29 Oktyabr 2025 08:05
688
SİYASƏT
A- A+
"Ermənistan Azərbaycanla münasibətlərin normallaşmasının faydalı olduğunu anlamağa başlayıb"

"Ermənistan Azərbaycanla münasibətlərin normallaşmasının faydalı olduğunu anlamağa başlayıb"


Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında paraflanmış sülh gündəliyi uzun illər düşmənçilik şəraitində yaşamış iki ölkənin münasibətlərində yeni  səhifənin açılmasının başlanğıcı oldu. Vaşinqtonda ABŞ, Azərbaycan  prezidentləri və Ermənistan baş nazirinin iştirakı ilə sülh sazişi paraflandı, ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı müraciət imzalandı. Yekun sülh sənədinin imzalanması üçün əsas maneə olan iki məsələdən biri tarixin arxivinə göndərildi.

Milli Məclisin deputatı Azər Badamov qəzetimizə açıqlamasında bildirib ki, sülh gündəliyi hər gün inkişaf edir və genişlənir: "Təbii ki, 30 illik işğaldan sonra xalqlarımızın bir-birinə yaxınlaşması üçün müəyyən zamana ehtiyac duyulacaq. Çünki ermənilər azərbaycanlılara qarşı soyqırımları törədib, yaşayış məntəqələrini yerlə yeksan edərək sakinlərini məcburi köçkün və qaçqın olmağa məcbur edib. Bu acı tarixi iki ölkə arasında imzalanmış sənədlə qısa müddətdə aradan qaldırmaq mümkün deyil. Amma reallıq odur ki, xalqlarımızın yenidən inteqrasiyası və ölkələr arasında münasibətlərin normallaşdırılması üçün davamlı şəkildə addımlar atılmaqdadır". 

Deputat qeyd edib ki, əvvəllər ölkə liderlərinin  görüşləri kənar təşəbbüslərlə baş tuturdusa, indi müxtəlif beynəlxalq platformalarda gerçəkləşir. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında keçirilən müzakirələrin gündəliyi sülh və əməkdaşlıq üzərində qurulur. Bu, yeni reallığın yaratdığı imkanlardır. "Oktyabrın 21-də Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri çərçivəsində Astanada keçirilən mətbuat konfransında Azərbaycan üzərindən Ermənistana tranzit yüklərin daşınmasına məhdudiyyətlərin aradan qaldırıldığını bildirdi. Təbii ki, bu xəbər Ermənistan üçün gözlənilməz oldu. Ermənistan müxalifəti Azərbaycanın öz ərazisindən tranzit yüklərin daşınmasına heç vaxt imkan verməyəcəyini səsləndirərək ictimaiyyətdə fikir formalaşdırırdı. Dövlət başçımızın qərarı onların bu iddalarını da darmadağın etdi", - deyə o əlavə edib.

A.Badamov Azərbaycan üzərindən daşınacaq ilk yükün Qazaxıstandan Ermənistana Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi ilə göndərilən taxıl olduğunu xatırladaraq, bunun taxıl olmasının rəmzi məna daşıdığını da bildirib. Çünki taxıl strateji məhsuldur və bu, bizim Ermənistana çörək yolunu açdığımız mənasını daşıyır. 

Deputat vurğulayıb ki, Ermənistan taxılı Azərbaycan üzərindən daha rahat şəkildə idxal etməklə, özünün ərzaq təhlükəsizliyini təmin edəcək. Gürcüstanda qədim İpək yolu forumunda iştirak edən Ermənistanın Baş naziri Nikol Paşinyan bu məsələyə dərhal reaksiya verərək  tranzit yüklərin daşınmasına maneələri aradan qaldırdığına görə Prezident İlham Əliyevə öz minnətdarlığını ifadə edib. Paşinyan Azərbaycanla Gürcüstan arasındakı dostluğa həsəd apardığını gizlətməyərək, Ermənistanın da Azərbaycanla eyni münasibətləri yaratmaq arzusunda olduğunu bildirib. "Ölkə başçımızın açıqlaması Ermənistan ictimaiyyətində də böyük bir sevinclə qarşılandı. Qazaxıstandan daşınacaq yüklərdən sonra Rusiyanın Baş nazirinin birinci müavini Overçuk da Azərbaycanla danışıqlar apardığını və Rusiyadan da yüklərin ölkəmiz üzərindən Ermənistana daşınmasının razılaşdırıldığını bildirdi. Əslində, son 5 ildə biz Ermənistana bu reallığı izah etməyə çalışırdıq, amma onlar yaranmış reallığa şübhə ilə yanaşır və sülh gündəliyinin irəli aparılmasında maraqlı görünmürdülər", - deyə o bildirib.

A.Badamov qeyd edib ki, Ermənistan Azərbaycanla münasibətlərin normallaşmasının özü üçün nə qədər faydalı və  vacib olduğunu anlamağa başlayıb. Azərbaycan sülhün ancaq kağız üzərində deyil, həm də praktikada reallaşdığını sübut edir. Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi ancaq tranzit yüklərin daşınmasına tətbiq olunmuş məhdudiyyətlərin aradan qaldırılması ilə bitmir. Burada ictimaiyyət arasında etimad mühitinin yaradılması istiqamətində tədbirlərin genişləndirilməsi də günün reallığına çevrilib. Belə ki, vətəndaş cəmiyyətinin nümayəndələri İrəvanda görüşüblər. Uzun illərdən sonra Azərbaycan Hava Yollarına aid təyyarə birbaşa Ermənistanın Zvartnos hava limanına eniş edib. Bu hadisə ictimaiyyət tərəfindən də çox maraqla qarşılanıb. Bu, artıq etimad mühitinin yaradılmasının ilk addımıdır. 

Deputat deyib ki, İrəvana səfərə getmiş nümayəndə heyətimiz Ermənistanın Təhlükəsizlik Şurasının katibi Qriqoryanla da görüş keçirib. Təbii ki, səfərin məqsədi etimad mühitinin genişləndirilməsidir. Bu, sülh gündəliyinin inkişaf etdirilməsi üçün atılan növbəti addımlardır.  

A.Badamovun fikrincə, Azərbaycan və Ermənistan eyni coğrafiyada yerləşən qonşu dövlətlər olduğu üçün iki ölkə arasında sülh və əməkdaşlığın yaranması, xalqlar arasında münasibətlərin formalaşdırılması vacibdir: "İki qonşu ölkə əbədi olaraq düşmən ola bilməz. Bu düşmənçiliyə son qoymağın bir nöqtəsi olmalı idi. Bu nöqtə də 8 noyabr 2020-ci ildə əldə etdiyimiz böyük zəfərimizlə qoyuldu. Beş ildir ki, torpaqlarımız azaddır. Qarabağda separatçılığın yuvası dağıdılıb və ərazilərimizdə suverenlik tam bərpa edilib. Tezliklə Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi də imzalanacaq.  Zəngəzur dəhlizi də açılacaq. Zəngəzur dəhlizinin açılması regionumuza real sülh və əməkdaşlıq gətirəcək".


Əsmər QARDAŞXANOVA,

" Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!