01 Dekabr 2023 09:00
1419
SİYASƏT
A- A+

Erməni xülyası, Qərb riyakarlığı və Azərbaycan həqiqətləri

 

Ermənilər təkcə "məzlum", "zavallı", "qədim" və "əzabkeş" xalq deyillər!
Həm də xəyalpərəst, fantaziyalara meyilli, arzularını gerçəklik kimi qəbul etməyi sevirlər.

Amma heç də fərqində deyillər ki, bütün bunların - şirin və dadlı xəyalların, özlərinə müxtəlif adlar verib, saxtalıqlara baş vurmağın mənası, ən əsası xeyri nədir.
* Tutaq ki, ermənilər dünyada xristianlığı birinci qəbul ediblər...
* Tutaq ki, ən qədim xalq onlardır...
* Tutaq ki, qədim mədəniyyətə malikdirlər...
NOOLSUN!
Xristianlığı (tutaq ki,) birinci sən qəbul etmisən...
Amma tarixdə sənin tikdiyin, həqiqətən özününkü olan bir kilsən, dini məbədin yoxdur!
Harda yaşayırsansa, səndən qabaq orada məskən salanların kilsələrini, məbədlərini, tarixi abidələrini oğurlayır, saxtalaşdırır, sonra öz adına çıxırsan.
Məsələn, Qafqazda etdiyin kimi!
Alban-Udi kilsələrini erməniləşdirərək "özününkü" etmisən.
Halbuki, həmin kilsələrin əsl sahibləri hələ də yaşayırlar və isbat edirlər ki, bu kilsələr onlarınkıdır.

Qədim "erməni nişanələri" isə sonradan, erməni ustalarının əli ilə divarlara hörülür.
Gözə kül üfürürlər ki, ən qədim xalq (tutaq ki,) onlardır...
Amma bu "qədim xalq"ın əmələ gəldiyi, üzərində yaşadığı qədim ərazi, torpaq yoxdur...

Cənubi Qafqaza XIX əsrdə köçürülüblər!
İrandan və Türkiyədən gətirilərək Rusiyanın əli ilə Azərbaycan torpaqlarında onlara dövlət (forpost, satellit) yaradılıb.

Bu hesaba hazırda "dövlət" adında bir Hayastan mövcuddur ki, onun torpağı da, paytaxtı da Azərbaycana məxsusdur!
* Ha qaşıyırlar, Azərbaycanın izini itirə bilmirlər.
* Ha çalışırlar, burada aborigen olduqlarını sübuta yetirə bilmirlər.
Çünki ortaya nə bir fakt, nə də dəlil qoya bilirlər!
Arxivlərə getməyə isə cin iynədən qorxan kimi qorxurlar.
Çünki dəqiq bilirlər ki, arxiv qapısını açan kimi yalançılıqları, saxtalıqları dərhal açıq-aşkar görünəcəkdir!

Gözə kül üfürürlər ki, qədim mədəniyyətə (tutaq ki,) malikdirlər! 
Belədə hanı sənin mədəniyyət abidələrin, qalaların, torpaq altında qalmış yaşayış məskənlərin, qəbirlərin, yerin altından çıxarılan kəllə sümüklərin! 

Bircəciyini də tapıb göstərə bilmirsən!
Çünki ekspertizadan qorxursan!

Bilirsən ki, alimlər ən müasir vasitələrlə, analizlərlə sübut edəcəklər ki, tapıb gətirdiyin Aşotun kəlləsi deyil.
Filan xalqa, filan yerdə yaşamış millətə məxsusdur!

VƏSSALAM, ŞÜTTAMAM!
*** 
Bir məsələdə isə mübahisə yoxdur:
Ermənilər həqiqətən "istedadlı" xalqdır!

Bu istedad özünü bir neçə istiqamətdə göstərir:
* Ermənilər güclülərin əlində məharətlə alətə çevrilməyi bacarırlar.
* Özgələrinə məxsus müxtəlif dəyərləri elə özününküləşdirərək "sənədləşdirir", sonra elə bir tərzdə və genişlikdə təbliğini qururlar ki, hətta özləri də inanırlar ki, bütün bunlar "onlara məxsusdur" və əzəldən "onlarınkı olub".
* Ermənilər güclülərə məharətlə yarınmağın, zəiflərə qarşı isə qəddarlığın ustasıdırlar.
* Ən nəhayət, erməninin dönüklüyü də, dünən "can" dediyinə bu gün arxadan bıçaq saplamağı da bu millət üçün adi davranış tərzi hesab olunur.
Ermənilərin heç zaman "dənizdən-dənizədək uzanan böyük Ermənistan" adlı dövləti olmayıb.
Bu bir istəkdir, arzudur, xülyadır!
Və bu xülya onların başına olmazın müsibətlərini gətirib.

