20 May 2025 16:04
456
CƏMİYYƏT
A- A+
GLOBE Şəbəkəsinin 6-cı Plenar iclasında iştirak edən nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirilib  

GLOBE Şəbəkəsinin 6-cı Plenar iclasında iştirak edən nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirilib  


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən hüquqi və institusional islahatlar, xüsusilə şəffaflıq, hesabatlılıq və korrupsiyaya qarşı mübarizə sahəsində atılan məqsədyönlü addımlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Bu kontekstdə Azərbaycan Prokurorluğu beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsinin təşviqi istiqamətində fəal siyasət həyata keçirir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı şəhərində keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GLOBE Network) Altıncı Plenar İclası və İdarəetmə Komitəsinin Onuncu Görüşü çərçivəsində, mayın 20-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev bir sıra ölkələrin hüquq-mühafizə orqanlarını təmsil edən nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdə Çex Respublikasının Təhlükəsizlik Qüvvələri Baş Müfəttişliyinin direktoru Vit Hendrix, Nepal Federativ Demokratik Respublikasının Səlahiyyətlərin Sui-istifadəsinin Araşdırılması üzrə Komissiyasının komissarı Hari Paudel və Liviya Dövlətinin İnzibati Nəzarət Orqanının sədri Abdulla Qadirbohun iştirak ediblər.

Baş prokuror Kamran Əliyev keçirilən görüşlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatların mahiyyəti barədə ətraflı məlumat verib, xüsusilə korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq orqanlarının institusional fəaliyyəti, tətbiq edilən innovativ idarəetmə mexanizmləri və beynəlxalq tərəfdaşlıq təşəbbüsləri barədə danışıb. O, həmçinin GlobE Şəbəkəsinin transmilli korrupsiya ilə mübarizədə mühüm beynəlxalq platforma olduğunu vurğulayaraq, Azərbaycanın bu əməkdaşlıq çərçivəsində daha fəal iştiraka maraqlı olduğunu bildirib.

Qonaqlar, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək, xüsusilə hüquqi islahatların ardıcıllığı və prokurorluq orqanlarının fəaliyyətində müşahidə edilən inkişaf dinamikasını müsbət nümunə kimi dəyərləndiriblər.

Görüşlər zamanı qarşılıqlı təcrübə və informasiya mübadiləsinin gücləndirilməsi, hüquq-mühafizə orqanları arasında birbaşa əlaqələrin inkişafı və gələcək əməkdaşlığın dərinləşdirilməsi imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

İkitərəfli danışıqlar, həmçinin regional və beynəlxalq səviyyədə birgə təşəbbüslərin həyata keçirilməsi, o cümlədən qlobal antikorrupsiya səylərində birgə iştirakla bağlı məsələlərin müzakirəsi ilə müşayiət olunub. Nümayəndə heyətləri Azərbaycan Prokurorluğunun şəffaflıq, etik davranış və hesabatlılıq prinsiplərinin təşviqi sahəsində qazandığı nailiyyətlərə xüsusi maraq göstərərək, bu təcrübədən faydalanmaqda maraqlı olduqlarını ifadə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gürcüstanın Katolikos-Patriarxı II İliya vəfat edib  

23:30
17 Mart

Ceyhun Bayramov Naxçıvana dron hücumlarının İran tərəfindən araşdırılmasının vacibliyini vurğulayıb  

23:29
17 Mart

Xankəndidə Torpaq çərşənbəsi: Zəfər meydanında bayram tonqalı alovlanıb  

22:57
17 Mart

Buxara karvansarasının əsaslı bərpa və konservasiya işlərindən sonra açılışı olub  

22:51
17 Mart

Xocalıda torpaq çərşənbəsi münasibətilə bayram tonqalları yandırılıb  

22:50
17 Mart

Şuşada İlaxır çərşənbə: Qala qapısı qarşısında bayram tonqalı qalanıb  

21:23
17 Mart

Milli Xalça Muzeyində Nigar Əliyevanın sərgisi açılıb  

20:51
17 Mart

Tramp NATO-dan çıxmaq barədə: Bu düşünməli olduğumuz bir məsələdir  

20:43
17 Mart

Xocavənd şəhərində 34 ildən sonra Novruz bayramının rəmzi olan tonqal alovlandırılıb  

20:19
17 Mart

Ağdam şəhərində Novruza həsr olunmuş bayram konserti

20:03
17 Mart

Tramp: Bizim heç kimin köməyinə ehtiyacımız yoxdur

19:47
17 Mart

Nazir: Özünüməşğulluq proqramına 110 mindən çox şəxs cəlb olunub

19:01
17 Mart

Milli Məclis Aparatının rəhbəri: Parlamentlə məhkəmə orqanları arasında sıx əməkdaşlıq qurulub

18:21
17 Mart

İranla müharibəyə görə ABŞ-də ilk istefa

18:17
17 Mart

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin aprel ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

18:05
17 Mart

Məcnun Məmmədov: Kənd təsərrüfatı innovasiya, texnologiya və sahibkarlığın birləşdiyi strateji sahəyə çevrilir  

17:58
17 Mart

“AzerGold”un cari il üzrə Rəqəmsal Fəaliyyət planı təsdiqlənib  

17:43
17 Mart

Hörmüz boğazında böhran qlobal maliyyə sistemində sarsıntıları dərinləşdirir  

17:37
17 Mart

Neft qiymətləri Yaxın Şərqdəki münaqişə başlayandan bəri 40 faizdən çox artıb  

17:13
17 Mart

“Paris-2024”də 2-ci yeri tutan Azərbaycan boksçusunun da medalı dəyişdiriləcək  

17:08
17 Mart

Polşa Baş nazirinin müavini Azərbaycana qarşı həyata keçirilən dron hücumlarını pisləyib  

17:00
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!