25 Oktyabr 2025 08:50
763
SİYASƏT
A- A+
Erməni cəmiyyətində revanşistlərə inam qalmayıb

Erməni cəmiyyətində revanşistlərə inam qalmayıb


Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi vəziyyət gərginləşir, daha doğrusu, revanşist qüvvələr və onlara dəstək olanlar fəallaşır. Təəssüflər olsun ki, fəallaşan bu qüvvələr həm də sülh prosesinə təhlükə yaradır, durulmaqda olan suyu bulandırmağa, erməni cəmiyyətini çaşdırmağa çalışır. 

Revanşist dairələrin nümayəndələrindən biri olan, siyasi şərhçi Benyamin Matevosyan növbəti dəfə məntiqsiz və təxribat xarakterli açıqlama verib. O, sosial şəbəkədə yaydığı qeydlərində Nikol Paşinyanın ordu islahatını və Azərbaycanla tranzit razılaşmasını "eyni zəncirin halqaları" adlandırıb. İddia edib ki, guya bu addımlar Ermənistan üçün təhlükə yaradacaq. 

Hazırda Ermənistanda iqtisadi vəziyyət ağır olmaqla yanaşı, demoqrafik göstəricilər də yaxşı deyil, əhali sürətlə ölkəni tərk edir. Xüsusən Qarabağdan köçənlər sosial və iqtisadi çətinliklər məngənəsində sıxılan Nikol Paşinyan hökumətindən xeyli narazıdır. Ehtimal olunur ki, onların bir hissəsi parlament seçkilərində etiraz əlaməti olaraq Xocalı qatili Robert Koçaryana səs verə bilər. Eyni zamanda revanşist düşüncələrə sahib marjinal qrupların da keçmiş rejim nümayəndələrini dəstəkləmək ehtimalı var. Amma bütün bunlara baxmayaraq, ekspertlər hesab edirlər ki, Robert Koçaryanın Nikol Paşinyanı üstələmək şansı xeyli aşağıdır. Çünki ermənilər R.Koçaryanı sülhdən uzaq olan, müharibə tərəfdarı kimi tanıyırlar. Ona görə də erməni xalqı bu cür revanşistlərə heç vaxt səs verməz.  

Həmişə görünüb ki, din xadimləri, adətən, sülh təşəbbüsü ilə çıxış edər, insanları sülhə, əmin-amanlığa çağırar. Təəssüflər olsun ki, Ermənistanda belə deyil. Kilsə, din xadimləri bəzən açıq-açığına, bəzən də gizli yollarla revanşistləri dəstəkləyirlər. Buna görə də Ermənistanda gündən-günə iqtidar-kilsə qarşıdurması dərinləşir. Belə baxanda, Paşinyan hakimiyyəti ilə kilsə arasında bu gərginlik təzə deyil. Amma bu il mayın sonlarından başlayaraq, Ermənistanın baş nazirinin Erməni Apostol Kilsəsinin qanunsuz əməlləri ilə bağlı sosial şəbəkələrdə paylaşımları qarşıdurmanı açıq müstəviyə keçirib. Baş verən hadisələrdən, qarşıdurmalardan açıq-aydın görünür ki, kilsə sülh tərəfdarı olan hakimiyyəti yox, müharibə ocağını körükləyən revanşistlərə rəğbət bəsləyir.

Törətdikləri qanunsuz əməllərinə görə oktyabrın 15-də təhlükəsizlik qüvvələri Araqatsotn yeparxiyasının rəhbəri yepiskop Mkrtiç Proşyan da daxil olmaqla 13 din xadimini saxlayıb. Yepiskop da daxil olmaqla saxlanılan 3 şəxs barəsində cinayət işi başlanıb. Onlara vətəndaşları ictimai toplantılarda iştirak etməyə məcburetmə ittihamı ilə yanaşı, "etibardan sui-istifadə etməklə özgənin əmlakını mənimsəmə, külli miqdarda və vəzifə səlahiyyətlərindən istifadə etməklə törədildikdə" və "vəzifə mövqeyindən istifadə etməklə seçki hüquqlarının həyata keçirilməsinə mane olma" maddələri ilə ittiham irəli sürülüb. 

Baş verən bu hadisələrdən bəhs edən erməni mediası yazır ki, hakimiyyətin ruhanilərə hücumu bütün yeparxiyanı iflic vəziyyətinə salıb. Erməni Apostol Kilsəsinin 3 yeparxiyasının rəhbərləri  - Araqatsotndan Proşyan, Şirakdan Mikael Ajapaxyan və Tavuşdan Baqrat Qalstanyan dəmir barmaqlıqlar arxasına salınıb. Ajapaxyan dövlət çevrilişinə çağırışa görə 2 il, Qalstanyan isə üsyan hazırlamağa görə 15 ilə qədər həbs cəzası ala bilər. Xatırladaq ki, oliqarx Samvel Karapetyan kilsənin müdafiəsi üçün ilk çıxış edənlərdən olub. Bəyan edib ki, parlament müxalifəti Paşinyanı sakitləşdirə bilməsə, başqa üsullara əl atacaq. Buna cavab olaraq Ermənistan hakimiyyəti Karapetyanı dövlət çevrilişinə çağırışda günahlandıraraq saxlayıb. Onu 5 ilə qədər həbs gözləyir. 