Ermənilərin heç kiçik bir əyaləti belə qeydə alınmayıb!
Yalnız XIX əsrin sonlarında Azərbaycan torpaqlarında çar Rusiyası tərəfindən Türkiyəyə qarşı belə bir dövlət yaradılıb.

Hətta bu vassal dövlətin paytaxtı da Azərbaycana məxsus İrəvan şəhəri müəyyən edilib.
Məqsəd "alət millətin dövləti" hesabına burada möhkəmlənmək, ehtiyac duyulanda onun əli və əməli ilə sabitliyi pozmaq, müsəlman dövlətlərinə təzyiq göstərmək olub.

Ermənistan onun üzərinə qoyulan bu yaramaz funksiyanı yaradıldığı gündən indiyədək həvəslə yerinə yetirməkdədir.
Özünün torpağı, vətəni, tarixi, dini və mədəni abidələri, bütövlükdə mədəniyyəti olmayan bir millət bütün bunları haradansa götürməli və yaratmalı idi...
Ermənilər isə nədənsə oğurlamağa üstünlük veriblər.
Hara düşsələr həm qonşularının, həm də yaşadıqları ərazilərdəki xalqlara məxsus abidə və mədəniyyət nümunələrini "özəlləşdirməyə" başlayırlar.
Hətta utanmazcasına bütün bunların ermənilərə məxsusluğunu iddia edirlər.
Nəinki iddia edirlər, üstəlik müxtəlif vasitələrlə, saxtakarlıqlarla, "tarixi əsərlər" yazıb onların köməyi ilə "sübuta yetirməklə", "təsdiq etməklə" dünyanı öz yalanlarına inanmağa məcbur edirlər.
Çox qısa şəkildə üç fakt: mətbəxi Türkiyədən, musiqini, xalça ornamentlərini Azərbaycandan, kilsələrini isə Qafqazın qədim xalqlarından sayılan albanlardan oğurlayıblar.
***
* Erməni güc görəndə ona arxalanmağı, sığınmağı, ondan bəhrələnməyi də yaxşı bacarır.
Ta həmin güc zəifləyənə qədər...
* Gücə gücü çatdıqda isə ona arxa çevirib, əlindəkiləri qoparmaq üçün bütün üsullardan istifadə edib.
* Erməni həm də zəifin cəlladıdır!
Bir zamanlar mehriban qonşuluq münasibətlərində yaşadıqları, qapısında fəhlə işlədikləri həmkəndlilərini girov götürəndə başlarına hansı müsibətlər açaraq, hansı işgəncələr verdikləri faktlarla sübuta yetirilib...
Qalib Azərbaycan tərəfindən ələ keçirilərək istintaq olunan Xocalı qatilləri qadın, uşaq və qocaları necə öldürdüklərini, kütləvi şəkildə harada basdırdıqlarını əyani olaraq istintaq orqanlarına göstərir və danışırlar.
Ermənilər uzun müddət onlara qucaq açaraq çörək verən Türkiyəyə ən çətin məqamda xəyanət etdilər, türkün düşməninə dəstək verib, türkə qarşı vuruşdular. Əməllərinin "mükafatını" alaraq Türkiyədən deportasiya edildikdə isə buna "genosid" adını qoydular.
Dildə bu barədə nə qədər danışıb ağlasalar da, arxivlərə girmirlər, ortaya həqiqi sənəd qoya bilmirlər.
Çünki "1915-ci il erməni soyqırımı"nın olmadığı, onu sübuta yetirən sənədin yoxluğu da hamıdan yaxşı özlərinə məlumdur. 
Soyqırımına uğramaq, "böyük Ermənistan" yaratmaq arzuları yüz ildən də çoxdur ki, ürəklərində qalıb!

