02 Dekabr 2023 09:30
532
SİYASƏT
A- A+
Ermənistan beynəlxalq hüquq müstəvisində ifşa olunur

Ermənistan beynəlxalq hüquq müstəvisində ifşa olunur

 

Vətən müharibəsindəki döyüş meydanında cəmi 44 günə Ermənistanı məğlub edərək onu kapitulyasiya aktına imza atmağa məcbur edən Azərbaycan zəfərdən ötən üç il müddət ərzində beynəlxalq hüquq müstəvisində də təcavüzkar ölkə üzərində ardıcıl qələbələr qazanır. 
30 il boyu torpaqlarımızı işğal altında saxlayan, azərbaycanlılara qarşı kütləvi qətliam, soyqırımı törədən, yüzlərlə yaşayış məntəqəmizi talayan, tarixi, mədəni, dini abidələrimizi dağıdan vəhşi xislətli ermənilər, həm də ötən müddətdə dünyanı aldatmağa yönəlik iftira, yalan və böhtan kampaniyası aparıblar. 
Lakin Azərbaycan beynəlxalq hüquqla erməni yalanlarının üzərindən davamlı olaraq xətt çəkir.
Xatırladaq ki, iyulun 6-da Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Ermənistanın 12 may 2023-cü ildə məhkəməyə təqdim etdiyi və 23 aprel 2023-cü ildə Laçın yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasının "qanunsuz" olduğuna dair vəsatətini yekdilliklə rədd etdi. Azərbaycan tərəfinin BƏM-ə təqdim etdiyi çoxsaylı sübutlarla Ermənistanın yalanları iflasa uğradıldı.

 

Ermənistanın iddiaları rədd edildi

 

2023-cü il noyabrın 17-si tarixi də Ermənistanın beynəlxalq hüquq müstəvisində növbəti dəfə Azərbaycan qarşısında ağır məğlubiyyəti ilə yadda qaldı. Belə ki, BƏM sözügedən tarixli qərarı ilə Ermənistanın Azərbaycana qarşı əsas iddialarını rədd etdi. 
Azərbaycanın Qarabağ üzərində suverenliyini və ərazi bütövlüyünü təsdiq edən məhkəmə bu qərarı ilə ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həyata keçirdiyi milli maraqlarını qəbul etdiyini göstərmiş oldu.
Qeyd edək ki, BƏM həm də Ermənistanın Azərbaycanın hərbi və hüquq-mühafizə orqanlarının Qarabağ bölgəsindən çıxarılması ilə bağlı əsassız və gülünc tələbini rədd edib. Həmçinin məhkəmə Ermənistanın BMT agentliklərinin Qarabağ bölgəsinə səfəri və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əməkdaşlıq barədə iddiasına əhəmiyyət verməyib, bununla da, beynəlxalq təşkilatların bölgəyə girişi ilə bağlı ölkəmizə qarşı bütün iddiaları mahiyyətcə əsassız elan edib. 
Məhkəmə mədəniyyət abidələrinin və artefaktlar ilə bağlı Ermənistanın iddialarını da rədd edib, müvafiq ittihamlarla saxlanılan qanunsuz separatçı rejimlə əlaqəsi olan şəxslərlə bağlı Ermənistanın iddiasını təmin etməyib. 
Eyni zamanda Azərbaycanın İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiya (CERD) öhdəliklərinin pozuntusu məhkəmə tərəfindən təsdiqlənməyib və Ermənistanın bu iddiası da rədd olunub.

 

AHİM işğalla bağlı Ermənistanın dürüst olmadığı qənaətindədir

 

Ermənistan beynəlxalq hüquqdan yayınmaqdan ötrü daim öz cinayət əməllərini ört-basdır etməyə çalışır, xalqımıza, ölkəmizə qarşı törətdiyi bədnam əməlləri riyakarlıqla inkar edir, işğal faktını danır. 
Ancaq Avropa İnsan Haqları Məhkəməsinin (AHİM) bu yaxınlarda qəbul etdiyi qərar Ermənistanın daha əvvəl işğal altında saxladığı Azərbaycan ərazilərində nəzarətinin və ya yurisdiksiyasının olmamasına dair uzunmüddətli mövqeyini ifşa edib. 
AİHM-in 17 oktyabr 2023-cü il tarixli "Hovhannisyan və Karapetyan Ermənistana qarşı" işi üzrə verdiyi hökmdə Ermənistan Respublikasının vətəndaşları R. Hovhannisyanın və A. Sarqsyanın 2009 və 2008-ci illərdə Ermənistan ordusuna çağırıldıqları və "Dağlıq Qarabağ silahlı qüvvələri"nin 36 535 saylı hərbi hissəyə göndərildikləri qeyd edilib.
Bildirilib ki, 2010-cu ilin iyulunda hər iki hərbi qulluqçu öz hərbçi yoldaşları tərəfindən daxili insident nəticəsində qətlə yetirilib və öldürülən hərbçilərin valideynləri təzminat üçün Ermənistanı məhkəməyə verib.
Bununla bağlı xarici işlər nazirinin müavini Elnur Məmmədov "X" platformasındakı paylaşımında bildirib ki, məhkəmə artıq digər işlərdə Ermənistanın sözügedən ərazi üzərində yurisdiksiyası məsələsini araşdırıb və müəyyən edib ki, Ermənistan Dağlıq Qarabağ və ətraf ərazilər üzərində effektiv nəzarət həyata keçirib.
Ermənistan o zamanlar işğal altında saxladığı Azərbaycanın ərazilərində törədilən istənilən cinayətə görə dövlət məsuliyyətindən qurtulmaq məqsədilə uzun müddət bu ərazilər üzərində heç bir nəzarəti və ya yurisdiksiyası olmadığı mövqeyində olub: "Diplomatik desək, AHİM Ermənistanın dürüst olmadığı qənaətinə gəlib".
Göründüyü kimi, Azərbaycanın hüquq müstəvisində Ermənistana qarşı qazandığı qələbələr, eləcə də beynəlxalq məhkəmələrdə İrəvanın ifşa edilməsi təcavüzkarın törətdiyi cinayət əməllərinə görə cavab verməsini təmin edəcək. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!