03 Sentyabr 2024 12:56
115
CƏMİYYƏT
A- A+

DSMF: Üç rayonda 26 min 149 ev təsərrüfatı elektronlaşdırılıb

 

“Ev təsərrüfatları kitablarının elektronlaşdırılması” layihəsinə başlanılıb.

Bu barədə "Azərbaycan" qəzetinə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib. Bildirilib ki, layihənin ilk mərhələdə Şirvan şəhəri, Şamaxı və Astara rayonlarında həyata keçirilməsi planlaşdırılır. Bu rayonlarda layihə çərçivəsində ümumilikdə 67 min 594 ev təsərrüfatından 26 min 149-u (38,69%-i) elektronlaşdırılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Layihənin həyata keçirilməsində məqsəd əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasının genişləndirilməsi, onlar üçün yeni platformaların və elektron kvotanın tətbiqi, ünvanlı dövlət sosial yardımı almaq üçün elektron platformanın yenilənməsi, sadələşdirilməsi və şərtlərin optimallaşdırılması, ailələrin sosial yardım almaq hüququnu müəyyənləşdirmək üçün elektron informasiya sisteminin təkmilləşdirilməsidir. Əhalinin gəlirlərinin daha təkmil bəyan edilməsi mexanizminin formalaşdırılması və daha sonra sosial yardımın təyin olunması mexanizminin gəlirlərin bəyan olunması mexanizminə uyğunlaşdırılması da qarşıya qoyulmuş məqsədlərdəndir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video