***
Artıq erməni yalanları öz əhəmiyyətini itirir.
Həm də heç bir fayda və "əlavə gəlir" gətirmir.
Məşhur ifadə ilə desək, erməni artıq "vurulmuş kart"dır.
Çar və sovet Rusiyası dövründə onu yaradanlara sədaqətlə qulluq edən Ermənistan bu gün sahibinə dirsək göstərir.
Amma ağanı dəyişmək bir o qədər də asan və təhlükəsiz məsələ deyil!

Ermənilərin köhnə hamiləri və müdafiəçiləri sayılan ABŞ və Fransa isə Rusiyanın Cənubi Qafqazdakı yerinə göz dikiblər.
Hərdən istəklə reallıq arasındakı məsafə əlçatmaz qədər uzun olur...
Xüsusən getmək istədiyin yerin nüfuz sahibini nəzərə almayanda.
Üstəlik ona qarşı düşmənçilik hərəkətlərində bulunanda!
Bir vaxtlar ABŞ ədalətsiz, qeyri-obyektiv və düşmən münasibəti nümayiş etdirərək torpaqları Ermənistan tərəfindən işğal olunan Azərbaycana qarşı "Azadlığı Müdafiə Aktı"na bədnam 907-ci düzəlişini etdi.
Sonra...
Sonra özü 11 sentyabr terror hücumuna məruz qaldı.
Əfqanıstanda əməliyyat keçirəsi oldu.

Odur ki, 907-ci düzəlişi hər il qüvvədən saldı.
Özünə sərf etmədiyinə görə...
Salmasaydı nə olacaqdı ki...
İndi yenidən qüvvəyə mindirmək istəyir.
Erməni diasporuna borclu olduğuna görə.

Mindirsin!
Nə dəyişəcək ki?!

Azərbaycan ordusunu qurub, silahlandırıb, torpaqlarını işğaldan qurtararaq sərhədlərini bağlayıb!
İndi isə Böyük qayıdış və digər məsələlərlə bağlı nəhəng layihələrini reallaşdırır.
Ermənistan ABŞ-yə nə verəcək ki?!
Əslində, ona sağmal inək kimi göz dikib!

Əgər ABŞ belə hesab edirsə ki, Ermənistan vasitəsilə Cənubi Qafqaza burun soxacaq, bu, onun xam xəyalıdır!
"Böyük Ermənistan" kimi baş tutmayan sevdadır!

*Əvvəla, Ermənistanın bir dövlət kimi mövcudluğu hələ sual altındadır.
* İkincisi, bəyəm Rusiya belə asanlıqla, dinməz-söyləməz buradakı yerini ona güzəştə gedəcəkdir?
* Üçüncüsü, İran uzun illər düşmənçilik etdiyi ABŞ-ni öz sərhədində görməkdən məmnun qalacaqmı?
Reallıq belədir ki, Cənubi Qafqazın söz sahibi sayılan Azərbaycanla yalnız əməkdaşlıqla, xoşluqla nəyəsə nail olmaq mümkündür!
Ermənistan ABŞ və Fransa ilə birlikdə Azərbaycanla 30 il düşmənçilik edərək nə qazandı ki, ABŞ də nə qazana?
* Qoy Fransa Ermənistana istədiyi qədər silah versin!
* Qoy Avropa Sülh Fondu erməninin silahlanması üçün ona istədiyi qədər vəsait ayırsın!
Etmənistanın ordusu, fərarilik etməyən əsgəri var ki, onları götürüb Azərbaycanın üstünə gəlsin?!
"Dəmir yumruq" artıq məsələni 24 saatdan tez həll etməyə başlayıb!
Yaxud Avropa İttifaqı Parlament Assambleyası İrəvanda bir iclas keçirərək deputatlarına imkan yaratdı ki, ağızlarına gələni danışsınlar.
NOOLDU...
İndi növbə AŞ PA-nındır!
Qoy bir xeylaq da onun deputatları nala-mıxa vursunlar!
Bununla daha nə dəyişəcək?
Yaxud daha bir misal gətirək...
907-ci düzəlişin müəlliflərindən biri sayılan ABŞ Prezidenti C.Bayden bir neçə il öncə 24 aprel müraciətində ermənilərin ən əlçatmaz arzusunu yerinə yetirərək "soyqırımı" ifadəsini işlətdi.
Dünya dağılmadı ki?!
NOOLDU?!
* Ermənistan kimdənsə təzminat aldı?
* Ermənistan kimdənsə torpaq qopardı?
Əksinə, o çıxışdan sonra ordusu darmadağın edilərək işğal ərazilərindən qovuldu!
İndi pəh-pəhlə Fransanın əli ilə Ermənistan-Azərbaycan (şərti) sərhədlərinə göndərilən casus müşahidə missiyasına yeni status verirlər!
Sonra?
Uzaqlardan gəlib Cənubi Qafqazda at oynatmaq istəyənlər qulaqlarının dibini görərlər!
Nə onlardan qorxan var, nə də qabaqlarından qaçan!
ABŞ və Fransa prezidentləri ölkələrindəki erməni diasporundan asılıdırlar, onların hesabına dövlətə başçı seçilirlər!
Azərbaycan isə kimsədən asılı deyil!
Xalq öz Prezidentini sevir və onun ətrafında birləşərək "dəmir yumruğ"a çevrilib.

