Güc simvolu
İlham Əliyev dünyada ən yüksək döyüş qabiliyyətinə malik ordulardan birini yaradıb
Qafqazda ən güclü orduya malik ölkə olan Azərbaycan Vətən müharibəsindən sonra da Silahlı Qüvvələrinin daha da modernləşməsi istiqamətində mühüm addımlar atır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu istiqamətdə qarşıya qoyduğu yeni vəzifələrə, tələblərə uyğun olaraq ordumuzun maddi-texniki bazası daha da modernləşir, mütəmadi keçirilən hərbi təlimlər isə Silahlı Qüvvələrin gücünə güc qatır. Hazırda Azərbaycan, Silahlı Qüvvələrinin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından nümunəvi dövlət olaraq qəbul edilir. Həyata keçirilən ordu quruculuğu nəticəsində bu gün Azərbaycan Ordusu çevik, peşəkar və müasir tələblərə cavab verən ordu kimi formalaşıb.
Bu, bir həqiqətdir ki, İkinci Qarabağ müharibəsində əldə edilən zəfər illərlə keçirilən təlimlərin, alınan silah-sursatların, texnikalardan düzgün yararlanmanın və ən başlıcası, vahid komandanlıq sisteminin idarə edilməsinin uğurlu nəticəsidir.
Vətən savaşında böyük döyüş təcrübəsi toplayan Silahlı Qüvvələrimizin maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində mühüm işlər görülür. İşğaldan azad olunan bölgələrdə xüsusi təyinatlı hərbi hissələrin yaradılması, müasir hərbi texnika və silah-sursatla təchizat bunun əyani təzahürüdür.
Ali Baş Komandanın göstərişinə əsasən müxtəlif hərbi təlimlərin keçirilməsi, hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması, ordumuzun müasir silah, hərbi texnika ilə təchiz edilməsi və bir sıra digər tədbirlər Azərbaycan Ordusunun Ermənistan ordusu üzərində qazandığı üstünlüyün qorunub saxlanmasını təmin edir.
Azərbaycan Ordusu qarşısında qoyulan yeni tapşırıqlara əsasən, modernləşmə, silahlanma və hazırlıq sahələrində ordunun ən yüksək göstəricilərə sahib olması üçün konkret planlar, tədbirlər hazırlanıb.
Ordu komandanlığı buna uyğun tapşırıqların təxirəsalınmaz icrasını reallaşdırır. Bununla yanaşı, hazırda bir çox hərbi hissələrimiz azad edilmiş ərazilərimizə dislokasiya edilir və ya həmin ərazilərdə yeni hərbi şəhərçiklər salınır. Dislokasiya olunan bölmələrimizdə qoşun xidmətinin təşkili, şəxsi heyətin döyüş hazırlığının və döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, yeni hərbi infrastruktur obyektlərinin yaradılması, bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin yaxşılaşdırılması, döyüş planlarının dəqiqləşdirilməsi, maddi-texniki, tibbi təminatın davamlı yüksəldilməsi, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi gündəlik fəaliyyətin əsas prioritetlərindəndir.
Ümumiyyətlə, peşəkar ordunun formalaşdırılması çoxşaxəli prosesdir və zamana bağlıdır. Bunun üçün uzun illər, bəzən onilliklər tələb olunur. Zamanın reallıqları təsdiq edir ki, modernləşmə ən vasib şərtlərdən biridir.
Hazırda Azərbaycan Ordusunun şəxsi heyətinin peşəkarlığının daha da artırılması üçün müxtəlif tədbirlər planı əsasında hərbçilərimiz davamlı olaraq yerli və xarici ölkələrdə təşkil olunan təlimlərə qatılırlar.
Bu ilin döyüş hazırlığı planına müvafiq olaraq Azərbaycan Ordusunda hərbi qulluqçuların fərdi bacarıqlarının təkmilləşdirilməsi, eləcə də bölmələrin döyüş qabiliyyətinin daha da artırılması məqsədilə təlim və məşğələlər davam etdirilir.
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan və tank bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilib. Minaatan bölmələrinin hazırlığında təlim atış çalışmaları üzrə tapşırıqları yerinə yetirən bölmələr təyin olunmuş hədəfləri minaatanlardan yüksək dəqiqliklə məhv ediblər. Qabaqcıl döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən məşğələlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
