16 İyul 2025 09:10
488
SİYASƏT
A- A+
Ermənistanda sülh müzakirələri davam edir

Ermənistanda sülh müzakirələri davam edir


Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşlərində sülh müqaviləsi ilə bağlı danışıqları İrəvanda böyük əks-səda doğurub. Məğlub ölkədə qeyd edilir ki, hər iki tərəf bəzi məsələlərin həllində razılığa gəliblər. Xüsusi olaraq vurğulanır ki, yaxın keçmişdə baş tutan görüşlərdən sonra əgər Ermənistanın rəhbərliyi bütün reallıqları etiraf edirsə və çıxış yolunu Azərbaycanla münasibətlərin normallaşmasında görürsə, onda niyə sülh müqaviləsinin imzalanması uzanır?  

Ermənistanın "Past" nəşri yazıb ki, Əbu-Dabidə İlham Əliyev və Nikol Paşinyan arasında təxminən 5 saat davam edən birbaşa danışıqlar aparılıb. Nəşr qeyd edib ki, bu qədər uzun sürən görüşə baxmayaraq, onun məzmunu ilə bağlı yayılan məlumatlar və "sızmalar" olduqca qısa və natamam olub: "Hər halda, görüşdən az sonra bir çox şərhçilər Ermənistanın xarici işlər nazirinin müavininin sonradan "təkzib və izahata ehtiyac duyan" açıqlamalarına əsaslanaraq qeyd ediblər ki, Zəngəzur dəhlizinin açılması məsələsi müzakirə olunub. Bu barədə çoxsaylı müzakirələr, şərhlər və fikirlər səslənib".

Ermənistanın "HayaKve" milli vətəndaş assosiasiyasının koordinatoru, erməni ictimai xadim Avetik Çalabyan İlham Əliyevlə Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən görüşü şərh edərkən deyib ki, yekun razılaşma yoxdur, əks halda, bu, bəyanatda qeyd olunardı və ya memorandum imzalanardı.

Onun sözlərinə görə, sülh müqaviləsinin müxtəlif komponentləri müzakirə olunur: "Təbii ki, orada Qarabağ məsələsi, ümumiyyətlə, müzakirə olunmur, çünki Paşinyan həmin səhifəni bağlamağa çalışır və bununla da faktiki olaraq bütün məsələləri müzakirə üçün Ermənistanın ərazisinə gətirir. Onun siyasəti ona gətirib çıxarır ki, Azərbaycanın bütün məsələlərin müzakirəsini Ermənistanın ərazisinə keçirmək imkanı var".

Çalabyan qeyd edib ki, Paşinyan çətin vəziyyətə düşüb, çünki bir tərəfdən, erməni xalqı öz gözləntiləri ilə, digər tərəfdən isə, İlham Əliyev və ona dəstək verən Türkiyə Prezidenti öz tələblərini irəli sürürlər və onun manevr etmək imkanı yoxdur.

Erməni siyasi xadim Samvel Farmanyan sosial şəbəkə hesabında yazıb ki, Azərbaycan artıq Türkiyə ilə bütün nəqliyyat-kommunikasiya xətlərinə malikdir - avtomobil yolları, dəmir yolu (Bakı-Tbilisi-Qars), neft kəməri (Bakı-Tbilisi-Ceyhan) və qaz kəməri (Bakı-Tbilisi-Ərzurum). Həmçinin Naxçıvanla quru əlaqəsi üçün İran ərazisindən alternativ marşrut da var: "Sənin "sülh kəsişməsi" adlandırdığın layihə, nə qədər çaşdırmağa çalışsan da, faktiki olaraq İlham Əliyevin Zəngəzur dəhlizi adlandırdığı ilə eynidir. Sən və sənin tərəfdarların bu layihəni yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək yol kimi deyil, həm də Şərqi Qərblə, Mərkəzi Asiya və Çin bazarlarını Avropa ilə birləşdirəcək qlobal iqtisadi təşəbbüs kimi təqdim edirsiniz. Sizin fikrinizcə, bu təşəbbüs Ermənistan üçün iqtisadi cəhətdən sərfəli olacaq, təhlükəsizlik səviyyəsini artıracaq".

O bildirib ki, Avropa İttifaqı da Paşinyana bu məsələdə səs verir.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!