əhalinin cinsi tərkibinə görə dünyada ən acınacaqlı vəziyyətdədir. Belə ki, hazırda Hayastanda əhalinin 55 faizdən çoxu qadınlardır. Məlumatda o da qeyd edilir ki, keçmiş sovetlər ölkələri qadınların sayına görə dünyada öndə gedir. Məsələn, Ukrayna qadınların ən çox olduğu ikinci ölkədir. Belə ki, bu ölkədə qadınlar əhalinin 54,08 faizini təşkil edir. İlk üçlüyü isə digər bir keçmiş sovet respublikası Belarus qapadır. Bu ölkədə zərif cinsin nümayəndələri əhalinin 53,96 faizini təşkil edir. Rusiyada da qadınlar kişilərdən çoxdur. Şimal qonşumuzun əhalisinin 53,56 faizi qadınlardır.
Rusiyadan sonra siyahıda müvafiq olaraq Latviya (53,62 faiz) və Litva (53,03 faiz) yer alıb. Reytinqdə son pillələri Körfəz ölkələri tutur. Qadın əhalinin ən aşağı nisbəti Qətərdədir (27,49 faiz). BƏƏ-də faiz bir qədər yüksəkdir (30,62 faiz). Növbəti sırada isə Bəhreyn qərarlaşıb - 38,04 faiz.
Əsasən reproduktiv yaşda olan kişilər və qadınlar da daxil olmaqla, daha çox gənc ailələr ölkəni tərk edirlər. Bu da qısa müddətdə ölkənin demoqrafiyasında mənfi nəticələrə gətirib çıxarır. "4rd.am" portalı bu xüsusda yazır: "Miqrasiya sahəsində ötənilki rekordun bu il artacağı tamamilə mümkündür. Emiqrasiya prosesinin yalnız Rusiya ilə məhdudlaşmadığı məlumdur. Həm də aydındır ki, ölkədən getmək üçün reproduktiv yaşda kişilər və qadınlar da daxil olmaqla, əsasən gənc ailələr mühacirət edirlər. Bu, artıq qısa müddətdə ölkənin demoqrafiyasını aradan qaldırıla bilməyən mənfi nəticələrlə təhdid edir". 
Ölkədə ötən illərə nisbətən xeyli pisləşən sosial-iqtisadi vəziyyət, yaxın perspektivdə həlli görünməyən siyasi böhran əhalinin gələcəklə bağlı bütün ümidlərini məhv edib. Elə bu səbəbdən həyatını Hayastandan  kənarda davam etdirmək istəyənlərin sayı artır. Rəsmi rəqəmlərə əsasən, Hayastanda əhalinin sayı 2,9 milyon nəfərdir. Lakin ermənilərin özləri etiraf edirlər ki, reallıqda bu göstərici xeyli azdır. Çünki rəsmi qeydiyyatda olan əhalinin tərkibinə xaricdə yaşayan, ancaq Hayastan vətəndaşlığından çıxarılmayan şəxslər də daxildir. Hayastan hökumətinin demoqrafiya probleminin həlli üçün həyata keçirdiyi siyasət, o cümlədən əhali artımını stimullaşdırmaq üçün elan etdiyi proqramlar faktiki olaraq, iflasa uğrayıb. 
Beləliklə, proseslər Hayastanın sürətlə məhvinə doğru yaxınlaşdığını bir daha təsdiqləyir.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

18:51
28 May

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 9 nəfər həlak olub

18:43
28 May

Belarus Milli Kitabxanası Azərbaycan bayrağı rənglərinə bürünüb

18:41
28 May

Küveyt raket və PUA hücumuna məruz qalıb

17:37
28 May

Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb YENİLƏNİB

17:27
28 May

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb

17:04
28 May

Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib

17:01
28 May

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub YENİLƏNİB

16:54
28 May

Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq- Xəbərdarlıq

16:34
28 May

Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub YENİLƏNİB

15:57
28 May

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən

15:51
28 May

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırır

15:32
28 May

Prezident İlham Əliyev: Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi

15:24
28 May

Azərbaycan Prezidenti: Müstəqillik Günü hər birimiz üçün çox əzizdir

15:23
28 May

Prezident: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir

15:21
28 May

Prezident İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir

15:19
28 May

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinidən

14:59
28 May

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

14:19
28 May

Cümhuriyyətin istiqlal idealları müasir və qüdrətli Azərbaycanda uğurla yaşadılır

13:53
28 May

Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib

13:27
28 May

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmuddan

13:24
28 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!