Tank bölmələrinin döyüş hazırlığının yoxlanması üzrə ümumqoşun poliqonunda keçirilən tədbirlərdə döyüş maşınlarının idarə olunması, eləcə də şərti düşmən hədəflərinin məhv edilməsi üzrə yoxlama və nəzarət çalışmaları uğurla icra olunub. Burada məqsəd döyüş hazırlığının yüksək səviyyədə saxlanması və heyət üzvlərinin fərdi bacarıqlarının daha da təkmilləşdirilməsidir. Bununla yanaşı, tank heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib. Tank heyətləri ərazidə təbii və süni maneələri dəf edərək döyüş maşınlarının idarə olunması, şərti düşmən hədəflərinin yerində və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları uğurla icra ediblər.
Plana əsasən piyadaların döyüş maşınları ekipajları ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib. Çalışmalarda əsas diqqət sürücü-mexaniklərin döyüş texnikasını idarəetmə qabiliyyətlərinin, eləcə də tuşlayıcı operatorların zirehli texnikadan hərəkətdə və dayanaraq atəşaçma bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.
Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin helikopter bölmələri ilə də təlim-məşq uçuşları həyata keçirilib. Helikopterlər bazalanma aerodromlarından müəyyənləşdirilmiş marşrutlar üzrə uçuşlar edib və ekipajların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən məşqlərdə qarşıya qoyulan tapşırıqlar uğurla icra edilib.
Ordumuzun mühəndis bölmələri ilə də döyüş hazırlığı üzrə məşğələlər həyata keçirilib. Belə ki, xüsusi hazırlanmış mühəndis şəhərciyində Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin Mühəndis Qoşunlarının hərbi qulluqçularının iştirakı ilə keçirilən məşğələlər zamanı istehkamçılar ərazinin kəşfi, minaaxtaranlar vasitəsilə minaların və partlamamış döyüş sursatlarının aşkarlanaraq zərərsizləşdirilməsi, eləcə də digər tapşırıqları praktiki olaraq icra ediblər. Məşğələlərin keçirilməsində başlıca məqsəd mühəndis təminatını yerinə yetirən hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin və döyüşə hazırolma vərdişlərinin, eləcə də silahlanmada olan müasir mühəndis texnikası və avadanlıqlarından səmərəli istifadəetmə üzrə bacarıqlarının təkmilləşdirilməsidir.
Bir sözlə, Müdafiə Nazirliyi rəhbərliyinin iştirakı ilə Azərbaycan Ordusunun bütün birlik və birləşmələrində müxtəlif səviyyəli irimiqyaslı əməliyyat-taktiki təlimlərin keçirilməsi həm ordumuzun qüdrətini nümayiş etdirir, həm də döyüş qabiliyyətini, gücünü artırır.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Rusiya XİN: Moskva Qarabağ ermənilərinin bir hissəsinin qayıtmaq istədiyi barədə informasiya alır ...
04 Oktyabr
Maldiv Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya
04 Oktyabr
Ağsuda Antik dövrə aid nekropolda aparılan tədqiqat yekunlaşıb
04 Oktyabr
“Xəzri-2023” birgə taktiki təlimində Azərbaycan və Qazaxıstanın hərbi dənizçiləri yüksək peşəkarlıq ...
04 Oktyabr
İcma: Ermənilərin Qarabağa qayıtmasının vacibliyini vurğulayan Toyvo Klaarın Qərbi azərbaycanlıların...
04 Oktyabr
Təhsilin İnkişafı Fondu ilə “NEQSOL Holding” arasında əməkdaşlıq memorandumu imzalanıb ...
04 Oktyabr
AMADA-nın direktoru Avropa Şurası ölkələrinə müraciət edib
04 Oktyabr
Leyla Abdullayeva: Fransanın Ermənistana göstərə biləcəyi ən böyük yardım onu sülh müqaviləsini imza...
04 Oktyabr
Rusiya XİN: Zəngəzur dəhlizinin açılması üzərində iş davam edir
04 Oktyabr
Hindistanda daşqınlar nəticəsində azı 30 nəfər itkin düşüb
04 Oktyabr
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycan şərtlərini elan etdi04 Oktyabr 2023

O, müasir dünya siyasətini gözəl bilir03 Oktyabr 2023

Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib Prezid...02 Oktyabr 2023

Böyük inamın 20 illik təntənəsi01 Oktyabr 2023

Naxçıvandan türk dünyasına: Səmimi qardaşlıq, strateji müttəfiqlik, dinamik inkişaf29 Sentyabr 2023

ÇOX OXUNANLAR
Böyük liderlik missiyası03 Oktyabr 2023

Ümummilli savaş01 Oktyabr 2023

İLHAM ƏLİYEVİN "DƏMİR YUMRUĞU" VƏ İFLASA UĞRAYAN LAYİHƏ30 Sentyabr 2023

Sonsuz təşəkkürlər, CƏNAB PREZİDENT!29 Sentyabr 2023

İKİ GÖZ YAŞI27 Sentyabr 2023

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...25 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!