Görkəmli yazıçı Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
Bu gün görkəmli yazıçı, ictimai-siyasi və teatr xadimi, pedaqoq, ədəbiyyatşünas Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür. Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev 1870-ci il mayın 17-də Şuşa şəhəri yaxınlığında olan Ağbulaq kəndində dünyaya gəlib. İlk pyesləri "Yеyərsən qaz ətini, görərsən ləzzətini" (1892) və "Dağılan tifaq"ı (1896) da Peterburq Yоl Mühəndisləri İnstitutunda təhsil aldığı illərdə qələmə alıb. Sonrakı illərdə "Bəxtsiz cavan", "Pəri cadu", "Ağa Məhəmməd şah Qacar" dram əsərlərini, "Qırmızı qarı", "Ədalət qapıları", "Ağac kölgəsində", "Vavеyla", "Köhnə dudman", "Baba yurdunda", "Qadınlar bayramı", "Kamran", "Sağsağan", "Yоldaş Kоrоğlu", "Çоx gözəl" hekayələrini və digər məşhur əsərlərini yazıb.
O, Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operasının 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri, tamaşanı idarə edib.
"Ceyranəli", "Xortdan", "Həkimi-nuni-səqir", "Süpürgəsaqqal", "Lağlağı", "Mozalan" və digər imzalarla "Molla Nəsrəddin" jurnalında hekayə, felyeton çap etdirib. Müəllifin jurnalda dərc olunan "Cəhənnəm məktubları", "Mоzalan bəyin səyahətnaməsi", "Marallarım" əsərləri böyük maraqla qarşılanıb.
Ədib 1933-cü il dekabrın 11-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Turizmin əhəmiyyəti
27 Iyul
Qəbələdə turizm infrastrukturu genişlənir
27 Iyul
Azərbaycan qazının Türkiyəyə tədarükü avqust ayında müvəqqəti dayandırılacaq
27 Iyul
Səfir: Azərbaycanla Niderland su problemlərinin idarə edilməsi mövzusunda bənzər sistemlərə malikdir...
27 Iyul
BMT nümayəndəsi: Azərbaycan beynəlxalq səviyyədə Vahid Sağlamlıq yanaşmasının tətbiqi sahəsində gücl...
27 Iyul
Sülh sazişini imzalamağın vaxtı çatıb
27 Iyul
Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin informasiya sisteminə inteqrasiya edilən info...
27 Iyul
Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsinə dair Komissiyan...
27 Iyul
Ertuğruloğlu: Azərbaycan, Türkiyə və ŞKTC bir-birilərini dəstəkləməli, ümumi maraqları müdafiə etməl...
27 Iyul
"Azərbaycan Respublikası Hökuməti il ə Türkiyə Respublikası Hökuməti arasında miqrasiya sahəsində əm...
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
![](/uploads/img/posts/2024/07/25/Clip_23jpg-1721862946.jpg)
Uzaqgörənlik24 Iyul 2024
![](/uploads/img/posts/2024/07/24/1 copyjpg-1721771921.jpg)
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
![](/uploads/img/posts/2024/07/23/Clip_2jpg-1721686526.jpg)
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/1721480194305007127_1200x630jpg-1721495783.jpg)
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/Clipjpg-1721423683jpg-1721453251.jpg)
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
![](/uploads/img/posts/2024/07/18/Clip_8jpg-1721248442.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!