13 İyun 2024 08:15
542
SİYASƏT
A- A+
Fransanın müstəmləkə siyasətini ifşa edən platforma

Fransanın müstəmləkə siyasətini ifşa edən platforma

 

Bakı Təşəbbüs Qrupu əsarətdəki xalqların səsini dünyaya çatdıran beynəlxalq tribunadır

 

"Bandunq Konfransından 70 ilə yaxın dövrün keçməsinə rəğmən kolonializmi hələ də davam etdirən ölkələr var. Belə ölkələrdən biri və birincisi Fransadır".
Ötən il Bakıda keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubunda Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, özünü dünyanın "demokratik" ölkəsi sayan Fransa minlərlə kilometr uzaqda yerləşən əraziləri qəsb edərək, sərvətlərini talayaraq, insanlarından kölə kimi istifadə edərək bu gün də müstəmləkəçilik siyasətini davam etdirir. Paris kanak xalqının timsalında yerli sakinlərin azadlıq istəyini qanla boğmağa çalışaraq, beynəlxalq hüquqazidd siyasətindən qətiyyən əl çəkmək fikrində olmadığını açıq şəkildə ortaya qoyur. 

 

Fransanın rəzil siması 

 

Qarabağı könüllü tərk edən bir ovuc erməniyə görə özünü oda-közə vuran, ölkəmizə qarşı qarayaxma kampaniyası aparan Fransa Sakit və Atlantik okeanlarında dənizaşırı ərazilərdə yaşayan xalqları müstəmləkəsi altında saxlamağı, yerli sakinlərin hüquqlarını pozmağı, onların azadlıq istəyini qanla yatırmağı "qanuni" haqqı sayır. 
Müstəmləkə altında olan və müstəqillik arzusunda olan ölkələrdən biri Fransız Polineziyasıdır. Onun təbii sərvətlərini talan elən Fransa yerli xalqın azadlıq istəyinə məhəl qoymur. 
Qvadelupa əhalisi də dörd əsrdir ki, Fransanın əsarəti altında yaşayır. Ölkədə müstəqillik tərəfdarı olanlar Fransa tərəfindən öldürülür və onların sayı əhaliyə açıqlanmır. 
Martinikanın təbii sərvətləri talan olunaraq 90 faizi Fransaya və digər ölkələrə aparılır, Fransız Qvianası müstəmləkəçilik siyasəti nəticəsində maliyyə və iqtisadi cəhətdən asılı vəziyyətə salınıb, qızıl mədənləri talan edilir, qızılı çıxarılaraq Fransaya daşınır. İllər boyu Korsikanı müstəmləkə altında saxlayaraq burada cinayətlər törədən  Fransa müstəqillik istəyənləri həbs edib, ya da öldürüb. Avropanın "demokratiya beşiyi" ölkəsinin əsarətində boğulan korsikalılar bütün beynəlxalq təşkilatlardan Korsikanın suverenliyinin təmin olunması üçün kömək istəyirlər.
Fransa Qəmər Adaları İttifaqının Mayot adası üzərində suverenliyini tanımaqdan imtina edir. 
Yeni Kaledoniyada əhalinin yarısının iştirakı olmadan referendum keçirilir və bu minvalla Yeni Kaledoniya xalqının müstəqil olmaq hüququ əlindən alınır. 

 

Müstəmləkəçiliyin kökü kəsilənədək...

 

Fransanın kolonializm siyasətini davam etdirməsini, müstəmləkəsi altında saxladığı xalqların fundamental hüquqlarını pozmasını, müstəqillik tələbi ilə ayağa qalxanları həbs etməsini, öldürməsini Azərbaycan bütün beynəlxalq platformalarda ifşa edir. Ölkəmiz Qoşulmama Hərəkatının Bandunq prinsiplərinə uyğun olaraq aktiv formada neokolonializmə qarşı mübarizə aparır, azad olmağa çalışan xalqları dəstəkləyir, neokolonializmlə mübarizə mövzusunu müxtəlif platformalar vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. 
Qeyd edək ki, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən Bakı Təşəbbüs Qrupu (BTQ) yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.
Bununla əlaqədar, BTQ ötən il sentyabrın 22-də ABŞ-nin Nyu York şəhərində yerləşən BMT-nin mənzil qərargahında "Dekolonizasiya: Sakit İnqilab" adlı konfrans keçirib. Tədbirdə müstəqillik və millətçi hərəkatlarının nümayəndələri Fransa müstəmləkəçiliyindən tam azad olunanadək və müstəmləkəçiliyin kökünün kəsilməsinədək mübarizələrini davam etdirəcəklərini bəyan ediblər.
Xüsusi qeyd edək ki, ölkəmiz öz gücünə torpaqlarını işğaldan azad etməsi, Qarabağda separatizmin kökünü kəsməsi ilə müstəmləkədən qurtulmaq istəyən xalqların ümid, inam yerlərinə çevrilib. Buna görə də onlar Bakı Təşəbbüs Qrupu vasitəsilə səslərini dünyaya çatdırırlar.

 

Fransanın vəhşiliyi bir daha dünyaya çatdırılacaq

 

Bu gün isə Bakıda Afrikanın müxtəlif ölkələrindən olan bir qrup jurnalist, tanınmış bloqçu və vətəndaş cəmiyyəti fəalları, eləcə də yeni kaledoniyalı jurnalistlərin iştirakı ilə "Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu" mövzusunda mətbuat konfransı keçiriləcək. 
Fransa təhlükəsizlik qüvvələrinin Yeni Kaledoniyada yerli kanak xalqının dinc etiraz aksiyasına zorakılıqlarla cavab verməsi və bunun nəticəsində 10-dan çox dinc sakinin öldürülməsi, yüzlərlə insanın yaralanması və həbs edilməsi məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaq. Belə ki, Fransa hökumətinin qərarı ilə Yeni Kaledoniyaya giriş qapadılıb, qanunsuz komendant saatı hələ də davam edir. Fransa polisi və jandarma qüvvələri tərəfindən törədilən vəhşilikləri dünya ictimaiyyətindən gizlətmək məqsədilə adanın sahibi olan kanakların fundamental hüquqları kobud şəkildə pozularaq ifadə və fikir azadlıqları məhdudlaşdırılıb. İnformasiya blokadasını yarmaq və adada baş verənləri yerli rəsmilərin dilindən eşitmək üçün Bakı Təşəbbüs Qrupu hibrid mətbuat konfransı təşkil edir.
Konfransın məqsədi, həmçinin Yeni Kaledoniyada və Fransanın digər müstəmləkələrində geniş vüsət alan insan hüquq pozuntularına media vasitəsilə dünya ictimaiyyətinin diqqətini çəkmək, Afrikada hələ də davam edən müstəmləkəçiliyin yeni mərhələsi - neokolonializmlə mübarizə istiqamətində kommunikasiya sahəsində birgə əməkdaşlığın qurulmasının müzakirə edilməsidir. 
Göründüyü kimi, Azərbaycan Fransanın neokolonializm siyasətini beynəlxalq ictimaiyyət qarşısında ifşa edir. Bu istiqamətdə mühüm fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupu müstəmləkə zülmü altında inləyən xalqların azadlıq səslərinin dünyaya çatdırılmasında vacib platforma rolunu oynayır. 

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!