Ər-arvadın əmlakının bölünməsinin proseduru nədən ibarətdir?
“Ər-arvadın əmlakının bölünməsi prosedura çox əhəmiyyətlidir. Bəzi hallarda belə başa düşülür ki, ər arvadın əmlakını yalnız məhkəmələr bölə bilər. Əslində qanun imkan yaradır ki, ər-arvadın əmlak bölgüsünü onların hər ikisinin razılığı əsasında bağladıqları müqavilə ilə bu bölgü həyata keçirilə bilsin”.
AZƏRTAC xəbər verir ki, bunu Ali Məhkəmənin mülki kollegiyasının hakimi Zaur Əliyev bildirib.
Hakim qeyd edib ki, daşınmaz əşyalarla bağlı ər-arvad əmlakın bölünməsinə dair notarial qaydada müqavilə imzalayıb öz aralarında bölüşdürə bilərlər: “Bir məqamı da qeyd edim ki, əmlakın bölgüsünə dair ər-arvad arasında müqavilənin bağlanması hələ əmlakın bölüşdürülməsinin başa çatması demək deyil. Bunun üçün müqavilədə göstərilmiş qaydada hansı əşya yaxud hüquq kimə ayrılıb və kimə veriləcəksə, daşınar əşyalar həmin şəxsin sahibliyinə təqdim olunmalıdır. Daşınmaz əşyalarla bağlı qeydiyyatın dəyişdirilməsi üçün isə Daşınmaz Əmlakın Dövlət Reyestrinə ərizə ilə müraciət edilməklə qeydiyyat dəyişdirilməlidir. Bu iki hüquqi hərəkət başa çatdıqdan sonra bölüşdürülmə tamamlanmış sayılır və əmlak hər birinin mülkiyyətinə keçmiş sayılır.
Amma bir çox hallarda tərəflər anlaşa bilmir. Aralarında yaranan mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməli olurlar. Bu zaman əmlakın bölgüsünü məhkəmə aparır. Əslində məhkəmənin də bu barədə verdiyi qərar ər-arvadın ümumi birgə mülkiyyət rejiminin ləğv edilməsidir və onların paylarının müəyyənləşdirilərək fərdi mülkiyyətçi vəziyyətinə keçirilmələridir. Bunun üçün məhkəmə birinci növbədə ümumi əmlakın dairəsini müəyyənləşdirir ki, buraya həm aktivlər həm passivlər daxildir. Passivlər dedikdə borc və öhdəliklər nəzərdə tutulur. Məhkəmə aydınlaşdırır ki, bölgü dedikdə əslində nə nəzərdə tutulur və işin məhkəməyə gəlmə səbəbləri nədir. Əgər hər ikisi bütün əmlakın bölünməsində həmfikirdirsə, məhkəmə tərəflərin paylarını müəyyən edir, həmin paylara uyğun olaraq aktivdə olan əşyaların hər birinin fərdi mülkiyyəti üçün ayırır. Belə ayırma həyata keçirilərkən ilk növbədə onların öz istəkləri soruşulmalıdır.
Z.Əliyev bildirib ki, bəzən məhkəməyə müraciət yalnız əmlak üzərində payın müəyyən edilməsi ilə bağlı olur: “Əslində məhkəmə bu halda pay müəyyən etməklə işini bitirmiş saymamalıdır. Hakim hər bir halda bu iddia ilə məhkəməyə gəlmiş tərəflərin çatmaq istədikləri nəticənin hüquqi mənafeyinin nədən ibarət olduğunu aydınlaşdırmalıdır, tərəflərlə işin hüquqi vəziyyətini müzakirə etməlidir. Bu məhkəmənin xidməti vəzifəsidir. Əgər tərəflərin hər ikisi əslində bölgü, yəni fərdi mülkiyyətçi olmaq istəyirlərsə, yaxud onlardan biri israr edirsə ki, bölgü olsun, bundan sonra məhkəmə həmin qaydada bölgünü həyata keçirməlidir. Yox əgər ər arvad bölüşdürmək istəmirsə, yəni ümumi saxlamaqla birgə deyil, yalnız pay nisbətinin müəyyənləşdirilərək paylı mülkiyyətçi vəziyyətinə keçmək istəyirlərsə, bunu aydın şəkildə ifadə etməlidirlər. Məhkəmə bunu dəqiqləşdirməlidir”.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Şabranın 3 kəndini birləşdirən yol təmir edilir
19 May
GDU rəhbərliyi ilə tələbələrin görüşü keçirilmişdir
19 May
İndi Cəlilabad təkcə taxıl və üzüm diyarı deyil
19 May
"Yaşıl enerji"yə keçidlə bağlı dövlətimizin strateji hədəfləri var
19 May
İnsanlıq əleyhinə cinayət törətməkdə davam edən dövlət
19 May
Fransanın ittihamları siyasi tərbiyəsizlikdir
19 May
Müasir müstəmləkəçiliyin ən eybəcər siması
19 May
Problemlərin inkarı Fransa üçün Afrikanın itirilməsi ilə nəticələndi
19 May
Makronun müstəmləkəçilik fobiyaları
19 May
Strateji tərəfdaşlıq, qarşılıqlı etimada əsaslanan münasibətlər
19 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!