Ölkə daxilində isə indiyədək görünməmiş milli birlik mövcuddur!
Heç bir hüquq müdafiə QHT-si, heç bir "5-ci kolon" KİV-i qələt qarışdıra bilməz!
Azərbaycan artıq baş problemini öz gücünə həll edib!
İndi isə digər vacib məsələlərlə məşğuldur!

***
Dostunu mənə göstər, kim olduğunu sənə deyim - əsrlərin sınağından çıxmış atalar sözüdür.
Fransanın kim olduğunu bilmək üçün Ermənistanın əməllərini xatırlamaq kifayətdir.
Yaxud da əksinə.
ABŞ-nin siyasətini, beynəlxalq hüquqa, ədalətə münasibətini təyin etmək üçün Fransanın və Ermənistanın bu sahədə törətdiklərini yada salmaq bəs edir.
Taylı tayını tapmasa, günü ahu-zarla keçər - bu da Azərbaycan atalar sözüdür!
Yaxşı tapışıblar!
Hər üçü soyqırımı törətmiş, hər üçü işğalçılıqla məşğul olmuş, hər üçü beynəlxalq hüququ və insanlıq qanunlarını tapdalamış yırtıcı xislətli dövlətdir.
İndi isə mahiyyətlərini gizlətməyə belə çalışmırlar.
Fransa bu gün də neokolonializm siyasəti ilə Cənubi Afrika respublikalarının qanını sorur, onları bir tikə çörəyə və normal insan həyatına həsrət qoyur.
ABŞ öz mənafeyi naminə daima ona inanan dövlətləri qan çanağında boğub, "demokratiya quruculuğu" adı ilə qarşıdurma, vətəndaş müharibəsi, dağıntı və fəlakətli vəziyyətlər yaradıb, bulanıq suda balıq tutub.
Başqa sözlə, ABŞ-yə inanaraq onun dediyini edənlər var-yoxdan çıxıb, torpaq itkisinə məruz qalıb, uzun illər normal inkişafdan kənar düşüb!
Medalın o biri üzündə isə başqa həqiqətlər də görünür:
"Məzlum", "zavallı" erməni, əslində, ABŞ-ni və Fransanı müəyyən dövrdə kimlərin idarə edəcəyini müəyyənləşdirir.
Baxın, erməni diasporu bu yolla ABŞ və Fransa prezidentlərini necə özündən asılı vəziyyətə salır.
Odur ki, təkcə Fransa yox, ABŞ siyasətçiləri, konqresmenləri də erməni diasporu ilə hesablaşmaq zorundadır.
Bu asılılıqdan heç cürə yaxa qurtara bilmirlər!

