25 Oktyabr 2025 17:46
831
DÜNYA
A- A+
Fransa Bankının rəhbəri: Fransa tədricən boğulma təhlükəsi ilə üz-üzədir

Fransa Bankının rəhbəri: Fransa tədricən boğulma təhlükəsi ilə üz-üzədir


Fransa Bankının rəhbəri Fransua Villerua dö Qalo ölkənin maliyyə vəziyyəti ilə bağlı ciddi xəbərdarlıq edib. O bildirib ki, Fransa hazırda “iflas təhlükəsi” altında olmasa da, “tədricən boğulma” riski ilə üzləşib.

AZƏRTAC xəbər verir ki, Fransa Bankının rəhbəri Villerua dö Qalo bu fikri “Lq Croix” qəzetinə verdiyi müsahibədə deyib. O qeyd edib ki, ölkənin ictimai maliyyə vəziyyəti getdikcə pisləşir və bu, iqtisadi dinamikanın zəifləməsinə gətirib çıxara bilər.

Onun sözlərinə görə, beynəlxalq reytinq agentliyi Moody’s Fransanın kredit reytinqini dəyişməz saxlayıb, lakin “mənfi perspektiv” əlavə edib. “Bütün reytinq agentlikləri Fransa siyasətindəki qeyri-sabitlikdən və ciddi büdcə problemlərindən narahatdır”, – deyə Fransa Bankının rəhbəri vurğulayıb. O, vəziyyəti təhlil edərək vurğulayıb ki, “Fransa iflas etməyəcək, xüsusilə də artan faiz ödənişləri səbəbindən, amma boğulma təhlükəsi altındadır”.

Villerua dö Qalo, həmçinin Fransanın siyasi sistemində “davamlı parçalanma” riskinə diqqət çəkib. Onun sözlərinə görə, son hökumətlər çox zaman parlamentdə sabit çoxluq qazana bilmədikləri üçün bu vəziyyət dövlət institutlarının effektiv işləməsinə mane olur.

Fransa Bankının rəhbəri ölkənin dövlət borcunun rekord həddə çatdığını xatırladaraq deyib ki, 2025-ci ilin sentyabrına olan məlumata görə, Fransanın borcu 3,4 trilyon avronu keçərək ÜDM-in 115,6 faizinə bərabər olub.

“Bizim spesifik problemimiz büdcədir”, – deyə Villerua de Qalo bildirib. O, iqtisadi artım proqnozunun 2025-ci il üçün 0,7% olacağını və yeni iş yerlərinin yaradılmasının davam etdiyini qeyd edib.

Onun sözləri ölkədə maliyyə siyasətinin istiqaməti barədə geniş müzakirələrə səbəb olub. O, Fransa hökumətini israfçılığa son qoymağa və maliyyə sabitliyini bərpa etməyə çağırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!