09 Fevral 2025 08:45
603
İDMAN
A- A+
FIFA agenti legioner limiti ilə bağlı qərarı dəstəklədi

FIFA agenti legioner limiti ilə bağlı qərarı dəstəklədi


"Bu, yerli futbolçularımızda "rəqabət ruhu"nun artmasına səbəb olacaq" 


Fevralın 3-ü AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib və toplantıda bir sıra vacib qərarlar qəbul olunub. Ən çox diqqətçəkən qərarlardan biri növbəti mövsümdən etibarən Azərbaycan Premyer Liqasında legioner limitinin ləğv olunması ilə bağlıdır. Bu dəyişiklik perspektivdə Azərbaycan futbolunun inkişafına hansı formada təsir göstərəcək?  

"QOLAT Sport Services və Futbol Agentliyi"nin direktoru, FIFA agenti Səid Bağırov "Azərbaycan" qəzetinə açıqlamasında qeyd edib ki, legioner limitinin ləğvi Azərbaycan futbolunun inkişafına, gələcəyinə hesablanmış bir addımdır. Bildirib ki, AFFA-nın İcraiyyə Komitəsinin aldığı yeni qərarlar  ictimaiyyətə elan edildikdən sonra birmənalı qarşılanmadı: "Futbolda legioner limitinin ləğvi bir çox ölkənin keçdiyi yoldur, məhz elə onlarda da bu prosesə asan keçid olmayıb. Əlbəttə ki, ölkəmizdə də müəyyən kütlə tərəfindən müzakirə mövzusu oldu və davam edir.  Bizə görə bu qərardan sonra insanlarda və ya hazırkı oyunçuların ağlında əsas sual budur: "Bizim futbol karyeramız necə olacaq və ya azərbaycanlı futbolçular harada oynayacaq?" Yəni məsələ bir az da psixolojidir. Düşünürlər ki, legioner oyunçulara görə onlar mövqelərini itirmiş olacaqlar. Futbol bacarığına inanan oyunçular bunu problem kimi görməməlidirlər, əksinə, rəqabətə girməlidirlər. Yəqin ki, alınan qərarların dərinliyində "rəqabət ruhu"nun artırılması, yerli futbolçularımızın öz üzərində daha çox işləməsi kimi məqamları da nəzərdə tutublar". 

Səid Bağırov əlavə edib ki, qərarın texniki tərəfləri daha maraqlıdır.  Məsələn, ilk öncə Premyer Liqada klubların sayının 10-dan 12-yə artırılması liqaya marağı daha da artıracaq, futbolçuların yüksək liqa klublarında  çıxışına imkan yaradacaq. Belə olduğu halda  1-ci, 2-ci liqalarda da ümumi olaraq klubların sayı artmalıdır. Hətta legioner limitinin ləğvi 1-ci və 2-ci liqada oyunçu maaşlarına da müsbət təsir etməlidir, çünki çempionatın baxılma səviyyəsi artdıqca gəlirlər çoxalır, bu isə birbaşa oyunçu maaşlarına da yaxın gələcəkdə müsbət təsir göstərməlidir.

Azərbaycanın ilk rəsmi FIFA agenti bildirib ki, əslində, legioner limitinin ləğvi teorik olaraq qərara alınsa da, praktiki olaraq, tətbiqi heç də asan görünmür. Yəni bu o demək deyil ki, bütün klublar ancaq legioner oyunçu transfer edəcəklər. Hər bir legioner üçün tətbiq edilən yeni rüsumlar bu formada düşünməyə imkan yaradır. Əvvəl legioner oyunçulara görə rüsum hər bir oyunçu üçün 5 min manat idi, 12-ci oyunçudan sonra hər oyunçu üçün əlavə 50 min  manat ödənilirdi. Əgər oyunçu öz ölkəsinin millisində oynayırdısa, 5 min  manatlıq rüsumdan azad olunurdu. Ancaq indi millidə forma geyinsə belə klub oyunçu üçün rüsum ödəməli olacaq, yəni milli komanda oyunçusu üstünlüyü ləğv olunub. Əlavə olaraq rüsumlar oyunçu sayına görə tənzimlənib. Belə ki, 1 legionerdən 7 legionerə qədər 5 min manat, 8-dən 12-yə qədər 10 min manat, 13-dən 15-ə qədər 100 min manat, 16 və daha çox oyunçu üçün 200 min manat ödənilməlidir.  Bu rüsumlar nəzərə alınıb tətbiq edilərsə, AFFA 11 legioner oyunçu oynatmağa icazə verir, ancaq klub bu futbolçu transfer etmək istəsə, 110 min manat rüsum ödəməlidir. İştirak ərizəsinə 17 legioner oyunçu salmağa da icazə verilir, lakin bu transferləri etmək üçün ümumilikdə 785 min manat rüsum ödənilməlidir. Bunu edə biləcək klubumuz demək olar ki, yoxdur. Maliyyə imkanı daha böyük olan klublarımız 8-12 ya da 13-15 say limitindən yararlana biləcəyini, imkanı daha zəif olan klublarımız elə 1-7 say limitindən yararlanacağını düşünürlər.

"Bu, yerli futbolçularımızı "nə də olsa, limitə görə məcbur bizi də oynadacaqlar" düşüncəsindən, arxayınçılığından çıxaracaq. Artıq yerli futbolçularımız heyətə düşmək üçün daha çox çalışacaq, mübarizə aparacaqlar. Bu da öz növbəsində milli komandanın inkişafına yol açacaq. Hansı ki, son vaxtlar alınan nəticələr heç də ürəkaçan deyil. Yuxarıda da qeyd etdiyim kimi, legioner limitinin ləğvini biz bir çox ölkə, eləcə də qardaş Türkiyənin təcrübəsində də görmüşük. Son illər Türkiyə millisində oynayan bir çox oyunçu legioner limiti qaldırılan vaxtda Avropa ölkələrində müxtəlif klublarda forma geyinirdilər. Yerli klublarda oynayan oyunçuların da inkişafı göz qabağındadır. Onlar da öz klublarında heyətə düşmək üçün daha çox çalışırlar. Hətta biz onu da təxmin edirik ki, yerli klublarımız öz yerli oyunçularımızın da xarici klublara satışında və ya icarəsində maraqlı olacaqlar. Başqa sözlə desək, onların çıxışına bu dəfə özləri də cəhd edəcəklər", - deyə Səid Bağırov əlavə edib. 

"QOLAT Sport Services və Futbol Agentliyi" olaraq, hazırda 20-dən çox yerli oyunçu ilə hüquqi olaraq təmsilçilik müqaviləsi olduğunu qeyd edən FIFA agenti bildirib ki, futbolçular bu qərarı gördükdə müəyyən məyusluq keçiriblər: "Lakin inkişaf üçün fərqli mühitləri görmək lazımdır. İstənilən işdə komfort zona var, biz həmin zonanı tərk etdikdə güclənirik. Məhz biz agentlik olaraq oyunçularımızla psixoloji söhbətləri mütəmadi təşkil edərək, bu məsələləri onlara izah edirik.  Futbol agentliyi olaraq onu düşünürük ki, alınan son qərarlar Azərbaycan futbolunun inkişafı üçün bir təkan olacaq. Dəyərli futbolçularımız özlərinə inansınlar və daha çox cəhdlər etsinlər, alınacaq!" 


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!