24 May 2023 10:10
580
İQTİSADİYYAT
A- A+
"Əsl vaxtdır, yubanmaq olmaz"

"Əsl vaxtdır, yubanmaq olmaz"

 

Azərbaycan-Litva iqtisadi münasibətlərinin dərinləşməsi üçün əlverişli şərait yetişib

 

Azərbaycan Prezidenti İlham Əliyevin Litva Respublikasına rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafında yeni səhifə açdı. Aparılan geniş fikir mübadiləsi əsnasında bir çox önəmli məsələ müzakirə edildi, iki ölkənin strateji tərəfdaşlığı bir daha təsdiqləndi. Azərbaycan və Litva prezidentlərinin iştirakı ilə imzalanan sənədlərin əməkdaşlıq münasibətlərinə yeni müsbət dinamika əlavə edəcəyinə inam ifadə olundu. Keçirilən biznes-forum isə biznes dairələri arasında birbaşa təmasların qurulmasında vacib rol oynayacağı ilə əhəmiyyətlidir.
Litva artıq 17 ildir beynəlxalq inkişafa dair layihələrdə Azərbaycanla birlikdə iştirak edir. Ölkəmiz Litvanın Avropa İttifaqının (Aİ) Tvininq proqramı çərçivəsində tərəfdaşıdır. Azərbaycan həmçinin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirilən layihələrin sayına görə də Litvanın əsas tərəfdaşı olduğunu göstərib. Litva Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin inkişafının tərəfdarı kimi çıxış edir, ölkəmizin Aİ ilə enerji sahəsində əməkdaşlığını müsbət qiymətləndirir.
Keçən il Litvanın Prezidenti Gitanas Nauseda ölkəmizdə rəsmi səfərdə olmuşdu. Bu ilin əvvəlində isə Azərbaycan və Litva prezidentləri Davosda görüşmüşlər. Bu günlərdə dövlətimizin başçısının Litvaya səfəri də təsdiqləyir ki, ölkələrimiz arasında fəal siyasi dialoq aparılır və bu, özünü konkret nəticələrlə göstərir. Siyasi müstəvidə əldə olunmuş razılaşmalar digər sahələrə də müsbət təsir edir. O cümlədən iqtisadi sahələrdə əməkdaşlıq genişlənir və möhkəmlənir. Mayın 22-də Vilnüsdə imzalanan Azərbaycan-Litva sənədləri də məhz bunu sübut edir. Belə ki, həmin gün "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş", "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı" imzalanmışdır.
Səfər zamanı keçirilmiş tədbirlər sırasında dövlətimizin başçısının Litva Prezidenti ilə geniş tərkibdə görüşü xüsusi əhəmiyyət kəsb edir. Görüşdə Gitanas Nauseda Azərbaycanın xüsusilə son on ildə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirmişdir. İkitərəfli məsələlər müzakirə olunmuş, iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinin, ticarət dövriyyəsinin daha da artırılmasının vacibliyi vurğulanmışdır. Bu xüsusda informasiya texnologiyaları, kibertəhlükəsizlik, bərpaolunan enerji, investisiyalar, nəqliyyat kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Nəqliyyat məsələləri, o cümlədən Xəzər dənizi ilə Baltik dənizinin birləşdirilməsinə dair layihələr barəsində müzakirələr, ekoloji təhlükələr haqqında ilkin xəbərdarlıq sisteminin qurulması və tullantıların idarə olunması sahəsində Litva təcrübəsinin Azərbaycanla bölüşdürülməsi haqqında fikirlər xüsusi önəm kəsb edir.
Azərbaycan Prezidenti İlham Əliyevin və Litva Prezidenti Gitanas Nausedanın mətbuata bəyanatları da iki ölkə arasında xoş münasibətlərin və işgüzar əlaqələrin davamlı olduğunu göstərir. Dövlətimizin başçısı bəyanatında bildirmişdir ki, bizim Litva ilə ikitərəfli əməkdaşlıq çərçivəsində eyni zamanda Avropa İttifaqı-Azərbaycan əlaqələri də önəmli rol oynayır. "Prezident Nauseda Azərbaycana səfər edəndən iki ay sonra Avropa Komissiyası ilə Azərbaycan arasında Bakıda enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum uğurla icra edilir. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. Nəql edilən, yəni ixrac edilən qazın həcmi ildən-ilə artır və artacaq. Biz bu gün eyni zamanda Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı fikir mübadiləsi apardıq. Biz gördük ki, bu istiqamətdə də demək olar, paralel şəkildə gedirik. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir və hesab edirəm ki, yaxın gələcəkdə bu sahədə də ikitərəfli əməkdaşlıq mümkün olacaq. Təbii ki, ölkələrimizi birləşdirən və ümumiyyətlə, qitələri birləşdirən Avrasiya qitəsində daha da rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin payına böyük vəzifələr düşür. Biz razılaşdıq ki, müvafiq qurumlar bu məsələ ilə bağlı ciddi məşğul olacaqlar. Çünki dünyada hökm sürən yeni geosiyasi reallıq bunu diktə edir".