Üstəlik erməni diasporu onlara təkcə səs verməklə özündən asılı vəziyyətə salmır.
Həm də rüşvətlə ələ almaqla siyasi və iqtisadi hədəflərinin də icraçılarına çevirir.
Əslində, Azərbaycan Prezidenti İlham Əliyev dünya erməniliyinə qalib gəlməklə dünyanın ən böyük güc və imkan sahibini məğlub etmişdir!
Habelə seçkilər ilinə qədəm qoyan ABŞ rəhbərliyini və korrupsiyaya bulaşmış Fransa məmur, siyasətçi və senatorlarını da!
Artıq dünya erməniliyi ABŞ və Fransaya, Avropa İttifaqına və AŞ PA-ya Azərbaycana qarşı diplomatik və siyasi hücuma keçmək əmrini verib!
Son dövrdə baş verənlər isə açıq-aşkar göstərir ki, əmrin icrasına başlanılıb.
Həm ABŞ və Fransanın hərəkətlərindən, həm də Avropa İttifaqı PA ilə AŞ PA-nın canfəşanlıqlarından.
Oyun isə bizim meydanda gedir.
Rəqib komandaların oyunçuları ordan-burdan yığılsa da!
Uğurlar dövrünə qədəm qoymuş Azərbaycanın bu çəkişmədən də qalib çıxacağı şübhə doğurmur!
***
Azərbaycanın ən böyük həqiqəti onun yaratdığı bugünkü reallıqlardır.
O reallıqların bir qismi İlham Əliyevin sərkərdəliyi ilə 44 günlük Zəfər müharibəsinin nəticəsində baş vermişdir:
* Azərbaycan otuzillik işğaldan sonra öz torpaqlarını erməni işğalçılarından azad etdi!
* Azərbaycan ərazi bütövlüyünün bərpasına nail oldu!
* Azərbaycan suverenliyini və Konstitusiya əsaslarını da təmin etdi!
* Ən nəhayət, separatizmin yuvası sayılan Xankəndidə və bütün Qarabağ ərazisində dövlət bayrağını ucaltdı!
İkinci mühüm reallıq Azərbaycanın iqtisadi və hərbi qüdrəti ilə bağlıdır.
Ölkəmiz 2024-cü ilə yenə tarixinin ən yüksək büdcəsi - bu ildəkindən 139 milyon manat çox olan 36 milyard 763 milyonluq büdcə ilə gedir.
Bu həm də Cənubi Qafqazın ən böyük büdcəsidir.
Ənənəvi müqayisə aparsaq, Azərbaycanın yeni büdcəsi Ermənistanın gələnilki büdcəsindən:
* bütövlükdə 3,5 dəfə;
* hərbə ayırdığı vəsaitdən 2,1 dəfə;
* sosial sahəyə nəzərdə tutulan xərclərdən isə 1,5 dəfə artıqdır!
Bir daha vurğulayırıq:
Azərbaycanın dövlət büdcəsi düşmən dövlətin büdcəsindən faizlərlə deyil, dəfələrlə yüksəkdir.
***
II Qarabağ müharibəsindən Azərbaycan Ordusu böyük zəfərlə çıxdı!
Həm torpaqlarını azad etdi, həm də hücum edən tərəf olmasına baxmayaraq, düşməndən üç dəfə az itki verdi!
Ermənistan ordusu darmadağın edildi, Paşinyan bu günədək əsl itkilərinin miqdarını açıqlamağa cəsarət etmir.
Amma 12 min nəfərin fərarilik etdiyini boyunlarına almalı oldular.
Artıq Azərbaycanın ordusu tam komplektləşdirilib, sərf olunan sursat və silahlarını bərpa edib, hətta yenilərini, daha güclülərini alıb!
Bu gün Azərbaycan Ordusu dünyanın ən peşəkar, yaxşı təlim görmüş, müasir silahlarla təchiz edilmiş, ən nəhayət, konkret qələbə və nailiyyətləri olan ordularındandır.
Ermənistana isə nə qədər silah, hərbi texnika bağışlasalar, satsalar belə insan resurslarının tükəndiyi, gənclərin qaçıb getdiyi bu forpost ölkədə onları kimlərin işlədəcəyi məlum deyil!
Daha bir məqama diqqət yetirək:
Ermənistan və havadarları düşünməsinlər ki, sülh sazişinin imzalanmasını uzatmaqla Azərbaycanın işlərini yarımçıq qoyur, yaxud planlarını pozurlar!

QƏTİYYƏN!
"Dəmir yumruğ"u hazır vəziyyətə gətirən Azərbaycan Böyük Qayıdışa dair 
I Dövlət Proqramını böyük uğurla yerinə yetirməkdədir.
İşğaldan azad olunmuş ərazilərdə:
* yollar çəkilir;
* tunellər qazılır;
* beynəlxalq tipli hava limanları tikilir;
* sənaye məhəllələri salınır;
* yeni iş yerləri yaradılır;
* elektrik stansiyaları qurulur, elektrik xətləri çəkilir;
* aqrar sahənin inkişafı üçün süni göllər yaradılır, suvarma sistemi sahmana salınır;
* insanlar doğma yurda, dədə-baba torpaqlarına qayıdırlar.
Həm də köhnə yaşayış məntəqələrində yox, yeni, "smart" tipli kənd, şəhər və qəsəbələrdə yaşamağa qayıdırlar!
İlham Əliyevin Azərbaycanı daha ərazisi düşmən işğalında olan bir ölkə deyil!
Öz sözü, öz mövqeyi, aydın hədəfləri və məqsədinə çatmaq üçün bütün imkanları olan dövlətdir.

