25 İyul 2025 09:10
507
SİYASƏT
A- A+
Ermənistanda sensasiya

Ermənistanda sensasiya


Paşinyan kilsəyə hücum əmri verməyə hazırlaşır


Ermənistanda ictimai-siyasi vəziyyətin sürətlə gərginləşməsi müşahidə olunur. Son günlər Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı gedən müzakirələr fonunda sosial narazılıqlardan istifadə edən keçmiş hərbi xuntanın revanş istəyi vəziyyəti daha da çətinləşdirir.

Sarkisyan-Koçaryan tandemi  kilsəni də siyasi proseslərə cəlb edərək ölkədəki xaosu daha da dərinləşdirməyə cəhd göstərir. Son dövrlər artan həbslər fonunda  kilsə və hakimiyyətin qarşıdurması çox açıq müstəviyə keçir. "Hraparak" qəzeti yazır ki, kilsəyə qarşı cəbhə açmaq ideyası Paşinyanı rahat buraxmır. Dünən o, "kilsəni azad etmə" planı ilə bağlı yeni paylaşım edib. Plana əsasən, katolikos vəzifədən uzaqlaşdırıldıqdan sonra yeni katolikos seçilməyəcək, onun yerinə müvəqqəti təyinat olacaq və yeni katolikos yalnız "Erməni Apostol Müqəddəs Kilsəsinin Nizamnaməsi" əsasında təsdiqlənəndən sonra seçiləcək. Bu, kilsənin başsız qalması və ruhani rəhbərsiz buraxılması deməkdir.

"Paşinyan həmçinin təsvir etdi ki, kilsəni azad edənlər hərəkatında kimlər iştirak edə bilər: Ermənistan Apostol Kilsəsinin ardıcılları olmalı (xaç suyuna salınmış), ən azı bir dəfə Müqəddəs Kitabı əvvəldən axıra qədər oxumuş olmalı, son 5 ildə azı bir dəfə Böyük Oruc tutmuş, hər gün dua edən şəxslər və s. Əslində, artıq bir neçə həftədir ki, hökumətin kilsəyə qarşı üsyan qaldıracaq qruplar topladığı barədə məlumatlar var. Bu qruplara əsasən keçmiş cinayətkarlar, narkomanlar, antisosial davranışlı şəxslər daxil edilir və onların necə Eçmiədzinə hücum edəcəkləri koordinasiya olunur", - deyə nəşr qeyd edir. Nəşr həmçinin yazır ki, əvvəlcədən əldə olunan məlumata görə, Paşinyan kilsəyə hücum gününü şənbəyə müəyyənləşdirib. Bu da katolikos II Qareginin iyulun 27-də İsa Məsihin Dəyişməsi (Paraklitos) bayramı ərəfəsində ayin keçirəcəyi günə düşür: "Qeyd edək ki, Paşinyan hücum günü barədə çox düşünüb, bir neçə dəfə tarixi dəyişib, lakin hər dəfə sual ortaya çıxıb: əgər katolikos həmin vaxt kilsədə olmazsa, növbəti addım nə olacaq? Buna görə qərara alınıb ki, hücum məhz ayin vaxtında həyata keçirilsin. Yeri gəlmişkən, hakim "Vətəndaş Razılaşması" partiyası idarə heyətinin Paşinyan olmadan keçirilən iclasında bu məsələ də müzakirə edilib. Məlumat verənlər bildiriblər ki, rəhbərlik daxilində Paşinyanın demək olar ki, dəstəkləyicisi yoxdur, lakin heç kim bu barədə açıq danışmağa cürət etmir".

Ümumiyyətlə, baş nazir Nikol Paşinyan Ermənistanda iki istiqamətdə islahatlar planlaşdırır. Bunlar yeni Konstitusiyanın hazırlanması, Eçmiədzin kilsəsində kadr dəyişikliyi, yaxud II Qareginin istefasına nail olmaqdan ibarətdir. 

Qeyd edək ki, 7 il öncə də N.Paşinyan II Qareginə qarşı çıxmışdı.  Lakin sonradan o, münasibətləri yaxşılaşdırmağa məcbur olub. Çünki başqa çıxış yolu yox idi. Paşinyan II Qaregin və onun rəhbərlik etdiyi Eçmiədzin kilsəsi ətrafında yaranan problemli vəziyyəti həll etmək üçün Kilikiya böyük kilsəsinin katolikosu I Arama bütün ermənilərin katolikosu olmağı təklif etmişdi. I Aram isə bu təklifdən imtina edərək Paşinyana bildirmişdi ki, kilsə ilə münasibətlər bu üsulla tənzimlənmir. I Aram təklifi qəti rədd etdikdən sonra Paşinyan II Qareginlə münasibətlərini yaxşılaşdırmağa məcbur olmuşdu.

Ermənistanda  din amili böyük əhəmiyyət kəsb etdiyindən hakimiyyətə gələnlər mütləq kilsənin də dəstəyinə nail olmağa çalışırlar. Lakin əhalinin etirazları fonunda Paşinyan əvvəlki hökumətin adamı olan II Qaregini vəzifədən uzaqlaşdırmağa çox cəhd etdi. Amma səriştəsizliyi üzündən bütün səyləri nəticəsiz qaldı. Bu gün isə cərəyan edən proseslər fonunda arzusunu gerçəkləşdirmək üçün önəmli fürsətlər yaranıb. 

Xatırladaq ki, kilsə ilə hökumətin münasibətləri 44 günlük müharibədən sonra daha da kəskinləşib. Onda Qaregin Nikol Paşinyanın istefasını tələb etmişdi. O, kilsə ilə hökumət arasında əməkdaşlığın yetərli olmadığını da vurğulamışdı.

Bir neçə il öncə Eçmiədzin rayonunda bir qrup vətəndaş istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum etmişdi.  "Yeni Ermənistan, yeni patriarx" devizi ilə başlayan aksiyanın iştirakçıları II Qareginin kilsəyə layiq olmadığını demişdilər. Aksiya iştirakçılarının iddialarına görə, o agentdir və xalqın xeyrini zərrə qədər də düşünmür. Ali patriarx "məxməri" inqilaba qədər ölkəni idarə edən cinayətkar rejimə satılmaqda ittiham olunmuşdu.

Bütün hallarda proseslərin gedişi Ermənistanı qarşıdakı dövrdə qarşıdurmaların gözlədiyini göstərir.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!