Məlumdur ki, Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi ildən-ilə artmaqdadır. Buna müasir infrastrukturumuz imkan yaradır. Xəzər dənizini, Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları da bəllidir. İndi qarşıda birgə səylərlə həmin birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlığa nail olmaq məsələsi dayanır. 
Azərbaycan-Litva strateji tərəfdaşlığına növbəti güclü təkanı həm də keçirilmiş biznes-forum verəcək. Bu tədbir bir daha göstərmişdir ki, Litva qarşılıqlı faydalı imkanların axtarılmasında maraqlıdır. Prezident Gitanas Nauseda bu barədə demişdir: "Biz Azərbaycanı nəhəng enerji potensialına malik və şaxələndirməyə can atan inkişaf edən iqtisadi güc kimi görürük. Azərbaycan iqtisadiyyatının informasiya texnologiyaları, logistika, istehsal, qabaqcıl ərzaq sənayesi, bərpaolunan enerji kimi müxtəlif sahələri litvalı iş adamlarını cəlb edir. Biz bu qədər məsələləri müzakirə edə bilərik. Keçmişdə Litva özünün yeni şəraitə asanlıqla adaptasiya olmaq və ondan öz xeyrinə istifadə etmək bacarığını sübuta yetirib. Biz güclü sənaye ənənəsinə və intellektual işçi qüvvəsinə arxalanırıq. Bizim rəqəmsal infrastrukturumuz sürətli və əlçatandır, bütün Avropa İttifaqında ən yaxşılarından biridir.
2020-ci ildə qlobal tənəzzül zamanı Litva ümumi daxili məhsulun mənfi dəyişməsinə imkan vermədi. Bu uğurlu antitsiklik iqtisadi siyasət təcrübəsi yeni qlobal təlatümlərin öhdəsindən gəlmə prosesində istifadə edəcəyimiz mühüm təcrübə olmuşdur. Hazırda biz "yaşıl texnologiyalar"ın sənaye istehsalatını dəstəkləmək üçün Avropa İttifaqının planlarını nəzərdən keçiririk. Yeni imkanlar inqilabi və sıfır tullantılı istehsalatla təmin olunacaq. Bu, Litva iqtisadiyyatına fayda verəcək. Xalis sıfır tullantılı iqtisadiyyatların inkişafı həmçinin Litva və Azərbaycan iqtisadiyyatlarını bir-birinə daha da yaxınlaşdıra bilər".
Bu forum göstərdi ki, biznes icmaları üçün qarşılıqlı surətdə faydalı və məhsuldar əməkdaşlığı ehtiva edən uzun perspektivli plan üçün vaxt yetişib. Əməkdaşlıq üçün potensial sahələr də genişdir. 
Dövlətimizin başçısı bunu vurğulayaraq demişdir: "Biz bərpaolunan enerji sahəsinə yatırımlar baxımından eyni istiqamətdə gedirik. Hər iki ölkədə - Baltik və Xəzər dənizlərində çox böyük külək enerjisi potensialı var. Hər iki ölkə bu məsələni gündəliyimizə daxil edib… Düşünürəm ki, işgüzar dairələrin nəzərə alacağı digər mühüm sahə logistika, şəbəkələr və daşımalarda olan böyük potensiala aiddir. Biz daşımalar sektorunu yalnız tranzit gəlirləri baxımından yox, o cümlədən kiçik və orta müəssisələr üçün marşrut boyunca istehsal qurmaq, biznes təmasları yaratmaq, xidmət göstərmək fürsəti kimi görürük. Bu gün Litva və Azərbaycan öz regionlarında mühüm daşımalar qovşağıdır. Beləliklə, biz Xəzər və Baltik regionları arasında şəbəkə qurmalıyıq və bu, mümkündür". 
Hər iki tərəfin fikrincə, indi bu fürsətləri dəyərləndirmək üçün əsl münasib vaxtdır və yubanmaq lazım deyil. Çünki imkanlar, xüsusən də hazırkı geosiyasi vəziyyətdə əlavə dəyər gətirəcək, daha böyük inkişafa təkan verəcək.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AFFA İntizam Komitəsi 4 klubu cərimələyib

