21 Sentyabr 2024 17:58
1780
İDMAN
A- A+
FIDE Faiq Həsənovu mükafatlandırıb

FIDE Faiq Həsənovu mükafatlandırıb

Budapeştdə təşkil edilən 45-ci Ümumdünya Şahmat Olimpiadası günlərində Beynəlxalq Şahmat Federasiyasının qala gecəsi keçirilib.

Tədbirdə Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç və FIDE-nin vitse-prezidenti, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov çıxış ediblər. AŞF rəhbəri çıxışında ali şahmat qurumunun yaradıcılarını xatırladıb: “FIDE-nin tarixində ilk 100 illik möhtəşəm anlar, dahi şəxsiyyətlər və unudulmaz matçlarla yadda qaldı. Buna görə biz FİDE-nin yaradıcılarına minnətdar olmalıyıq”.

Sonra FIDE şahmat tarixində böyük xidmətləri olan şahmatçı, məşqçi və digər nominasiyalar üzrə mükafatları təqdim edib.

Gecədə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, uzun illər mötəbər şahmat yarışlarında hakim kimi çalışan Faiq Həsənov xüsusi mükafata layiq görülüb. FIDE-nin rəsmi saytı F. Həsənovun uğurları barədə bunları qeyd edib: “Azərbaycan şahmatının patriarxı Faiq Həsənov dünyanın güclü şahmat ölkələrindən olan Azərbaycanda bu növün inkişafında böyük xidmətlər göstərib. 1980-ci ildə beynəlxalq dərəcəli hakim adını qazanıb. O, olimpiada, Dünya Kuboku, Qran-Pri, yeniyetmələr arasında və komandaların dünya çempionatında baş hakim, Se Çzyun-Syuzan Polqar arasındakı matçda isə baş hakimin müavini kimi çalışıb. 1975-ci ildən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti kimi ölkəsində şahmatın inkişafı naminə fəaliyyət göstərir. Faiq Həsənov həmçinin 55 il Azərbaycan Televiziyasında yayımlanan “Şahmat klubu” həftəlik verilişinin aparıcısı kimi tanınıb”.


R. CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı və Əbu-Dabi arasında şəhər nəqliyyatının inkişafı sahəsində əməkdaşlıq müzakirə olunub  

18:14
12 Fevral

Bu ay gənc əsgərlərlə görüşlər fevralın 15-i və 22-si keçiriləcək

18:02
12 Fevral

Amerikalı ekspert: Azərbaycan Cənubi Qafqazın gələcəyində həlledici rol oynayır 

17:57
12 Fevral

Azərbaycan və İran arasında həyata keçirilən layihələr, onların icra vəziyyəti müzakirə edilib  

17:51
12 Fevral

Angela Merkel Almaniya Prezidentliyinə namizəd olacağı barədə iddiaları təkzib edib  

17:39
12 Fevral

Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq mərhələsində

17:03
12 Fevral

Prezident Ərdoğan: Türkiyə böhranların həllində açar dövlətə çevrilib

16:33
12 Fevral

“Azərxalça”nın Şuşa məscidi üçün hazırladığı dairəvi əl xalçasının kəsilməsi mərasimi olub  

16:23
12 Fevral

Ötən ay dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib  

16:03
12 Fevral

Ötən il SOCAR-ın hasil etdiyi neft və qazın həcmi açıqlanıb

15:49
12 Fevral

Kinoloji taborda xüsusi təlim keçmiş itlərdən istifadə edilərək əməliyyatların icrası göstərilib  

15:49
12 Fevral

Litva səfiri: Azərbaycanda keçiriləcək WUF13 müxtəlif istiqamətlərdə əlavə imkanlar yaradır  

15:47
12 Fevral

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Çağrı mərkəzi fəaliyyətə başlayıb  

15:47
12 Fevral

İsrailli politoloq: Bakı artıq regionda inteqrasiya və strateji balansın əsas mərkəzidir  

15:46
12 Fevral

Ukrayna ordusu Rusiyanın kritik hərbi obyektlərinə zərbələr endirib

15:44
12 Fevral

BMT-nin humanitar yardımı Ukraynanın Dnepr bölgəsinə çatdırılıb

15:43
12 Fevral

Türkiyə MN: Ordu vilayətində Rusiyaya məxsus olduğu ehtimal edilən PUA düşüb  

14:53
12 Fevral

Baş prokuror paytaxtın Suraxanı rayonunda vətəndaşların müraciətlərini dinləyib  

14:52
12 Fevral

Azərbaycan WUF13 çərçivəsində keçiriləcək AUF2 platformasında Afrika ölkələri ilə əməkdaşlığa maraqlıdır  

14:51
12 Fevral

Kuzbassdan Azərbaycana cari ilin ilk buğda unu partiyası göndərilib  

14:49
12 Fevral

Rusiya qoşunları Ukraynanın bir neçə bölgəsinə ballistik raketlər və dronlarla hücum edib  

14:47
12 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!