14 Noyabr 2023 10:10
1093
CƏMİYYƏT
A- A+
“Gəncə dünya səviyyəli şəhərə çevrilir"

“Gəncə dünya səviyyəli şəhərə çevrilir"

 

Prezident İlham Əliyevin bu sözləri reallıqdır

 

Dünyaya Nizami, Məhsəti, Vazeh kimi dahilər bəxş edən Gəncə bu gün gözlərimiz önündə gündən-günə inkişaf edir. Gəncənin sürətli inkişafını, onun regionun abad və müasir şəhərləri ilə müqayisə edilə biləcək səviyyəsini göz önünə gətirmək üçün son illər bu qədim yurdda həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işlərinə nəzər salmaq kifayətdir. Özü də həmin işlər milli memarlıq elementləri əsasında aparılmaqla, şəhərin tarixi imicinə xələl gətirilmədən müasir şəhərsalma prinsipləri ilə həyata keçirilir. Bununla dünəndən bu günə, bu gündən sabaha möhkəm təməllər üzərində körpü salınır.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar şəhərin genişmiqyaslı inkişafında xüsusi önəm daşıyır, gəncəlilərin daha yüksək, ülvi amallar uğrunda yaşayıb yaratmalarına stimul verir. Şəhər icra hakimiyyətinin ictimaiyyətlə sıx əlaqəsi, hər bir işə çevikliklə yanaşması, qətiyyəti və işgüzarlığı əhalinin görülən işlərə inamını daha da artırır ki, bu da idarəçilik təcrübəsinə, səmimiyyət və ünsiyyətə əsaslanan fəaliyyətin nəticəsidir.
Prezidentin Gəncəyə hər səfəri bu qədim şəhərin sosial-iqtisadi həyatında dərin iz buraxır və daha sürətli inkişafına yeni təkan verir. Dövlət başçısının hər səfərindən sonra həyata keçirilən layihələr Gəncənin simasını tanınmaz dərəcədə dəyişir. Bu səfərlər zamanı Prezidentin verdiyi tapşırıq və tövsiyələr şəhər rəhbərliyi tərəfindən böyük məsuliyyətlə icra olunur. Dövlət başçısının Gəncəyə tarixi səfərlərindən birində dediyi bu sözlər əbəs yerə şəhər sakinlərində qürur hissi oyatmayıb ki: "Gəncə çox qədim, gözəl tarixi şəhərdir. Burada parklar, binalar bərpa edilir, gözəl küçələr salınır. Gəncə dünya səviyyəli şəhərə çevrilir".
Həqiqətən şəhərdə yaradılan bir-birindən gözəl muzeylər və mərkəzlər, park və xiyabanlar Gəncəyə xüsusi yaraşıq verməklə tariximizi yaşadır, gənc nəsildə Vətənə sevgi duyğuları aşılayır. Ulu Öndərin adını daşıyan park-kompleksdə inşa edilən Heydər Əliyev Mərkəzi, Zəfər Tağı,  Amfiteatr, süni göl, Nizami məqbərəsi ətrafında inşa edilən Nizami Gəncəvi Muzeyi, Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi, Gəncəçayın sol sahilində tikilən Məhsəti Gəncəvi Mərkəzi, Müasir İncəsənət Muzeyi, Uşaq Gənclər İnkişaf Mərkəzi, eləcə də Əziz Əliyev parkı qiymətli və zəngin eksponatları ilə qədim Gəncənin möhtəşəm tarixi keçmişini, maddi və mənəvi sərvətini əks etdirməklə şəhər sakinlərində qürur hissi yaradır. Yeni salınan parklara sanki çiçək yağışı yağıb. Hər tərəf al-əlvan libasa bürünüb. Əkilən gül-çiçəklər, minlərlə dekorativ ağac şəhəri cənnətə döndərib. Gecə işıqlandırılmasında həyata keçirilən yeniliklər axşamlar şəhərdə ecazkar mənzərə yaradır.   
Gəncədəki inkişaf və tərəqqi bütün sahələri əhatə edir. Bu həm də o deməkdir ki, indi Gəncə öz inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur, xüsusən də abadlıq və quruculuq işlərində. Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovun nəzarəti altında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhərdə genişmiqyaslı tədbirlər həyata keçirilir. Hazırda "Açıq Kommunal İnfrastruktur Proqramı II" layihəsi icra olunur, şəhərin daxili yollarında asfaltlanma işləri aparılır. Qərb bölgəsində ilk dəfə olaraq Gəncədə yaradılan Ekoloji Park Kompleksində də tikinti işləri davam edir. 11 hektarlıq ərazidə yaradılan park kompleksinin nəzərdə tutulan vaxtda istifadəyə verilməsi üçün bütün qüvvələr səfərbər olunub. Unikallığı ilə seçiləcək kompleksdə insanların rahatlığı və asudə vaxtlarını daha səmərəli keçirmələri üçün bütün lazımi şərait yaradılır. Burada xüsusi yaşıllıq zolaqlarının salınması ilə yanaşı, müxtəlif növ gül-çiçək, dekorativ bitkilər, eləcə də ağac tingləri yetişdirilir. Sahəsi 2100 kvadratmetr olan üçmərtəbəli oranjereya binasında tamamlama işləri görülür. Binanın əsas hissəsi dəmir-beton, metal və şüşə vitraj konstruksiyalarında yığılmışdır. Kompleksdə əyləncə mərkəzləri, idman qurğuları, iaşə obyektləri, habelə müxtəlif növ balıqlar üçün akvariumlar yaradılır, avtonəqliyyat vasitələri, piyadalar və velosiped istifadəçiləri üçün inşa edilmiş yollara və səkilərə asfalt örtüyü döşənir.  Gəncəçayın sağ sahilində salınan Ekoloji Park Kompleksinin gələn il istifadəyə verilməsi nəzərdə tutulur.     
Yeri gəlmişkən, qeyd edək ki, Prezidentin Gəncənin daxili avtomobil yollarının təmiri ilə bağlı imzaladığı sərəncamla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 52 küçədə genişmiqyaslı təmir-tikinti işləri aparılır. Eyni zamanda Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən 53 küçədə əsaslı təmir işləri həyata keçirilir. Təmir-tikinti işləri zamanı küçə və yolların köhnə asfalt örtüyü sökülür, zəruri olan yerlərdə yol yatağının yararsız hissəsi qazılaraq çıxarılır, optimal qırmadaş və qum-çınqıl qarışığı ilə yeni yol yatağı salınır. Sadalanan işlərin ardınca yeni asfalt-beton örtüyü döşənir. Layihə çərçivəsində zəruri olan yerlərdə vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün mövcud piyada səkiləri bərpa olunur, yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür. Asfaltlanma işləri yekunlaşdıqdan sonra küçələrdə hərəkətin normal təşkili üçün yol-cizgi və yol-göstərici xətlərin, həmçinin piyada zolaqlarının çəkilişi icra olunacaq, küçə və yollara zəruri yol nişanları, məlumatverici lövhələr quraşdırılacaq. Bütün işlər Gəncə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin və AAYDA-nın nəzarəti altında tərtib olunmuş qrafikə uyğun aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilmişdir. 
Şəhərin içməli su və çirkli su xətlərinin yenilənməsini hədəfləyən "Açıq Kommunal İnfrastuktur Proqramı II" layihəsinin icrası da davam edir. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə həyata keçirilən layihə çərçivəsində cari ilin 9 ayı ərzində  içməli su xəttinin çəkilişi ilə bağlı nəzərdə tutulan işlər 100, çirkli su xəttinin çəkilişi ilə bağlı nəzərdə tutulan işlər isə 88 faiz həcmində yerinə yetirilmişdir.  Bununla yanaşı, şəhər ərazisində küçə və prospektlərin, meydanların, park və xiyabanların, guşələrin, məhəllədaxili ərazilərin sanitar təmizliyinin təmin edilməsi, yaşıllaşdırılması, abadlaşdırılması, gecə işıqlandırılması və digər istiqamətlərdə də işlər aparılır. Qeyd edilən işlərin yerinə yetirilməsində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xüsusi təyinatlı texnikalarından və canlı qüvvəsindən istifadə olunur. 
2023-cü ilin ötən dövrü ərzində şəhər ərazisində yaşıllıqların qorunub saxlanılması və biomüxtəlifliyin inkişafı məqsədilə İstiqlal parkı ərazisində, Bakı-Qazax magistral yolu istiqamətində, Fikrət Əmirov parkında, Qələbə parkında, "İmamzadə" Dini Ziyarətgahının ətrafında, "Xan bağı" istirahət parkında, Gəncə Hava Limanı yolunda, Füzuli parkında, "Gəncəçay" Park Bulvar Kompleksində, "Gəncə Avropa Gənclər Paytaxtı" parkında, Qəmbər Hüseynlinin məzarüstü abidəsinin ətrafında, Atatürk prospektində, Heydər Əliyev prospektində, Heydər Əliyev adına Mərkəzi Meydanda və digər ərazilərdə çox sayda müxtəlif növ ağac tingləri, kol və çiçək əkilmiş, çəmənliklər salınmışdır. Bu ərazilərdə həmçinin 7  subartezian quyusu qazılmışdır. 
