12 Fevral 2025 08:40
349
SİYASƏT
A- A+
Ermənistan hakimiyyəti revanşizmin ictimai rəydə aparıcı ideologiya kimi qalmasında maraqlıdır

Ermənistan hakimiyyəti revanşizmin ictimai rəydə aparıcı ideologiya kimi qalmasında maraqlıdır


"Ermənistanda aparılan ən yeni rəy sorğuları göstərir ki, hazırda əhali ciddi apatiya içərisindədir, ölkədə siyasi qüvvələrə dərin inamsızlıq hökm sürür. Eyni zamanda rəsmi İrəvanın həm daxili, həm də xarici siyasətdəki uğursuzluqları fonunda revanşizm Ermənistan cəmiyyətində ictimai fikrin əsas bazası kimi qalmaqda davam edir. Bu gün Ermənistan hakimiyyətinin silahlanma ilə bağlı verdiyi bəyanatlar, cəmiyyətə ötürdüyü mesajlar revanşizmin dövlət siyasətinin əsas xətt olduğunu göstərir. Mövqeləri zəifləyən Ermənistan hakimiyyəti cəmiyyətdə reytinqi aşağı səviyyədə olan müxalifətlə eyni tonda çıxışlar etdiyi üçün real sülh prosesi və regional inteqrasiyadan tamamilə təcrid olunmuş vəziyyətdədir".

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.

Ekspert bildirib ki, 44 günlük müharibə başa çatdıqdan sonra Ermənistanın hərbi xərcləri təqribən üç dəfə artırılaraq 2021-ci ildə təxminən 600 milyon dollardan 2024-cü ildə 1,6 milyard dollara çatıb. Üstəlik, bu yaxınlarda imzalanmış hərbi müqavilələrə görə, Ermənistan əsasən Azərbaycanın ərazilərinə uzaq məsafəli zərbələr endirə biləcək hücum silahları əldə etməkdədir. "Fransa artıq 26 ədəd "Bastion" zirehli transportyorunun 10-nun istehsalını başa çatdırıb və yaxın vaxtlarda Ermənistana göndəriləcəyini açıqlayıb. Bu həm də onu göstərir ki, Fransa Ermənistana heç də özünün tərəfdaşı kimi yanaşmır. Normal müttəfiqlik münasibətləri tələb edir ki, Fransa Ermənistanı sülh prosesinə təşviq etsin. Lakin Fransa Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalayıb Türkiyə ilə yaxınlaşmasından qorxur. Gələcəkdə Ermənistandan siyasi təsir vasitəsi kimi istifadə edə bilməyəcəyini düşünən Fransa ideoloqları, beləliklə, öz siyasət tarixlərinin ən pis dövrünü formalaşdırırlar.

"Global Firepower"nin (GFP) 2025-ci il üzrə dərc etdiyi hesabatda Ermənistan 144 ölkə arasında 91-ci yerdə qərarlaşıb. Ermənistan sürətlə silahlandığı üçün ötən illə müqayisədə reytinqdə 10 pillə "yerdəyişmə edib". Nikol Paşinyan administrasiyası Ermənistan ictimai rəyində kifayət qədər aşağı olan reytinqinin fərqindədir. Buna görə də gələn il keçiriləcək seçkilərdən əvvəl məqsədli formada hərbi ritorikanı gündəmdə saxlayır. Paralel olaraq isə Avropa İttifaqının missiyasının binokl şousu arxasında Ermənistanın hərbiləşdirilməsi region üçün potensial risklər yaradır", - deyə T.İsmayılov vurğulayıb.

O əlavə edib ki, sonuncu sosioloji sorğuda Ermənistan vətəndaşlarının fikrincə, əsas problemlər xarici təhlükəsizlik, sərhəd məsələləri və yeni müharibə ehtimalıdır. Bütün bunlar bir daha sübut edir ki, Ermənistan hakimiyyəti, əslində, müxalifətlə tandemdə revanşizmin ictimai rəydə aparıcı ideologiya kimi qalmasında maraqlıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!