Tərtər
Rayon mədəniyyət mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102 illiyinə həsr edilmiş “Zərifə Əliyeva: Əbədi işıq mücəssəməsi” mövzusunda konfrans keçirilib.
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası, Ağsaqqallar Şurası, İcbari Tibbi Sığorta Dövlət Agentliyi, TƏBİB və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra Zərifə xanım Əliyevaya həsr edilmiş fotosərgi ilə tanış olublar.
Konfransın moderatoru, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı görkəmli oftalmoloq-alim, tanınmış səhiyyə təşkilatçısı, nüfuzlu ictimai xadim, akademik Zərifə xanım Əliyevanın ömür yolundan, yüksək nailiyyətlərindən, peşəsinə sevgisindən danışıb.
Milli Məclisin deputatı, Səhiyyə komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov bildirib ki, Zərifə xanım Əliyeva Azərbaycan səhiyyəsinin inkişafında silinməz iz qoymuş alimdir: “Bu gün onun adına həsr olunmuş tədbirin Tərtərdə, qərbi azərbaycanlıların yaşadığı ərazidə keçirilməsi böyük mənəvi dəyər daşıyır. Eyni zamanda bu gün Tərtərdə həyata keçirilən tibbi humanitar aksiya da onun xidmətlərinə bir ehtiram nümunəsidir”.
İcbari Tibbi Sığorta Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev isə vurğulayıb ki, yerlərdə keçirilən humanitar tibbi aksiyalar icbari tibbi sığortanın insanlara yaxınlaşdırılması baxımından önəmlidir: “Akademik Zərifə Əliyevanın adı ilə bağlı tədbirin sosial həssas qrup nümayəndələrini əhatə etməsi onun insana xidmət prinsipləri ilə səsləşir”.
AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, BDU kafedra müdiri, Ağsaqqallar Şurasının üzvü professor Elşad Qurbanov akademik Zərifə Əliyevanın elmi irsindən bəhs edib, onun tədqiqatlarının bu gün də aktuallığını qoruduğunu bildirib.
Çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov akademik Zərifə xanım Əliyevanın həyat yolu və elmi fəaliyyəti barədə danışıb. Bildirib ki, Zərifə xanımın xatirəsi Azərbaycan xalqının, onu tanıyan bütün insanların qəlbində əbədi yaşayır.
Salyan
Rayon icra hakimiyyətinin və rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Azərbaycanda oftalmologiya elminin inkişafında akademik Zərifə Əliyevanın rolu” mövzusunda konfrans keçirilib.
Konfransda RİH-in başçısı Rüstəm Xəlilov, Milli Məclisin deputatı Sadiq Qurbanov, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. R.Xəlilov çıxış edərək müstəsna xidmətləri ilə əbədilik qazanan Zərifə xanım Əliyevanın həyat yolu, zəngin və çoxşaxəli irsi haqda danışıb. Bildirib ki, Zərifə xanım Əliyeva Azərbaycan qadınına nümunə ola biləcək sədaqətli silahdaş, qayğıkeş ana, böyük oftalmoloq-alim olub.
Tədbirdə çıxış edən digər natiqlər də insanlara həyat nuru bəxş etmiş şəfqətli bir həkimin, sadəliyi və təvazökarlığı ilə nümunə olan akademik Zərifə xanım Əliyevanın Azərbaycan tibb elminə böyük töhfələr verdiyini bildiriblər. Qeyd olunub ki, Zərifə xanımın əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
Çıxışlardan sonra bir qrup səhiyyə işçisinə RİH-in fəxri fərmanları təqdim edilb. Sonda akademik Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan, elmi nailiyyətlərindən, ictimai xadim kimi əvəzsiz fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Hacıqabul
Hacıqabul şəhər Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir görkəmli oftalmoloqun həyat və yaradıcılığından bəhs edən sərgi ilə tanışlıqla başlayıb.
Hacıqabul Rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Natiq Əliyev tədbiri giriş sözü ilə açaraq Zərifə xanım Əliyevanın ömür yolu, elmi və akademik fəaliyyətindən bəhs edərək bildirib ki, akademik oftalmologiya elminin inkişafına dəyərli töhfələr vermiş, bu sahə üzrə yüksəkixtisaslı kadrlar yetişdirilməsinə böyük əmək sərf etmişdir.
RİH-in başçısı Sevindik Hətəmov çıxış edərək bildirib ki, Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xəti olan novator bir alim idi: “O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir. Zərifə xanım heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır. Onun həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır”.
“Azərbaycan