03 Sentyabr 2024 12:05
90
DÜNYA
A- A+

Fransada siyasi böhran davam edir - Makron kimi seçəcək?


İki aydır yeni hökumətin hələ də qurulmadığı Fransada baş nazir postuna Bernard Kaznevin gətiriləcəyi deyilir.

"Azərbaycan" qəzeti xəbər verir ki, Fransada keçirilən növbədənkənar seçkilərdən iki ay keçməsinə baxmayaraq hələ də hökumət qurulmayıb. Prezident Emmanuel Makronun baş nazir postuna gətirə biləcəyi adlar arasında keçmiş baş nazir Bernard Kaznevin də adı çəkilir. Makron, seçkilərdə Milli Assambleyada ən çox yerə sahib olan solçu Yeni Xalq Cəbhəsinin (NFP) ortaq namizədi Lucie Castetsi baş nazir təyin etməyəcəyini açıqladıqdan sonra ölkədə siyasi böhran pik həddə çatıb. Yeni hökuməti qurmaq üçün avqustun 23-də Yelisey sarayında siyasətçiləri qəbul edən Makron bu gün keçmiş baş nazir Bernard Kaznev və keçmiş prezidentlər Nikola Sarkozi və Fransua Ollandla görüşəcək.

Fransa mətbuatının yazdığına görə, baş nazir kürsüsünə keçmiş Sosialist Partiyasının (PS) üzvü Bernard Kaznevin təyin ediləcəyi daha mümkün görünür. Sol ittifaqın rəhbərlik etdiyi hökumətin siyasətini bəyənməyən Makronun Kaznevlə görüşü mətbuatda onun sol ittifaqı parçalamaq istəyi kimi qiymətləndirilir.

S.Bayramov,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video