20 Mart 2025 08:40
771
SİYASƏT
A- A+
Hayastana etibar yoxdur

Hayastana etibar yoxdur


İrəvan həm sülhdən danışır, həm də təcavüzkar siyasətini davam etdirir


"Ermənistan tarixən başqa dövlətlər tərəfindən idarə edilən, özgələrin diktəsi ilə hərəkət edən, öz siyasi dəst-xəti, dövlətçilik tarixi olmayan ölkədir. Təcavüzkar dövlətin rəhbərlərinin sözü ilə əməlləri heç vaxt üst-üstə düşməyib. İstər Azərbaycan torpaqları işğal altında olduğu dövrdə, istərsə də indi Ermənistanda hakimiyyətdə olanlar həmişə sülhdən, dostluqdan, demokratik hüquq normalarına sadiqlikdən danışsalar da, onlar çirkin əməllərini, təcavüzkar siyasətlərini davam etdiriblər".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Komitə sədri bildirib ki, onlar bu hərəkətlərini hazırda da davam etdirirlər. Ermənistanın baş naziri Nikol Paşinyan bütün çıxışlarında, beynəlxalq görüşlərdə Ermənistanın sülhə sadiqliyindən, qonşuluq əlaqələrindən danışır, ancaq arxada himayədarlarının köməyi ilə öldürücü silahlar alır, revanş götürmək üçün planlar hazırlayır. Əlbəttə ki, sülh əleyhinə olan bu hərəkətlər, xüsusilə, son günlərdə mövqelərimizin atəşə tutulması, eləcə də bəzi erməni siyasətçilərin fikirləri, Ermənistanı dəstəkləyən ölkələrin hərəkətləri təcavüzkar dövlətin sülhə sadiq olmadığını göstərir. "Paşinyan sülh müqaviləsinin imzalanmasına hazır olduğunu, irəli sürülən şərtləri qəbul etdiyini dediyi halda, əslində, sülhün əleyhinə gedir və gözləmə mövqeyi tutur, vaxt qazanmaq istəyir. Xarici ölkələrdən silahlar alır, Avropa İttifaqı "müşahidə missiyası" üzvlərinin sayını artırır. Bunun səbəbləri isə aydındır. Ermənistan başqalarının dediyi ilə oturub-durur və onların tapşırıqlarını yerinə yetirir. Bir tərəfdən, Qərbin yürütdüyü siyasət, qurduğu planlar, Avropa İttifaqının diktəsi, Fransanın Ermənistanı əlində oyuncaq kimi istifadəsi, digər tərəfdən, Rusiyaya meyillənmək Ermənistanı çıxılmaz vəziyyətə salıb və belə vaxtda onun qəti fikrə gəlib sülh müqaviləsinə imza atması çox çətindir", - deyə T.Rzayev əlavə edib. 

Komitə sədri Prezidentin çıxışlarını xatırladaraq deyib ki, İlham Əliyev dəfələrlə Azərbaycanın sülhə sadiq olduğunu, ancaq irəli sürdüyü şərtlərin mütləq Ermənistan tərəfindən qəbul edilməli olduğunu bildirib. Yalnız bundan sonra sülh müqaviləsi imzalana bilər. Bu şərtlər hər birimizə yaxşı məlumdur. İlk növbədə, Ermənistan rəhbərliyi özündə cəsarət tapıb konstitusiyasında dəyişiklik etməli, Azərbaycana qarşı ərazi iddialarını Əsas Qanununda aradan qaldırmalı və ATƏT-in Minsk qrupunun ləğvinə razılıq verməlidir. Zəngəzur dəhlizi açılmalıdır. Bütün bunlar, sözsüz ki, münasibətlərin normallaşmasına, sülhün bağlanmasına imkan yarada bilər. Ölkəmizin rəhbəri onu da bildirmişdir ki, hələ bundan sonra Cənubi Qafqazda sülhün nizamlanması prosesində müəyyən çətinliklər mövcud olacaq. Çünki Ermənistan tərəfindən sabitliyə, təhlükəsizliyə təminat yoxdur. Onun havadarları regionda sabitliyin yaradılmasının əleyhinədirlər. Burada öz maraqlarını qorumaq, möhkəmləndirmək üçün bütün vasitələrdən istifadə edirlər. Bu vasitə isə Ermənistan və siyasi hakimiyyətidir. Ona görə də erməni dövlətinə, rəhbərliyinə etibar etmək mümkün deyil. 

