06 May 2024 15:12
320
DÜNYA
A- A+

Fironların istirahət yeri tapılıb

 

Misirin Sinay səhrasında firon və ordular üçün 3500 illik istirahət yeri aşkar edilib. Çiy kərpicdən tikilmiş saray III Tutmosun (e.ə. 1479-1425) hakimiyyəti dövründə qədim Misir qoşunlarının və ehtimal ki, fironun ailəsinin yerləşməsi üçün inşa edilib. Bunu onun adı olan yazılar göstərir.
III Tutmos tarixin ən böyük hərbi liderlərindən biri hesab olunur. Həmin dövrdə Qədim Misir fironları imperiyanı genişləndirmək üçün mütəmadi olaraq Aralıq dənizinin şərqinə hərbi səfərlər edirdilər. Sinay səhrası onların dayanma nöqtələrindən biri idi. Arxeoloqlar tərəfindən kəşf edilən saray ordu və fironların təchizatı və istirahəti üçün istifadə olunurdu.
Binanın iki düzbucaqlı zalı və bir neçə bitişik otağı olub. Şimal tərəfdə yerləşən əsas giriş əhəngdaşından hazırlanmış üç sütunlu birinci zala aparıb. İkinci zal daha kiçik olub, şərq və qərb tərəfdən buraya girmək mümkün olub.

Ülkər XASPOLADOVA,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video