Hakimiyyətə müxalif olan qüvvələr - "Qarabağ klanı", "Daşnaksütyun" və kilsə də seçkilərə hazırlıq görür. Çirkin məqsədlərinə çatmaq üçün bütün güclərini, resurslarını səfərbər edirlər. Ümumiyyətlə, Ermənistandakı bütün müxalifət, revanşist güclər Paşinyana qarşı birləşiblər. Onlar 2026-cı ildə keçiriləcək seçkilərin son şansları olduqlarını yaxşı anlayırlar. Ona görə də seçki ərəfəsində Rusiyaya bağlı olan kilsə, daşnaklar, revanşistlər, Sarkisyan-Koçaryan cütlüyü, o cümlədən xarici qüvvələr Ermənistandakı prosesləri həm açıq şəkildə, həm də gizli yollarla qızışdırmağa çalışırlar. 

Təbii ki, bütün bunlar, hakimiyyət üçün ciddi siqnaldır. Paşinyan dərk edir ki, əgər o, hakimiyyəti təhvil versə, ciddi ittihamlara məruz qalacaq və ötən illər ərzindəki hadisələrə görə bütün məsuliyyəti onun üzərinə atacaqlar. Bundan qaçmaq üçün Paşinyan ölkədə yaranmış vəziyyəti sabitləşdirmək və mövqeyini möhkəmləndirmək üçün təsirli addımlar atır. 

Bu gün Ermənistanda narazılıq yaradan başqa bir məsələ də ortalığa çıxıb.  Ermənistan hökumətinin qərarı ilə qondarma "erməni soyqırımı memorialı"nda  təmir-bərpa işləri aparılmağa başlanılıb. Bu isə o deməkdir ki, qondarma abidəni ziyarətə gedənlərin yolu bağlanıb. Hakimiyyətin bu addımı Qriqoryan kilsəsinin və revanşist qüvvələrin növbəti narazılığına səbəb olub. Bunu əllərində bəhanə edərək hakimiyyət əleyhinə kampaniya aparırlar. Revanşistlərdən nümunə götürün bəzi təşkilatlar da abidənin açılması ilə bağlı hökumətə çağırışlar edirlər. İddia edirlər ki, Nikol Paşinyan hökuməti qondarma erməni soyqırımı kompleksini bərpa adı ilə, əslində, tamamilə məhv etməyə çalışır. Buna görə də Ermənistan Memarlar Palatası kompleksdə bərpa işlərinin dayandırılmasını tələb edib. Memarların bu prosesə qoşulması təsadüfi deyil. Yəqin ki, onları buna revanşist qüvvələr məcbur edirlər. Din xadimləri isə həmişə olduğu kimi, yenə də siyasi proseslərə qarışaraq revanşistlərlə birgə addım atır. 

N.Paşinyanın məqsədi isə ölkəni illərlə mövcud olmuş həqiqətdən uzaq olan xülyalardan qurtarıb real dövlətçilik yoluna çıxarmaqdır. Əgər Paşinyan kilsənin siyasi təsirini məhdudlaşdıra və 2026-cı il seçkilərində mövqeyini qoruyub-saxlaya bilsə, Ermənistanın dünyəvi və Qərbyönlü inkişaf kursu, həmçinin Azərbaycanla sülh sazişini imzalaması ehtimalı artacaq. Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması, Gürcüstanla əlaqələrin yaxşılaşması Ermənistan üçün yeni regional imkanlar açacaq. Paşinyan bu istiqamətdə real irəliləyiş əldə edə bilsə, erməni xalqı revanşist qüvvələrə qarşı inamını tamamilə itirəcək, onların verdikləri aldadıcı vədlərə inanmayacaq.

Son günlər revanşistlərin həbsləri ilə bağlı Ermənistan cəmiyyətində müəyyən yumşalma, mülayimləşmə açıq-aydın hiss olunmaqdadır. Artıq İrəvanda yaxşı başa düşürlər ki, Azərbaycanla hərbi və siyasi rəqabət aparmaq, Qarabağı yenidən işğal etmək mümkün olmayan bir işdir, necə deyərlər, "şirin" xəyaldır. Revanşist qüvvələrə rəhbərlik edən Sarkisyan-Koçaryan cütlüyünün sərsəm çıxışları isə reallıqdan uzaqdır. Erməni cəmiyyəti üçün zərərli olan belə qüvvələrin həbsi isə Ermənistanın gələcəyinin xilasıdır. Bu çılpaq həqiqəti indi erməni xalqının əksər hissəsi yaxşı anlayır. Ona görə də revanşistlərin həbsinə cəmiyyətdə elə bir ciddi etiraz hiss olunmur. Deməli, erməni xalqı revanşistlərin deyil, sülhün, əmin-amanlığın tərəfindədir.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!