22 Avqust 2024 17:07
221
CƏMİYYƏT
A- A+

Finlandiya nümayəndə heyəti ilə ANAMA-da görüş keçirilib

 

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov Finlandiya Respublikasının sabiq müdafiə naziri Jan-Erik Enestamın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanda mövcud mina probleminin miqyası, heç bir hərbi normalara riayət olunmadan nizamsız qaydada ərazilərin minalanması, keçmiş təmas xətti əraziləri ilə yanaşı, mülki təyinatlı ərazilərin də minalarla ciddi şəkildə çirkləndirilməsi, aşkar edilən tələ minaları, eləcə də mina təhlükəsinin aradan qaldırılması istiqamətində ölkəmizdə həyata keçirilən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti haqqında nümayəndə heyətinə ətraflı məlumat verilib.

Jan-Erik Enestam mina təhlükəsi ilə mübarizə fəaliyyətində Azərbaycanın əldə etdiyi nailiyyətlərin təqdirəlayiq olduğunu və verilən məlumatlara əsasən hazırlanacaq hesabatın Finlandiyanın müvafiq qurumlarına təqdim ediləcəyini bildirib.

Eyni zamanda, Bəhruz Məmmədov Azərbaycanın üzləşdiyi mina probleminin aradan qaldırılması istiqamətində beynəlxalq tərəfdaşlığın və dəstəyin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, görüş “Finlandiya-Azərbaycan Dostluq Cəmiyyəti” tərəfindən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə ünvanlanmış müraciət əsasında təşkil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video