29 Avqust 2024 17:23
138
İDMAN
A- A+

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi zamanı bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq

 

Sentyabrın 13-15-də keçiriləcək “Formula 1” üzrə Qatar Airways Azərbaycan Qran-Prisi ilə əlaqədar logistik əməliyyatların həyata keçirilməsi məqsədilə sentyabrın 7-i gecə saat 01:00-dan etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən AZƏRTAC-a verilən məlumata görə, məhdudiyyət tədbirin sonunadək davam edəcək.

Nəqliyyatın İdarəetmə Planına əsasən Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 9-u gecə saat 01:00-dən etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Hərəkət sentyabr 17-si, səhər saat 08:00-dan etibarən bərpa olunacaq.

Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinin keçdiyi ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış Yerinə Giriş İcazəsi” veriləcək. Qeyd olunan sənədi paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə etmək mümkündür. Bunun üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət etməlidirlər:

-Zona 1 – İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

-Böyük Qala küçəsi 41, keçmiş ensiklopediya binası, 4-cü mərtəbə

Tel: (012) 497-35-89

-Zona 2 – Mənzil-Kommunal və İstismar İdarəsi № 4

-Xəqani küçəsi 26/32

Tel: (012) 498 88 06

-Zona 3 – Mənzil-Kommunal və İstismar İdarəsi № 58

-İstiqlaliyyət küçəsi 5

Tel: (012) 492 41 85

Qeyd edək ki, “Yaşayış Yerinə Giriş İcazəsi”nin paylanması avqustun 29-dan başlayıb sentyabrın 13-dək davam edəcək.

Hər il olduğu kimi, bu il də “Formula 1” üzrə Qatar Airways Azərbaycan Qran-Prisi müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video