Hətta dünyanın super gücü sayılan ABŞ də Azərbaycanın haqlı mövqeyi ilə razılaşmalı olur!
Yeni reallığın yeni sualını da veririk:

Əgər İlham Əliyevin qoyduğu şərti ABŞ qəbul edirsə, onda Ermənistan bizim üçün nə karədir?!
***
Əgər kimsə güman edirsə ki, Azərbaycanı inkişafından ləngidir, hədəfə doğru irəliləməsində ona maneə yaradır, ciddi səhvə yol verir!
Azərbaycan irəliləyir, həm də sürətlə, məqsədinə doğru!
Və heç kim də ona mane ola bilmir və bilməyəcək də!

Bəzi məqamları yada salaq:
* Azərbaycan TDT ilə inteqrasiya şəraitində bir sıra layihələri uğurla icra edir.
* İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əlaqələri mövcuddur.
* Avropa İttifaqına məxsus bir sıra dövlətlərlə təbii qaz və "yaşıl enerji" ixracı ilə əlaqədar uzunmüddətli müqavilələr bağlayıb.
* SPECA çərçivəsində güclü əməkdaşlığa başlayıb.
Ən əsası, Orta dəhlizi tezliklə tam gücü ilə işə salacaqdır!
Buna kimsə mane ola bilməyəcəkdir!

Çünki İlham Əliyev çox müdrik və uzaqgörən siyasət yürüdür, hər addımını illər öncə hesablayıb atır və kimsə ona mane olmaq iqtidarında deyildir!
Mane olmağa cəhd göstərənlər isə özlərinə ziyan edirlər və çox keçmədən səhvlərini düzəltməkdən ötrü yenidən İlham Əliyevə müraciət edirlər.
Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars transmilli layihələri ilə bağlı baş verənləri xatırlayaq!
NOOLDU!!!
***
* Azərbaycan həmişə düz olub!
* Təmiz olub!
* Etibarlı olub!
* İkili oyun oynamayıb!
* Riyakarlıq və ikiüzlülük etməyib!
* Həm də dediklərini edib!
Odur ki, daim təmiz, açıq və düz söhbətə də hazır olub!
Prezident İlham Əliyev Azərbaycanın mövqeyini və münasibətdə olduğu dövlətlərlə əməkdaşlıq prinsiplərini daim açıq şəkildə bəyan edib:
* Biz bərabərhüquqlu, hər iki tərəfin maraqlarını təmin edən ikitərəfli münasibətlərə həmişə hazırıq!
* Kimsə bizimlə təhdid, hədə-qorxu dili ilə danışa bilməz!
* Azərbaycana təzyiq və təsir göstərmək cəhdləri mənasız və əbəsdir!
* Azərbaycan milli və dövləti maraqlarını daim uca tutur!
Qarabağ münaqişəsi davam edən dövrdə isə ölkəmiz heç kəsə heç nədə güzəştə getməyəcəyini, bir qarış ərazisindən belə keçməyəcəyini bütün dünyaya nümayiş etdirdi!
ABŞ-nin Azərbaycana qarşı qeyri-dost, ultimativ, ermənipərəst davranışlarına, Fransanın beynəlxalq hüquqla bir araya sığmayan düşmənçilik hərəkətlərinə də təmkinli və soyuqqanlı yanaşdı, adekvat addımlarını atdı, irəlicədən bəyan etdiyi prinsip və şərtlərindən bir addım belə geri atmadı.
Artıq heç kəsdə zərrə qədər də olsun şübhə yoxdur ki, İlham Əliyev Ermənistanla sülh müqaviləsini əvvəlcədən irəli sürdüyü beş şərt əsasında bağlayacaq, erməni dəyirmanına su tökənlərin danışıqlar prosesində iştirakına yol verməyəcəkdir!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video