Şəhərdə qəzalı vəziyyətdə olan dam örtükləri də mütəmadi olaraq yenilənir. Belə ki, fiziki aşınmaya məruz qalmış dam örtükləri yenisi ilə əvəzlənir, suötürücü novdanlar, borular, ümumi istifadədə olan pilləkən və pilləkən meydançaları  təmir olunur. Bununla yanaşı, Hacıkənd qəsəbəsində yerləşən "Nizami Gəncəvi: Sələfləri və Xələfləri Parkı"nda 16 ədəd büst bərpa edilmiş, sınmış qranit daşlar yenisi ilə əvəz edilmişdir. 
Gəncədə bir yenilik də şəhər icra hakimiyyətinin, Kəpəz Bələdiyyəsinin dəstəyi və  Gəncə İctimai İştirakçılıq Məclisinin təşəbbüsü ilə sahibsiz küçə heyvanları üçün sığınacağın istifadəyə verilməsidir. "Yuva" adı ilə fəaliyyətə başlayan sığınacağın tikinti işləri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən həyata keçirilmişdir. Gəncə-Samux yolunun üstündə, Atabəylər prospektində yerləşən sığınacaqda ilkin olaraq 50 heyvanın yerləşdirilməsi nəzərdə tutulmuşdur. Onların qidalandırılması, baytar tərəfindən müayinə və müalicəsi, həmçinin peyvəndlənməsi təmin olunmuşdur. 
Gəncədə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində şəhər ərazisindəki köhnə fəvvarələrin əsaslı təmirinə də  başlanılmışdır. Artıq 6 böyük fəvvarə yenidən qurulmuşdur. Gəncənin Heydər Əliyev Meydanı və "Xan bağı"nda olan 4 fəvvarə də sökülmüş, müasir standartlara uyğun şəkildə fərqli görünüşdə yenidən inşa edilmişdir. Şəhərin Cavad xan küçəsində olan 2 fəvvarə isə əsaslı şəkildə təmir olunmuşdur.
Gəncədə "Abad məhəllə" layihəsi də icra olunur. Adından da göründüyü kimi, layihə çərçivəsində şəhərin çoxmənzilli yaşayış binalarının həyətlərində abadlıq işləri görülür. Abadlaşdırılan məhəllələrdə söhbətgahlar, oturacaqlar, böyüklər üçün idman qurğuları quraşdırılır, uşaq meydançaları düzəldilir, məişət tullantılarının atılması üçün yeni konteynerlər qoyulur.  "Abad məhəllə" layihəsi Gəncə şəhərinin bütün ərazilərində mərhələli şəkildə həyata keçirilir.
Gəncə İdman Sarayının inşası da sürətlə davam edir. Sarayda 2092 yerlik böyük idman zalı, 1410 yerlik tamaşaçı zalı, 100 nəfərlik restoran və 160 çarpayılıq hotel olacaq. İdman sarayında beynəlxalq standartlara cavab verən böyük idman zalı, üzgüçülük hovuzu, beynəlxalq turnirlərin keçirilməsi üçün məkan, şahmat, güləş, boks və idmanın digər növləri üzrə məktəblər fəaliyyət göstərəcək.
Dünyaşöhrətli bəstəkar Qəmbər Hüseynlinin məzarüstü abidəsinin ətrafında parkın salınması ilə bağlı şəhər sakinlərinin müraciəti də öz müsbət həllini tapmışdır. Ziyalılar şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramova müraciət edərək görkəmli bəstəkarın məzarının ətrafında fidanlar üçün park salınmasını xahiş etmişdilər. Edilən müraciət əsasında şəhər rəhbərliyi tərəfindən müvafiq tədbirlər görülmüş və parkın salınması işlərinə başlanılmışdır. Park tamamilə yenidən qurularaq Qəmbər Hüseynlinin doğum günü ərəfəsində istifadəyə verilmişdir. Yeni istifadəyə verilən parkda uşaqların əylənməsi üçün müxtəlif attraksionlar quraşdırılmış, idman qurğuları, söhbətgah və oturacaqlar yerləşdirilmişdir.
Göründüyü kimi, Gəncənin abadlığı istiqamətində başlanan işlər bir gün də səngimir. Demək olar ki, şəhərdə hər gün müxtəlif yeniliklərin şahidi olmaq mümkündür. Dövlət başçısının diqqət və qayğısı ilə həyata keçirilən bu işlər, həqiqətən, qədim Nizami yurdunu dünya səviyyəli şəhərə çevirir.
 
Sabir ƏLİYEV,
 "Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!