13 Aprel 2023 01:05
232
SİYASƏT
A- A+
Hayastanda əsgər anaları etiraz edirlər

Hayastanda əsgər anaları etiraz edirlər

 

"Bizim övladlarımızın başqa ölkənin torpağında nə işləri var?!"

 

Hayastan ordusunda korrupsiya, rüşvətxorluq, özbaşınalıq geniş vüsət alıb. Ümumiyyətlə, cəmiyyətdə olan neqativ tendensiyalar ordudan da yan keçməyib. Artıq erməni ordusu maddi-texniki, şəxsi heyətlə təminat baxımından əvvəlki dövrlərlə müqayisədə indi daha ciddi çətinliklər yaşayır.
Hayastanda belə bir fikir hakimdir ki, orduda zabitlər əsgərlərə vətənin müdafiəçiləri kimi deyil, şəxsi varlanmalarını təmin edən obyekt kimi baxırlar. O da vurğulanır ki, Hayastan Müdafiə Nazirliyi heç də bütün insidentlər haqda məlumat vermir, bəzi hallar naməlum olaraq qalır.
Paşinyan hakimiyyəti üçün ciddi problemə çevrilən məsələlərdən biri də qeyri-döyüş şəraitində həyatını itirən əsgərlərlə bağlıdır. Belə əsgərlərin valideynləri hakimiyyətin bu məsələyə etinasızlığından cana doyduqlarını bildirir və ölkə rəhbərliyinin indiyə qədər onları aldatdıqlarını bəyan edirlər.  
Bu günlərdə Şirak bölgəsindən olan hərbi məhbusların qohumları Gümrü-Bavra yolunu bağlayıblar. Onlar Bakıda cəza çəkən oğullarının ölkəyə qaytarılmasını tələb ediblər. Məhbusların yaxınları bəyan ediblər ki, baş nazir Nikol Paşinyan 2 ildir onları aldadır: "Baş nazir oğlanlarımızın qaytarılması üçün hər şeyin edildiyini desə də, bu günə qədər heç bir nəticə yoxdur. Artıq hökumət və ya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşlərə ehtiyacımız yoxdur. Bizə oğullarımızın sağ-salamat olması lazımdır. Biz onlarla videobağlantı vasitəsilə danışırıq və görürük ki, 30 yaşlı oğlanlar 40-50 yaşlı kimi görünürlər. Biz daha gözləyə bilmərik. Ümumiyyətlə, bizim övladlarımızın başqa ölkənin torpağında nə işləri var? 30 ildir heç nədən uşaqlarımız qırılır". 
Hayastan mediası isə  xidmət zamanı intihar edən, qaçan hərbçilərin ailələrinə təzyiq olunduğunu bildirir. Ölənlərə aid qeydiyyat kitabçaları, şəxsi gündəliklərin yoxa çıxması da adi hala çevrilib. Hesab edilir ki, hakimiyyəti bu addımı atmağa Hayastan ordusu haqqında bir çox həqiqətlərin üzə çıxa bilmək xofu vadar edir. Rəhbərlik orduya korrupsiya mənbəyi kimi baxdığından hərbi qulluqçuların nizam-intizamı, mənəvi-psixoloji, maddi və fiziki vəziyyəti ötən illərə nisbətən daha da pisləşir.
Döyüş itkilərindən əlavə, Hayastan ordusunda baş verən fərarilik, ölüm, döyülmə, rüşvət, korrupsiya, intihar, təcavüz və digər nizamnamədənkənar halların sayı dəfələrlə artıb. Komandirlər tərəfindən hərbi hissələrdən hərbi qulluqçuların qeyri-qanuni yolla müəyyən olunmuş pul müqabilində ay ərzində hərbi hissədən kənara buraxma halları hələ də davam etməkdədir.
Eyni zamanda o da məlum olub ki, Hayastandan gənclərin başqa ölkələrə gedib, geri qayıtmamaları özünü silahlı qüvvələrə çağırışda göstərir. Əslində, çoxdan məlum idi ki, cəbhə və sərhəd xəttində hakimiyyət mülki əhali ilə müqavilə bağlayır və onları döyüş postunda yerləşdirir. Amma artıq bu da kara gəlmir. Reallıq odur ki, bu gün Hayastanda silah daşıyacaq əsgər və zabit çatışmır. O da məlum həqiqətdir ki, bütün dünyada tələbələr cəmiyyətin intellektual sərvəti sayılır və onlar  cəmiyyəti gələcəkdə idarə və təmsil edənlər sayılırlar. Amma Hayastan hakimiyyəti indi tələbələri döyüş bölgəsinə göndərməklə onları yararsız bir qüvvəyə çevirir. Bu isə iqtidara qarşı böyük bir etirazın yaranmasına səbəb olur. 
Bu, bir daha təsdiqləyir ki, Hayastan iflasa uğramış bir vəziyyətdədir. "4rd.am" nəşri hakimiyyət daxilindəki mənbəyə istinadən yazır ki, əslində, bu gün Hayastan hakimiyyətində qorxulu bir  əhvali-ruhiyyə müşahidə olunur. Nəşrə informasiya ötürən mənbənin məlumatına görə, hərbi xidmətdə olmayan məmurların  məsələsi də gündəmə gətirilib: "Məsələ ondadır ki, yüksək vəzifəli şəxslərə hərbi xidmətdə olmayan nazirlər, onların müavinləri, şöbə müdirləri və digərlərinin siyahısı təqdim olunub. İnsanlar görürlər ki, hərbi xidmətə getməyənlər daha yaxşı yerlərdə işləyirlər. Buna görə də nəyin bahasına olursa-olsun öz övladlarını orduya göndərməkdən imtina edirlər. Mənbəmizin məlumatına görə, 2018-ci ildə bu məsələdə ciddi dəyişikliklər gözlənilir. Hazırda Yerevanda dəhşətli təşviş müşahidə olunur". 
Bütün bunlar növbəti dəfə təsdiq edir ki, məğlub Hayastan ordusunun çöküşü sürətlə davam edir.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!