07 Dekabr 2023 10:37
1510
SİYASƏT
A- A+
Fransanın növbəti qərəzi və riyakarlığı

Fransanın növbəti qərəzi və riyakarlığı

 

AZƏRTAC-ın əməkdaşına qarşı Yeni Kaledoniyada yerli polis tərəfindən kobud rəftara və qeyri-qanuni davranışlara məruz qalması bir aydın nümayiş edirir ki, Fransa bütün mövqelərində və davranışlarında hər zaman riyakar və qeyri-səmimi olub. Bu sözləri Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Deputat bildirib ki, birinci növbədə Azərbaycan jurnalisti tam qanun çərçivəsində öz peşəkar fəaliyyətini həyata keçirib. Onun Fransanın müstəmləkəsi olan Yeni Kaledoniyada polis zorakılığına məruz qalması bu ölkədə söz və ifadə azadlığı prinsiplərinə necə hörmətsiz yanaşıldığının göstəricidir. Hər zaman müşahidə olunur ki, Fransa rəsmiləri, başda prezident E. Makron olmaqla dünyaya demokratiya və insan hüquqları ilə bağlı dərs verməyə çalışırlar. Makron rejiminin özü isə dəfələrlə əsl diktator simasını nümayiş etdirib. Belə ki, müxtəlif zamanlarda Fransada keçirilən kütləvi etiraz aksiyaları zamanı polisin etirazçılara qarşı necə zorakı davrandığını dünya ictimaiyyəti çox yaxşı xatırlayır. Ayrıca olaraq da, AZƏRTAC-ın müxbirinə qarşı polisin qanunsuz davranışları bir daha sübut etdi ki, bu və ya digər hüquqların qorunması, xüsusilə də söz və ifadə azadlığı prinsiplərinin gözlənilməsi sahəsində ən böyük problemin elə Fransanın özündə mövcuddur. İkincisi, Fransa Azərbaycan ərazisindən könüllü şəkildə ərazimizi tərk etmiş ermənilərin hüquqları və gələcək vəziyyətləri üzərindən riyakar siyasi spekulyasiyalar etməklə məşğuldur. Həm Fransa parlamentində, həm də Aİ parlamentində Azərbaycana qarşı qərəzli siyasi mövqelərin formalaşdırılması üçün təşəbbüslər və cəhdlər edən məhz Fransadır. Bu zaman bir paradoksallıq meydana çıxır. Fransa, uzaq bir çoğrafiyada ermənilərin guya pozulmuş hüquqlarına görə narahatdır, amma Yeni Kaledoniya xalqının uzun illərdir azadlıq istəklərini hər vasitə ilə yatırmaqdadır. Bununla yanaşı, Yeni Kaledoniyadakı reallıqların işıqlandırılması imkanları da aşkar, qeyri-qanuni məhdudlaşdırılır. Üçüncüsü, bununla Fransa Azərbaycana qarşı qərəzli münasibətini bir daha nümayiş etdirmiş oldu. Belə ki, müxbirin məhz Azərbaycandan getdiyini əsas götürərək onun fəaliyyətinə qeyri-qanuni müdaxilə olunub və polis nəzarəti altında ölkədən çıxarılıb. Bu da, baş verənlərin siyasi motivli və sifariş olduğunu aydın göstərir. Bütün bunlar Fransada söz və ifadə azadlığı və KİV-lərin, xüsusilə də, xarici KİV-lərin orada sərbəst fəaliyyəti ilə bağlı ciddi problemlərin olduğunu göstərir. Bu təkcə Azərbaycana qarşı deyil, ümumilikdə insan hüquqlarına, ayrıca olaraq, söz və ifadə azadlığına qarşı yönəlmiş fəaliyyətdir.    

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!