20 Mart 2024 08:20
583
SİYASƏT
A- A+
Fransa vəhşi təfəkkürə görə Ermənistandan geri qalmır

Fransa vəhşi təfəkkürə görə Ermənistandan geri qalmır

 

"Fransada Azərbaycanofob və islamofob meyillər gündən-günə dərinləşir. Ölkəmizə qarşı davam etdirilən qərəzli münasibət Azərbaycan-Fransa münasibətlərinə də mənfi təsir göstərir. Ermənistana hərbi dəstək göstərməklə regiona sülhün gəlməsini əngəlləyən Makron hökuməti İrəvanın beynəlxalq güclərin hərbi poliqonuna çevrilərək məhv olmasına real zəmin yaradır".
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat bildirib ki, iki ölkə arasında vəziyyət o səviyyəyə çatıb ki, Azərbaycan-Fransa parlamentlərarası işçi qrupları da fəaliyyətlərini dayandırıblar. 
"Torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu dövrdə beynəlxalq hüququn gücünə inanan Azərbaycan Fransanın da təmsil olunduğu ATƏT-in Minsk qrupuna ümid bəsləyirdi. BMT TŞ-nin 4 qətnaməsinin icra ediləcəyinə və ədalətin bərpa olunacağına inanaraq Parisin İrəvana təzyiq göstərəcəyini gözləyirdi. Lakin Minsk qrupu Azərbaycanı işğalla barışdırmağa və torpaqlarımızda erməni işğalını əbədiləşdirməyə çalışdı. Elə ovaxtı başa düşdük ki, Fransa özünü ermənilərin havadarı kimi aparır", - deyə müsahibimiz söyləyib.
Deputat vurğulayıb ki, Vətən müharibəsində əzəli və əbədi torpaqlarımızı işğaldan azad etdikdən sonra Fransanın iç üzü daha çox ortaya çıxdı: "Əvvəlcə ölkəmizə Paris tərəfindən ultimatumlar göndərildi. Bunların heç birinin nəticə vermədiyini görən Fransa məsələni dəfələrlə BMT TŞ-na çıxardı, lakin orada Makronun Azərbaycan əleyhinə təklifləri gündəliyə qəbul edilmədi. Çünki Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində hərəkət edirdi. BMT TŞ-dən əliboş qayıdan Paris Avropa İttifaqında Azərbaycana qarşı sanksiyalar tətbiq etmək üçün qətnamə qəbul olunmasına çalışsa da, yenə fiaskoya uğradı. Digər bütün cəhdləri nəticəsiz qalan Makron əvvəlcə Fransa parlamentində, daha sonra isə AŞPA və Avropa Parlamentində ölkəmiz əleyhinə, əslində, kağız parçasından başqa bir dəyəri olmayan sənədləri qəbul etdirməyə nail oldu. Lakin həmin qətnamələrin Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmədiyini bildirdik".
Bu gün Fransanın ermənidən çox ermənilik etdiyini deyən  Azər Badamov bunu Parisin bizim şanlı zəfərlərimizi heç cür həzm edə bilməməsi ilə əlaqələndirib. Müsahibimiz deyib ki, Avropada liderlik etməyə çalışan Makron Ukraynanın ərazi bütövlüyünü müdafiə etmək üçün Qərbi yardımlar göndərməyə çağırdığı halda, Azərbaycanı öz ərazilərində suverenliyi bərpa etdiyinə görə ittiham edir. Bu, Makron hakimiyyətinin neokolonist və işğalçılıq siyasətinə davam etdiyini bir daha sübuta yetirir.
Deputat onu da bildirib ki, Azərbaycana təzyiq göstərməyə gücü yetmədiyini anlayan Fransa son çıxış yolu kimi Natəvanın Evian şəhərində yerləşən heykəlinə qarşı vandalizm aktı həyata keçirib: "Heykəl rənglərə bulaşdırılmış halda parçaya bükülərək uzun müddət saxlanılıb. Bu, Fransanın vəhşi təfəkkürə görə Ermənistandan heç də geri qalmadığını göstərir. Xatırladaq ki, Ermənistan Şuşanı işğal edəndə orada mədəniyyət klassiklərimizin gülləbaran edilmiş büstlərini İrəvana aparıb əritmək istəyirdi. Eyni vandallığın Fransada Natəvanın heykəlinə qarşı təkrarlanması bu ölkələrin hər ikisinin mahiyyətinin bir-birindən fərqlənmədiyini təsdiq edir".
Azər Badamov yekunda vurğulayıb: "Cəmi 44 gün ərzində Ermənistanın 30 ildə qurduğu istehkamları darmadağın edərək torpaqlarını işğaldan azad edən və 23 saatda 15 min erməni separatçısını ərazilərimizdən qovaraq suverenliyimizi tam təmin edən Azərbaycan hər zaman öz ərazilərinin bütövlüyünü düşmənlərdən qorumaq iqtidarındadır. Heç vaxt özünü müdafiə edə bilməyən Ermənistan isə beynəlxalq güclərin ayaqları altında qalaraq əzilməyə məhkumdur".

N.QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!