25 Noyabr 2022 03:07
489
SİYASƏT
A- A+
Ermənistanın KTMT fiaskosu

Ermənistanın KTMT fiaskosu

 

Bu təşkilat öz sədrini deyil, üzvü olmayan Azərbaycanı dəstəkləyir

 

Noyabrın 23-də İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti keçirilib. Həmin görüşdə KTMT rəsmi İrəvanın ümidlərini növbəti dəfə puça çıxarıb. Ermənistanın baş naziri Nikol Paşinyan isə "Ermənistana yardım göstərmək haqqında" sənədləri imzalamağa hazır olmadığını və onların tamamlanmasına ehtiyac duyduğunu deyib. Belə ki, Paşinyan sammitdən "Ermənistan ərazilərinin işğalına siyasi qiymət verilməsini" gözləsə də, çirkin niyyətinə yenə nail ola bilməyib.

Cari ildən təşkilata sədrlik edən Ermənistan KTMT-dən davamlı olaraq Azərbaycana qarşı dəstək istəyib. Təşkilatın digər üzvləri Azərbaycanla sağlam əməkdaşlığı Paşinyanın "xahiş"lərindən haqlı olaraq üstün tutublar. Nəzərə almaq lazımdır ki, bu hərbi-siyasi təşkilatın Ermənistandan savayı digər 5 üzvünün Azərbaycanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri mövcuddur. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə deyib: "Ermənistan bu təşkilatın üzvüdür və bu təşkilat xətti ilə Azərbaycana qarşı əsassız iddia qaldırmaq fikrində idi, faktiki olaraq bu təşkilata üzv olan ölkələri Azərbaycanla üz-üzə qoymaq istəyirdi. Bu, böyük təxribatdır və böyük cinayətdir. Ancaq bu təşkilatın digər üzvləri bu təxribata getmədilər. Bəziləri isə öz çıxışlarında Ermənistanı elə günə qoydular ki, Ermənistanda bu günə qədər də bunu yaddan çıxara bilmirlər. Yəni bu nəyi göstərir? Bu təşkilatda bizim dostlarımız Ermənistanınkından daha çoxdur". Dövlət başçımızın bu fikirləri ötən gün İrəvanda keçirilən sammitdə bir daha öz təsdiqini tapdı.
Görünən odur ki, 44 günlük Vətən müharibəsində olduğu kimi, Ermənistanın bu gün də döydüyü bütün qapılar üzünə bağlı qalır. Rəsmi İrəvan anlamalıdır ki, Azərbaycanla sülh müqaviləsi imzalayana və öz ərazi iddialarından əl çəkənə qədər belə  hallarla tez-tez rastlaşacaq. Bu gün Ermənistanın sədri olduğu və böyük ümidlər bəslədiyi KTMT ona üzv olmayan Azərbaycanı dəstəkləyir və İrəvanın yardım xahişlərinə görə dövlətimizlə münasibətlərə kölgə salmaq niyyətində deyil. 

 

KTMT Paşinyanın ümidlərini yenə doğrultmadı

 

Milli Məclisin deputatı Fazil Mustafanın sözlərinə görə, Paşinyanın KTMT-nin bəyannaməsini imzalamaqdan imtina etməsi onun öz oturduğu budağı kəsməsi deməkdir: "Ermənistan başa düşmür ki, xaricdən, xüsusilə də Fransa və İrandan nə qədər kömək alsa da, təmsil olunduğu qurumun dəstəyinə hər zaman ehtiyacı var. Yəni Paşinyanın həmin sənədi imzalamaması bizim xeyrimizədir. Ermənistan KTMT kimi müttəfiqi ilə razılaşmamaqla hansısa şəkildə oradan dəstək almasını da məhdudlaşdırır". 
Deputat qeyd edib ki, Paşinyanın rəsmi sənəd və müqavilələrə belə qeyri-ciddi yanaşması elə 10 noyabr üçtərəfli Bəyanatına münasibətində də aydın hiss olunur: "Sənədə dəyişiklik və ya düzəliş etmək olar, amma imzalamamaq  müttəfiqlərə qarşı hörmətsizlikdir. Paşinyan haqsız davranışları ilə həmin təşkilatda da etibarını itirir. Ermənistan çox güvəndiyi KTMT-də də yavaş-yavaş fiaskoya uğrayır. Hesab edirəm ki, onların belə qeyri-ciddi obrazının formalaşmasından diplomatik mənada faydalanmalıyıq".
F.Mustafa həmçinin bildirib ki, KTMT beynəlxalq hüquq çərçivəsindən çıxaraq Ermənistanın arzularını reallaşdıra bilməz: "Təşkilata üzv olan ölkələrin Azərbaycanla yaxın müttəfiqlik münasibətləri var. Həmin dövlətlər ikitərəfli və çoxtərəfli əməkdaşlıqlarımızı tapdayaraq dövlətimiz əleyhinə mövqe sərgiləyərlərsə, bu, onlara olan etibarımızı sarsıdar. Belə olan halda üzv dövlətlər yalnız özlərinə ziyan vermiş olarlar. Ona görə KTMT üzvləri Ermənistanın avantürasına getmək niyyətində deyillər". 

