“Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu”nun növbəti buraxılışı olub
Quru Qoşunlarının hazırlıq planına uyğun olaraq “Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev çıxış edərək gənc zabitləri salamlayıb, məzunları kursu uğurla başa vurmaları münasibətilə təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Quru Qoşunların komandanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan Zəfərdən, eləcə də müharibədən sonrakı illərdə düşmən təxribatlarının qarşısını almaq məqsədilə aparılan hərbi əməliyyatlarda əldə etdiyimiz uğurlardan danışıb, məzunlara Vətənə sədaqətlə xidmət etməyi, tabeliklərində olan şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin daha da yüksəldilməsində məsuliyyətlə çalışmağı tövsiyə edib.
Tədbirdə çıxış edənlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirib və göstərilən etimadı xidməti fəaliyyətlərində doğruldacaqlarına söz veriblər.
Sonra yaş kötüyünə xatirə emblemi vurulub, hərbi qulluqçulara sertifikatlar təqdim olunub. Kursun təşkilində fərqlənən təlim rəhbərləri və məzunlar qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İşgəncələrlə öldürülən dəstə başçısı
13 Sentyabr
8-ci dəfə
13 Sentyabr
Qarabağ Universitetinin tərtərli ilkinləri
13 Sentyabr
Qərbi azərbaycanlılar əzəli yurd yerlərinə qayıtmalıdırlar
13 Sentyabr
Gəncədə bu il birinci sinfə gedəcək şəhid övladları ilə görüş keçirilib
13 Sentyabr
Azərbaycanın DOST-u nümunə göstərir
13 Sentyabr
Meqalayihələr, üstəgəl 111 milyon dollarlıq sosial dəstək
13 Sentyabr
Kiçik və orta biznesin böyük məsuliyyəti
13 Sentyabr
İrəvan sülh prosesini pozmaq üçün riyakarlıq edir
13 Sentyabr
Paşinyan sülh danışıqları üzərində imitasiyalarla məşğuldur
13 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Qüdrətli dövlət, güclü ordu, yüksək rifah11 Sentyabr 2024
İstək və arzu başqadır, həqiqət və reallıq isə bambaşqa!10 Sentyabr 2024
Ümumavropa qaz təchizatçısı08 Sentyabr 2024
Riyakarlıq xəstəliyi04 Sentyabr 2024
Xankəndidə seçki izdiham02 Sentyabr 2024
Azad və demokratik ənənənin təntənəsi31 Avqust 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!