17 Dekabr 2020 15:26
26210
Turizm
A- A+
Fuad Nağıyev sahibkarları azad olunmuş torpaqlarda hotellərin tikintisinə investisiya qoymağa çağırıb

Fuad Nağıyev sahibkarları azad olunmuş torpaqlarda hotellərin tikintisinə investisiya qoymağa çağırıb


Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev sahibkarları azad olunmuş torpaqlarda hotellərin tikintisinə investisiya qoymağa çağırıb.

AZƏRTAC xəbər verir ki, bu haqda Fuad Nağıyev dekabrın 17-də keçirilən Azərbaycan Hotel Assosiasiyasının 3-cü Baş Assambleyasında çıxış edərkən bildirib.

Onlayn təşkil olunan Baş Assambleyanın keçirilməsində əsas məqsəd Azərbaycan Hotel Assosiasiyasının il ərzində fəaliyyəti, 2021-ci il üçün planlaşdırılmış tədbirlər haqqında məlumat verməkdir. Assambleyada iştirakçılar Milli Ulduz Təsnifatı sisteminə uyğun olaraq hotellərin ulduzlaşması, müraciət qaydaları və tətbiq prosedurları haqqında da məlumatlandırılıblar. Həmçinin pandemiya və postpandemiya dövründə turizmin bərpası üzrə çətinliklərlə bağlı sənaye nümayəndələri ilə müzakirələrin aparılıb.

Assambleyada çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dünya turizminin bütün sahələri kimi hotelçilik sahəsinin də xeyli zərər gördüyünü qeyd edib.

Fuad Nağıyev sənaye üçün daha əlverişli mühitin yaradılması məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən müvafiq dəstək mexanizmlərinin hazırlandığı barəsində məlumat verib.

Agentlik sədri, həmçinin Assambleya iştirakçılarını şanlı qələbəmiz münasibətilə təbrik edib. O, Qarabağ üzrə Regional Turizm İnkişaf Strategiyasının hazırlandığını bildirib. Eyni zamanda, Fuad Nağıyev sahibkarları Qarabağın turizm potensialına və hotellərin tikitintisinə investisiya yatırmağa səsləyib. Qarabağda turizmi birlikdə inkişaf etdirməyə çağıran F.Nağıyev tezliklə Qarabağda yeni hotellərin açılacağına və oraya üz tutan turistlərə ən yüksək keyfiyyətli xidmətlərin göstəriləcəyinə dair inamını ifadə edib.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Milli Ulduz Təsnifatı sisteminə uyğun olaraq artıq 4 regional hotelə ulduz kateqoriyasının verildiyini bildirib.

O çıxışında, həmçinin turizm sənayesini postpandemiya dövrünə hazırlamaq üçün həyata keçirilən layihələr haqqında məlumat verib. Bildirib ki, hotelçilik sənayesinin nümayəndələri pandemiya ilə bağlı yaranmış böhranlı və çətin vəziyyətdə sosial məsuliyyətlilik nümayiş etdiriblər. "Xaricdən gələn vətəndaşların yerləşdirilməsi üçün karantin rejimində istifadə olunan hotellərin dəstəyi yüksək qiymətləndirilir”,- deyə F.Zenqstşmid əlavə edib.

Assosiasiyanın prezidenti Martin Kleinman hotelçilik sənayesində qısa və uzunmüddətli bərpa planlarının həyata keçirilməsinin vacibliyi haqqında danışıb.

AHA-nın Baş icraçı direktoru Günay Sağlam Assosiasiyanın işində Dövlət Turizm Agentliyi, eyni zamanda, Azərbaycan Turizm Bürosunun dəstəyini vurğulayıb. O, pandemiya dövründə sənayenin birgə və koordinasiyalı fəaliyyətinin yaranmış çətinliklərə daha çevik reaksiya verilməsində mühüm rol oynadığını qeyd edib.

2018-ci ildən fəaliyyətə başlayan Azərbaycan Hotel Assosiasiyası hotelçilik sənayesinin nümayəndələrini bir araya toplamaq və qonaqpərvərlik sənayesini inkişaf etdirmək üçün platforma rolunu oynayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!