12:46
30 Oktyabr

Qazaxıstanın tikinti şirkətləri Azərbaycandakı layihələrdə investor kimi iştirak etməkdə maraqlıdır  

12:44
30 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:42
30 Oktyabr

Türkiyədə bələdiyyə sədri terror təşkilatı ilə əlaqədə olmaqda şübhəli bilinərək saxlanılıb

12:22
30 Oktyabr

Badamdarda uçqun riski olan qaya parçalarının ərazidən götürülməsi tədbirləri davam etdirilir

12:21
30 Oktyabr

Vətən müharibəsi əlilinin əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb

12:11
30 Oktyabr

Səbinə Əliyeva: Əqli mülkiyyət hüquqlarının qorunması bir sıra fundamental hüquqların təmininə də imkan yaradır  

11:42
30 Oktyabr

Kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib: 147 milyon manat pul ölkəyə qaytarılmayıb  

11:41
30 Oktyabr

ANAMA-ya üç minaaxtaran it hədiyyə edilib

11:39
30 Oktyabr

Sadiq Qurbanov: İqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərində alimlərin rolunun artırılması vacibdir

11:37
30 Oktyabr

Prezident İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - YENİLƏNIB

11:37
30 Oktyabr

Hikmət Hacıyev: “Washington Post” SSRİ-nin son günlərindəki “Komsomolskaya Pravda”nı xatırladır

11:36
30 Oktyabr

Kamran İmanov: COP29-un Bakıda keçirilməsi qərarı Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir

11:16
30 Oktyabr

Yaponiyada qızılın qiyməti tarixi maksimuma yüksəlib

10:58
30 Oktyabr

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masa keçirilir YENİLƏNƏCƏK

10:55
30 Oktyabr

Avropa İttifaqı ölkələrinin əksəriyyəti sərhəd nəzarətini gücləndirir

10:50
30 Oktyabr

Yaşıl patentlərin sayı 2024-cü ilin 9 ayında 30-a çatdırılıb

10:30
30 Oktyabr

Kamran İmanov: Məqsədimiz innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

10:29
30 Oktyabr

I Qarabağ müharibəsinin daha yeddi itkin şəhidi dəfn ediləcək - SİYAHI

10:22
30 Oktyabr

Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb

10:11
30 Oktyabr

DİN: Ötən gün 43 cinayətin üstünün açılması təmin olunub

09:34
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!