28 Mart 2026 09:29
172
CƏMİYYƏT
A- A+
FHN: Subasma ilə əlaqədar 33 nəfər təxliyə edilib - YENİLƏNİB 2

FHN: Subasma ilə əlaqədar 33 nəfər təxliyə edilib - YENİLƏNİB 2

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazisində yaranmış fəsadların aradan qaldırılması istiqamətində əməliyyatlar davam etdirilib.

AZƏRTAC xəbər verir ki, həyata keçirilən tədbirlər nəticəsində ümumilikdə 33 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.

Hazırda FHN-in qüvvələri tərəfindən köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi işləri davam etdirilir.


00:47

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazisində su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri davam etdirilir.

AZƏRTAC xəbər verir ki, FHN-in qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi tədbirləri həyata keçirilir.

Həyata keçirilən tədbirlər nəticəsində 4-ü azyaşlı olmaqla ümumilikdə 18 vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.

Hazırda əməliyyatllar bir sıra ünvanlarda Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri tərəfindən fasiləsiz olaraq davam etdirilir.


19:43

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə intensiv yağan yağışlarla əlaqədar paytaxtın Binəqədi və Suraxanı rayonları ərazisində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin subasmaya məruz qalması səbəbindən vətəndaşların köməksiz vəziyyətdə qalması barə məlumatlar daxil olub.

AZƏRTAC xəbər verir ki, daxil olan məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal ərazilərə cəlb edilib.

Görülmüş xilasetmə tədbirləri nəticəsində subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən 4-ü azyaşlı olmaqla ümumilikdə 9 vətəndaşın təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukraynanın Odessa şəhərinə kütləvi dron hücumları olub, ölənlər və xəsarət alanlar var

14:21
28 Mart

Cənubi Koreya və ABŞ dronların iştirakı ilə birgə təlimlər keçirib

14:19
28 Mart

Sabah gündüz Bakıda yağıntılar tədricən kəsiləcək  

14:18
28 Mart

NİİM hərəkət iştirakçılarına müraciət edib

14:17
28 Mart

Sutkalıq və aylıq yağıntı üzrə rekord göstəricilər yenilənib

14:01
28 Mart

Gürcüstanın yol şəbəkəsini Azərbaycan və Ermənistan sərhədləri ilə birləşdirən layihə ilə bağlı yenidən tender elan olunub  

13:41
28 Mart

DİN: 763 çağırışa reaksiya verilib

13:29
28 Mart

FHN: 42 vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib

13:13
28 Mart

Azərbaycan neftinin qiyməti 124 dolları ötüb

12:35
28 Mart

Azərbaycan–Türkiyə Birgə Media Platformasının İşçi Komissiyası və Komitələri yaradılacaq  

12:34
28 Mart

BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 

12:31
28 Mart

Azərbaycan təhlükəsizlik orqanları 107

12:31
28 Mart

Bakıda və Abşeronda yağıntının miqdarı aylıq normanın 440 faizidir – FAKTİKİ HAVA

12:04
28 Mart

Ağdam Sənaye Parkı: Dayanıqlı məşğulluğun və sosial rifahın ünvanı 

11:18
28 Mart

“Euronews”da Azərbaycan Su İdman Növləri Federasiyası haqqında reportaj yayımlanıb  

11:09
28 Mart

İraq və ABŞ hücumların qarşısını almaq üçün birgə komitə yaradıb  

10:46
28 Mart

ADY yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərlə bağlı müvafiq tədbirlər görür  

10:32
28 Mart

BMT Hörmüz boğazı vasitəsilə xammal daşınması üçün yeni mexanizmlər hazırlayır  

10:26
28 Mart

FHN: Subasma ilə əlaqədar 33 nəfər təxliyə edilib - YENİLƏNİB 2

09:29
28 Mart

Yaxın Şərqdəki vəziyyət neftin və qazın qiymətini kəskin artırıb

09:14
28 Mart

Hidrometeorologiya Xidməti: Bakıda və Abşeronda yağıntının miqdarı aylıq normanın 247 faizini təşkil edir - YENİLƏNİB  

22:28
27 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!