 

Ermənistan KTMT-nin arzuolunmaz bəndidir

 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, son 27 ildə KTMT Ermənistan üçün Azərbaycana qarşı təhdid alətlərindən biri hesab olunub və  İrəvan rəsmiləri daxili informasiya siyasətində bundan geniş formada istifadə ediblər. Lakin öncə Tovuz döyüşləri vaxtı, daha sonra isə 44 günlük savaşda Ermənistanın KTMT mifi fiaskoya uğradı. Ermənistanın parazit təfəkkürü bu yöndə formalaşmışdı ki, təşkilat Ermənistanın əvəzinə döyüşərək işğal status-kvosunu saxlamalı idi. Amma biz şahidi olduq ki, Rusiya da daxil, KTMT-yə üzv dövlətlərin hər biri Azərbaycanın ərazi bütövlüyünə dəstək verdilər, üstəlik, Qazaxıstan, Qırğızıstan, Tacikistan kimi dövlətlər hətta Azərbaycanı işğala son qoyması və şanlı qələbəsi münasibətilə təbrik etdilər. 
"Nəticədə xisləti zəhərlənmiş erməni cəmiyyəti öz hakimiyyətlərini KTMT ilə bağlı sorğuya çəkməyə başladılar. Ölkədə hətta Ermənistanın bu blokdan çıxmasının mümkünlüyü barədə ali səviyyədə fikirlər də səsləndirilir. Amma təbii ki, İrəvan müstəqil xarici siyasət kursu həyata keçirə və strateji qərarlar verə biləcək siyasi iradə sahibi olmadığına görə, Moskva Ermənistanı təşkilatdan qovmayana qədər İrəvanın KTMT-dən çıxması mümkünsüzdür. Paşinyanın KTMT-nin bəyannaməsini və Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında layihəni imzalamaqdan imtina etməsini də məhz bu konteksdən izah etmək olar. Paşinyan yaxşı başa düşür ki, nə İran, nə Fransa, nə də KTMT beynəlxalq hüquqa və özünün hərbi siyasi gücünə güvənən Azərbaycanı dayandıra bilməyib və bundan sonra da kimsə cənab İlham Əliyev üçün sədd qoya, çərçivə müəyyən edə bilməz", - deyə o qeyd edib.
Deputatın sözlərinə görə, Prezidentimiz siyasi və iqtisadi müstəqilliyə və milli həmrəyliyə nail olmaqla Azərbaycanı regionda nüfuzlu söz sahibinə çevirib: "Həmçinin uğurlu enerji siyasəti Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin, bununla da milli təhlükəsizliyimizin mühüm və həlledici aktorlarından birinə çevirib. Digər tərəfdən, Türk Dövlətləri Təşkilatı simasında  formalaşan yeni güclü Türk qütbü KTMT-nin İrəvan üçün perspektivlərini heçə endirir. Cənab İlham Əliyev də açıq formada səsləndirir ki, KTMT-də Azərbaycanın İrəvanı yerinə oturda biləcək kifayət qədər dostları var. Paşinyan yaxşı başa düşür ki, bu gün KTMT-də təsisatla heç bir bağı olmayan Bakının mövqeyi təsisatın üzvü olan Ermənistanın mövqelərindən qat-qat güclüdür. Əksinə, Paşinyan və Ermənistan bu gün KTMT-nin arzuolunmaz bəndləridir".
B.Məhərrəmov deyib ki, sammitdəki çıxışında Paşinyana heç kimin qulaq asmaması da ziddiyyətin hansı səviyyəyə çatdığını bir daha göstərdi. Onun sözlərinə görə, bu, Ermənistan üçün utancdır və Paşinyan istəsə belə indiki həssas məqamda bunu dilinə gətirə bilməz. Ona görə də sənədləri imzalamaqdan imtina etməsini onların kifayət qədər işlənib hazırlanmadığı ilə əsaslandırması başadüşüləndir.
Deputat həmçinin bildirib ki, Paşinyan Qərbin gözündə Rusiya təsirindən qurtulmaq istəyən "əzabkeş" kimi görünmək istəyir: "Təbii ki, bu işdə onun "bacısı" Fransa da ideoloq kimi çıxış edir. Lakin Qərb İrəvanın Rusiya, İran və özü ilə qeyri-sağlam, ikili riyakar oyunlarını anlamayacaq qədər  sadəlövh deyil. Xüsusən də ABŞ-da keçirilən aralıq seçkilərin başa çatması, Vaşinqtonun  növbəti seçkiyə qədər "yazıq" erməni amilini bir küncə atdığı vaxtda Paşinyanın manevr imkanları çox azdır. Bu mənada Ermənistan rəhbərliyi KTMT-dəki davranışlarının hesabatını verməli olacaq".

Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!