Deputat bildirib ki, atəşkəsin pozulması, eləcə də Aİ müşahidəçilərinin şərti sərhəddə Azərbaycan mövqelərini izləməsi, müəyyən təxribatlar törətmək üçün yollar axtarmaları göstərir ki, Qərbin təhriki ilə Ermənistan, əslində, sülhü deyil, müharibəni üstün tutur: "Ancaq dəfələrlə bildirilib ki, bu, Ermənistan üçün ağır nəticələnə bilər.  O nə qədər silahlansa da, havadarlarına arxayın olsa da, yenə Azərbaycandan qat-qat zəifdir. Azərbaycan Ordusu güclüdür, iqtisadiyyatı möhkəmdir, xalq birdir. Ermənistanda isə bunun tamamilə əksi müşahidə olunur. Bu ölkə iqtisadi cəhətdən çöküb, birlik yoxdur, orduda çaxnaşmalar var və belə bir halda İrəvanın müharibə etmək cəhdi onun tamamilə məhv olması, dövlət kimi silinməsi deməkdir. Zaman Ermənistanı çıxılmaz vəziyyətə salıb, bu da sözsüz ki, rəhbərliyinin səriştəsizliyindən, ikiüzlülüyündən, reallıqları qəbul etməməsindən, eləcə də başqa dövlətlərin kölgəsinə sığınmaqdan irəli gəlir". 

T.Rzayev vurğulayıb ki, Ermənistan hakimiyyəti, dövləti idarə edənlər özlərində qətiyyət tapıb, dövrün reallıqlarını nəzərə alıb mütləq Azərbaycanla sülh sazişini imzalamalıdırlar. Son zamanlar bir çox siyasətçilər haqlı olaraq bildirirlər ki, Azərbaycanla sülh müqaviləsinin bağlanmaması Ermənistanın məhvi deməkdir. Onlar müəyyən məsələlərə aydın başla, sağlam düşüncə ilə yanaşırlar. Paşinyan dönə-dönə fikirləşməli və öz mənfur niyyətindən əl çəkməli, havadarlarına arxalanmamalı, dövlətinin yaşaması üçün Azərbaycanla münasibətlərin yaxşılaşmasına cəhd göstərməli və sülhə imza atmalıdır.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyəli mütəxəssislər təyyarə qəzası ilə bağlı işləri davam etdirirlər  

23:40
14 Noyabr

SOCAR və “DeGolyer and MacNaughton” şirkəti əməkdaşlıq imkanlarını müzakirə edib  

22:28
14 Noyabr

Rusiyalı professor: Azərbaycan regionda təhlükəsizliyin qarantına çevrilir

22:25
14 Noyabr

DİN: “9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı iddialar araşdırılır  

22:20
14 Noyabr

YAP-ın müasir dövlətçilik tariximizdə yeri və rolu barədə tədbir təşkil olunub  

22:19
14 Noyabr

Mariyana Kuyundziç: Azərbaycanlı gənclər yaradıcı və təşəbbüskardırlar  

22:15
14 Noyabr

Baş nazir Əli Əsədov Asiya İnkişaf Bankının prezidenti ilə görüşüb  

22:11
14 Noyabr

Sənayedə qeyri-dövlət sektorunun payı 79,3 faiz olub  

22:09
14 Noyabr

Doqquz ayda Azərbaycanın hüquqi və fiziki şəxsləri 173 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib  

20:23
14 Noyabr

“Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabı işıq üzü gördü  

20:21
14 Noyabr

Rusiyalı politoloq: Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri daha da güclənib

19:16
14 Noyabr

Amerikalı ekspert: Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında mərkəzi rol oynayır  

18:43
14 Noyabr

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında çoxsəviyyəli əməkdaşlıq: yeni imkan və perspektivlər  

18:20
14 Noyabr

Milli Məclisin növbəti iclaslarının vaxtları açıqlanıb  

18:07
14 Noyabr

“Konstitusiya və Suverenlik İli” dövlət müstəqilliyimizin hüquqi dayaqlarına verilən böyük önəmin göstəricisidir  

17:55
14 Noyabr

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarədə həlak olanların dəfn mərasimində rəsmi şəxslər iştirak ediblər  

17:52
14 Noyabr

İqtisadi fəal əhalinin sayı açıqlanıb  

17:50
14 Noyabr

Azərbaycanda bu ilin 9 ayında 36 mindən çox nikah bağlanıb

17:50
14 Noyabr

Bu ilin doqquz ayında Azərbaycanda 72 min 210 körpə doğulub

17:49
14 Noyabr

Doqquz ada ölkədə 77,7 min yeni iş yerləri açılıb  

17:49
14 Noyabr

  İran ABŞ və İsraildən təzminat tələb edib

17:40
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!