16 May 2025 08:10
382
SİYASƏT
A- A+
Fransa beynəlxalq öhdəlikləri güc tətbiqi ilə pozur

Fransa beynəlxalq öhdəlikləri güc tətbiqi ilə pozur


Mayın 13-də İtaliyanın paytaxtı Romada Bakı Təşəbbüs Qrupunun (BTQ) və Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan "Nazione" Hərəkatının birgə təşkilatçılığı ilə "Milli kimlik, müqavimət və suverenlik: Korsika üçün perspektivlər" adlı tematik konfrans keçirilib. Konfransda "Nazione" Hərəkatının üzvləri Fransa müstəmləkə siyasətindən əziyyət çəkən Korsika xalqının qarşılaşdığı çətinliklər, Korsika milli kimliyinin və dilinin Fransa hökuməti tərəfindən məqsədli şəkildə assimilyasiya edilməsi siyasəti kəskin şəkildə pislənib.

Bu barədə "Azərbaycan" qəzetinə danışan Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib ki, Korsika xalqının öz ana dilində danışmaq istəyinin kolonial Fransa tərəfindən qarşısının alınmasına beynəlxalq ictimaiyyət səssiz qalır. Fransa özünü uzun illərdir insan hüquqları və azadlıqlarının beşiyi kimi təqdim etsə də, Korsika məsələsində tətbiq etdiyi siyasət tamamilə ziddiyyətlidir. Siyasi fəalların həbs olunması, milli kimliyin zorla assimilyasiya olunması və dil hüquqlarının sistemli şəkildə məhdudlaşdırılması beynəlxalq hüquq normalarının, demokratik dəyərlərin və insan haqlarının kobud şəkildə pozulmasıdır. Fransanın bu addımları təkcə Korsika xalqına qarşı deyil, həm də beynəlxalq ictimaiyyətin qəbul etdiyi hüquqi və etik normalara qarşı hörmətsizlikdir. Bu kontekstdə beynəlxalq təşkilatlar, insan hüquqları institutları və Qlobal Cənub dövlətləri məsələyə daha ciddi diqqət yetirməli, Fransa hökumətinə qarşı siyasi və hüquqi təzyiqlər göstərməlidirlər. 

"Ötən il yanvarın 28-də Korsikada 700-ə yaxın insan müstəqillik uğrunda mübarizə aparan strukturları və fəalları birləşdirən, Fransa müstəmləkə hökmranlığına qarşı mübarizəyə sadiqliyini təsdiqləyən "Nazione" hərəkatı təsis edilmişdi. Lakin yarandıqdan 2 gün sonra "Nazione"nin iki fəalı Fransa Milli Terrorla Mübarizə Prokurorluğunun göstərişi ilə həbs edilərək əvvəlcə Borgu hərbi düşərgəsinə, oradan isə terrorçu kimi Parisə aparılmışdı. Həbs edilənlərin ailə üzvləri, eləcə də digər bir fəal dindirilmək üçün polisə gətirilmişdi", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, bu hadisə Korsikada insanların azad şəkildə fikirlərini ifadə etmək hüququna hörmət edilmədiyinin açıq sübutu idi. Özünü insan hüquqlarının vətəni kimi təqdim edən bir ölkədə bu cür zorakılıqlar Fransanın hələ də müstəmləkəçi təfəkküründən xilas olmadığını, hazırkı kaloniyalarında insanların təməl hüquqlarına hörmət etmədiyini bir daha təsdiqləyir.  Bu gün də Fransa polisinin qanunsuz təqibləri davam edir və Korsika xalqını qorxutmaq, müstəqillik tərəfdarlarını susdurmaq məqsədi daşıyır. 150 mindən artıq insanın danışdığı Korsika dilini məhv etmək siyasəti yürütməklə Korsika xalqının milli kimliyini unutdurmağa çalışan Fransa yerli parlamentdə müzakirələr, parlament üzvlərinin debatları zamanı Korsika dilindən istifadəni qadağan edib.  

P.Vəliyeva vurğulayıb ki, bu siyasət universal insan haqları və milli azlıqların hüquqları ilə bağlı Fransanın beynəlxalq öhdəliklərini açıq-aşkar və güc tətbiqi ilə pozması deməkdir: "Fransa ərazisində yaşayan xalqların milli kimliyini inkar edir, yalnız "fransız" anlayışını qəbul edir ki, bu özü şovinizmdir. Fransa Korsikada yerli dildən istifadə hüququnu ləğv etməklə özünün də qoşulduğu beynəlxalq sənədlərin tələblərini, götürdüyü öhdəlikləri pozub. Sənədlər içərisində 1789-cu il Fransa inqilabının fərdi insan hüquqlarını təyin edən ən vacib sənədi olan "İnsan və vətəndaş hüquqları bəyannaməsi" də var. Həmçinin "Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt", "Uşaq hüquqları Konvensiyası", "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası", "Əsas hüquqlar üzrə Avropa Xartiyası", "Dilçilik Hüquqlarının Ümumdünya Bəyannaməsi", UNESCO-nun mədəni müxtəlifliyə dair universal Bəyannaməsi, UNESCO-nun Mədəni İfadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Konvensiyası, "Regional və ya Azlıqların Dilləri üçün Avropa Xartiyası" və sairə bura daxildir. Korsika xalqının mübarizəsi yalnız bir adanın azadlıq arzusu deyil, bu, milli kimlik, dil, mədəni irs və insan ləyaqəti uğrunda mübarizənin simvoludur. Azərbaycanın bu məsələdə nümayiş etdirdiyi prinsipial mövqe isə beynəlxalq ədalətin bərpası yolunda nümunəvi addımdır".

Siyasətçi sonda ötən il Milli Məclisdə Korsika Xalqına Dəstək Qrupunun yaradıldığını da xatırladıb.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!