09 Fevral 2025 08:25
560
SİYASƏT
A- A+
Ermənistan Avropa İttifaqının "müşahidə missiyası"ndan çəkinməlidir

Ermənistan Avropa İttifaqının "müşahidə missiyası"ndan çəkinməlidir


Əks təqdirdə bu ona problemlər yaradacaq


Münaqişə yaratmaq, özgə torpaqlarına göz dikmək, işğalçılıq siyasəti yürütmək, təxtibatlar törədərək müharibə alovunu körükləmək tarix boyu heç bir dövlətə və xalqa nə baş ucalığı gətirib, nə də rahatlıq. Sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olması xalqın rifahına, ölkənin inkişafına yol açır. Bütün bunlar tarixin dönə-dönə təsdiq etdiyi və artıq sübuta ehtiyac qalmamış həqiqətləridir. Odur ki, keçmişi unutmamaq, baş verənlərdən nəticə çıxarmaq vacib və əhəmiyyətlidir. Və bunun üçün Ermənistan hökumətinin və onlara havadarlıq edənlərin tarixi vərəqləmələrinə, uzaq dövrləri araşdırmalarına ehtiyac yoxdur. Çünki Vətən müharibəsindən cəmi beş il ötür. 

XX əsrin son onilliyində yaranmış gərgin hadisələrdən, tənəzzüldən istifadə edən Ermənistan xarici himayədarlarının verdiyi yardımlarla, hərbi texnikalarla, silah-sursatla keçid dövrünün məngənəsində sıxılan Azərbaycanın ərazilərinin iyirmi faizini işğal edə bildi. Elə həmin torpaqlarımızı Ermənistanın otuz ilə yaxın işğal altında saxlamalarında da bir sıra ermənipərəst dövlətlərin və beynəlxalq təşkilatların "rolu" və "xidmətləri" danılmazdır. 

Ancaq Azərbacanın çox gözəl bir atalar sözü var: "Hər qaranlıq gecənin bir işıqlı sabahı var". Uzun illər Ermənistanın işğal altında qalmış Qarabağımızın və Şərqi Zəngəzurumuzun işıqlı sabahı da gəldi. 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin təxribatı ilə başlayan, qırx dörd gün sonra Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi və 2023-cü ildə baş verən bir günlük lokal xarakterli antiterror əməliyyatı nəticəsində ədalət yerini tutdu. Qarabağ və Şərqi Zəngəzur Ermənistanın işğalından azad edildi, Azərbaycan suverenliyinə tam nail oldu.

Böyük Zəfərimiz bir daha göstərdi ki, bütün işğalçıların sonu məğlubiyyətdir. Bu, haqlını qoyub haqsızı müdafiə edənlərə dərs olmalıdır. Təəssüf ki, son vaxtlar baş verənlər Cənubi Qafqazda sülhün bərqərar olmasını öz mənafelərinə uyğun hesab etməyənlərin, regionda yenidən münaqişə yaratmağa cəhd edənlərin, necə deyərlər, suyu bulandırmağa çalışdıqlarını göstərir.

Bir sıra Qərb ölkələri, Avropa İttifaqı (Aİ) ölkəmizə qarşı qərəzli mövqe tutmaqla, Ermənistanı silahlandırmaqla Azərbaycanla Ermənistan arasında sülhə əngəl yaratmağa cəhd göstərirlər. Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində Ermənistana bu silahların ya pulsuz, ya da ki, kredit şəklində verildiyini vurğuladı: "O kreditlər də müəyyən dövrdən sonra silinir. Eyni zamanda Avropa İttifaqının dırnaqarası sülh fondundan. Dırnaqarası, çünki sülh fondu, əslində, sülh məqsədləri üçün istifadə olunmalıdır. Onların sülh fondu isə silahlanmaya istiqamətləndirilir. Oradan da birinci ödəmə edildi və bizdə olan məlumata görə, bu, son ödəmə deyil".

Vətən müharibəsindən sonra Avropa İttifaqının ortaya atdığı müşahidəçilik missiyası da regionda vəziyyəti daha da gərginləşdirməyə xidmət edir. Avropa İttifaqının mülki müşahidə missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyətinə ehtiyac olmadığını rəsmi Bakı dəfələrlə bəyan edib. Buna baxmayaraq, təşkilat bu lüzumsuz missiyasını nəinki dayandırmadı, hətta daha da genişləndirdi. 

Hələ 2022-ci ilin oktyabrında, Aİ-nin Azərbaycanla Ermənistan arasında danışıqlarda aktiv vasitəçilik etdiyi vaxtda Praqa razılaşması çərçivəsində Ermənistana 40 nəfərlik Aİ missiyasının müvəqqəti - iki aylıq yerləşdirilməsi barədə razılıq əldə edildi. Həmin missiyanın fəaliyyəti dekabrda başa çatdı. Lakin 2023-cü il yanvarın sonlarında Aİ Azərbaycanın razılığını almadan Ermənistanın Azərbaycanla sərhəd xətti boyunca Müşahidə Missiyasının yerləşdirilməsinə qərar verdi.

Üstəlik 40 nəfərlə Ermənistana gələn Avropa İttifaqı missiyası 2023-cü ilin fevralından 138 nəfərlik heyətlə fəaliyyət göstərdi. Həmin ilin dekabrında isə missiyanın sayı 209 nəfərə çatdırıldı. Aİ üzvü olmayan Kanadanın nümayəndələri də müşahidə missiyasına qoşuldular.

Dövlət başçısı yerli televiziya kanallarına sözügedən müsahibəsində diqqətə çatdırdı ki, heç nə bildirmədən, bizimlə heç bir razılıq olmadan onlar nəinki bu missiyanın müddətini uzatdılar, sayını artırdılar, həm də Avropa İttifaqının üzvü olmayan ölkəni dəvət edərək mahiyyətcə etimadı qırdılar: "Sonra, necə deyərlər, bu binoklla rüsvayçı nümayişlər, onlar yarıhərbi geyim və çəkmələr geyinir və oraya hansısa döyüşçülər kimi gedirlər. Onların oradan necə sürətlə qaçacağını göstərmək istəmirəm, əgər kimsə təsadüfən Azərbaycan ərazisinə soxularsa, onda sadəcə görəcəklər ki, əllər necə qaşınır. Ona görə də biz onlara çatdırdıq ki, binokl şousuna son qoysunlar, artıq, necə deyərlər, binoklsuz gəzişirlər". 

Bu il yanvarın 29-da Avropa İttifaqına üzv ölkələrin Brüsseldəki səfirləri Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidəçi missiyasının mandatını daha iki il müddətinə - 2027-ci il fevralın 19-dək uzatmaq barədə razılıq əldə ediblər. Qərarın yaxın günlərdə Aİ XİN başçılarının toplantısında təsdiqlənməsi gözlənilir. Qeyd edək ki, Avropa İttifaqının müşahidə missiyasının regionda qalma müddəti rəsmi Bakının və digər region ölkələrinin razılığı alınmadan uzadılır.

Görünən odur ki, Aİ-nin bu qərarı təsdiqləməsi Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə mənfi təsir göstərəcək, həmçinin Cənubi Qafqaz regionunda sülhə, sabitliyə təhlükə yaradacaq. Bu, təhlükəni yaradanlara açdığı qapıları bağlamasa, onlara şərait yaratmaqda davam etsə, Ermənistan öz faciəsini yaşayacaq. 


Zöhrə FƏRƏCOVA.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!