03 Sentyabr 2024 12:36
118
İQTİSADİYYAT
A- A+

Bakı hava limanının xidmət göstərdiyi sərnişin sayı 33 faizdən çox artıb

 

Heydər Əliyev Beynəlxalq Aeroportunda yanvar-avqust aylarında 5,038 milyondan çox sərnişinə xidmət göstərilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 33,2 faiz çoxdur.

Hava limanından AZƏRTAC-a bildirilib ki, ötən ilin 8 ayında xidmət göstərilən sərnişinlərin sayı 3,781 milyon nəfər təşkil edib.

Bu ilin avqust ayı hava limanının tarixində ən intensiv ay olub. Bu ay ərzində sərnişin axını 827 min nəfəri keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23 faiz artım deməkdir. Orta hesabla, avqust ayında gündəlik təxminən 26 700 sərnişinə xidmət göstərilib.

Qeyd edək ki, bu artım Bakı aeroportunun infrastrukturunun genişləndirilməsi və sərnişinlərə daha çox reys və istiqamətlərin təklif olunmasının nəticəsidir. Heydər Əliyev Beynəlxalq Aeroportu regionun əsas hava qovşağı olaraq yüksək səviyyəli xidmətin və sərnişinlər üçün rahatlığın təmin edilməsi istiqamətində işlərini davam etdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video