05 Fevral 2026 08:35
1003
CƏMİYYƏT
A- A+
Əqidəyə sədaqət

Əqidəyə sədaqət


Azərbaycanın əsrlərin süzgəcindən keçmiş milli dəyərlərini yaşadan, kiçik dövlət sayılan ailənin və bütövlükdə cəmiyyətin ən böyük mənəvi dayağı onlardır. Səbirli, dözümlü, müdrik qadınlarımız...

Tarixən belə olub. Azərbaycan qadınları yalnız fədakar ana və vəfalı ömür-gün yoldaşı kimi deyil, yeri gələndə atalarına, qardaşlarına, həyat yoldaşlarına silahdaş olmağı bacırıb, igidlikləri, şücaətləri ilə onlardan geri qalmayıblar. Dövrlərinə uyğun olaraq at çapıb, ox atıb, qılınc tutublar. Zaman dəyişdikcə, yeni silahlar çıxdıqca onlardan da məharətlə istifadə etməyi öyrəniblər. Atalarımız gücü, əzmi ilə yenilməz olan belə qadınlarımıza baxıb fəxrlə "Aslanın erkəyi, dişisi olmaz" deyiblər.

Ağıllı olduqları qədər bacarıqlı, istedadlıdırlar. Əsrlərə üz tutaq. Yalnız məmləkətimizdə deyil, uzaq-uzaq ölkələrdə də tanınmış, müdrikliyi, qəhrəmanlığı, ədaləti ilə nümunə olmuş hökmdar, siyasətçi, şair, rəssam... Azərbaycan qadınlarının adlarını bu gün də ehtiramla anırıq.

Bəzən cəmiyyət onların gücünü, istedadını düzgün qiymətləndirə bilməyib. Yersiz qadağalarla, yanlış münasibətlərlə onların inkişafına mane olmağa çalışıb. Ancaq mübariz Azərbaycan qadınları daim zamanın fövqündə dayanmağı bacarıblar. Odur ki, Şərqdə bir çox birincilik - ilk diplomat qadın, ilk bəstəkar, ilk aktrisa və daha neçə-neçə ilklər Azərbaycan qadınlarının adlarına yazılıb.  

İllər ötdükcə Azərbaycan qadınları ziyalı, maarifçi, sənətkar kimi formalaşaraq xalqın taleyində mühüm rol oynayıblar. Təhsildə, elmdə, siyasətdə, mədəniyyətdə və ictimai həyatda fəal mövqeyi ilə seçilib, ölkənin inkişaf yolunda mühüm söz sahibinə çevriliblər. Haqqında söhbət açacağımız Elmira Məmməd qızı Qasımova kimi...

Azərbaycanın ictimai-siyasi xadimi Elmira Qasımova 1951-ci il fevralın 9-da İmişli rayonunun Yalavac qəsəbəsində dünyaya gəlib. Kiçik yaşlarından arzularını məqsədə çevirməyi bacarıb. Orta təhsilini başa vurduqdan sonra ali təhsil almaq bir çox gənc kimi onun da ən böyük istəyi olub. Ancaq Elmira Qasımovanın fikri, niyyəti yalnız ali məktəbdə oxuyaraq diplom almaq, təhsil aldığı ixtisas üzrə çalışmaq deyildi. Pedaqoji və siyasət sahəsində bilik və bacarıqlarını artırmağı qarşısına məqsəd qoyub. Odur ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində dil və ədəbiyyat üzrə, daha sonra isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında politologiya üzrə ali təhsil alıb. 

Öz üzərində böyük səylə çalışıb. Geniş savada, dünyagörüşünə malik olmaq üçün daim öyrənib.

Elmira xanım həmçinin rus dilini yaxşı bilir. Bu da onun siyasi və beynəlxalq əlaqələr sahəsində fəaliyyətini asanlaşdırıb. 

Azərbaycanın müstəqillik tarixində elə şəxsiyyətlər var ki, onların fəaliyyəti yalnız tutduqları vəzifə ilə deyil, həm də təmsil etdikləri dövrün məsuliyyəti və çətinliyi ilə ölçülür. Elmira Qasımova məhz belə ictimai-siyasi xadimlərdəndir. O, dövlətçilik ənənələrinin yenidən qurulduğu, parlament mədəniyyətinin formalaşdığı mürəkkəb dövrdə Milli Məclisdə təmsil olunan qadın deputatlardan biri kimi yadda qalıb.

Yaşının ən gənc çağlarında gənclərə örnək olaraq çıxmışdı həyat yoluna. Elmira Qasımova əməyi, zəhməti ilə İmişli rayon gənclərinin nümunəsinə çevrilib və rayon rəhbərliyində yüksək vəzifələrə təyin olunub.

Ölkənin ən çətin dönəmlərində gecə-gündüz yorulmadan qonşu rayonlardan pənah gətirən məcburi köçkünlərin yerləşdirilməsi, onların sosial rifahının yaxşılaşdırılması və bir çox məsələnin operativ həlli üçün dayanmadan çalışıb.

Bu, uzunmüddətli və əzmkar fəaliyyətin nəticəsində 1995-ci ildə Elmira Qasımova 68 saylı İmişli seçki dairəsindən bitərəf namizəd kimi qeydə alınıb. 1995-ci il noyabrın 26-da Azərbaycan Respublikasının Milli Məclisinin birinci çağırış deputatı seçilib. 2000-ci il noyabrın 12-dək parlamentdə fəaliyyət göstərib.

Xalqın səsini çatdırmaq, seçicilərin problemlərini gündəmə gətirmək üçün siyasi arenanın mərkəzində dayanmağı bacaran Elmira Qasımova deputatlıq fəaliyyəti dövründə bir sıra qanun layihələrinin hazırlanması və müzakirəsində yaxından iştirak edib. O, bu illər ərzində əlil gənclərə, erkən yaşlarında məhbus həyatı yaşamış gənclərə, kimsəsiz gənclərin ailə qurmasına dəstək göstərib, seçicilərin sosial problemlərinin həllində fəal rol oynayıb.

O, Milli Məclisdə Sosial siyasət daimi komissiyasının üzvü kimi çalışıb. Həmçinin Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvü olub. 

Elmira xanım parlamentdə sosial siyasət sahəsinin inkişafı, vətəndaşların sosial hüquqlarının qorunması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi kimi məsələlərə xüsusi diqqət yetirib və bu istiqamətlərdə ardıcıl fəaliyyət göstərib. Deputat kimi fəaliyyəti onun cəmiyyətin sosial problemlərinə həssas yanaşmasını və qanunvericilik prosesinə verdiyi töhfələri aydın şəkildə nümayiş etdirib.

Elmira Qasımovanın parlamentdaxili fəaliyyəti, xüsusilə sosial siyasət və beynəlxalq əlaqələr üzrə aparılan işlərdə iştirakı milli qanunvericiliyin formalaşmasında faydalı olub. Onun fəaliyyəti qadınların ictimai-siyasi sahədə iştirakının genişləndirilməsi, sosial problemlərin qanunvericilik müstəvisində əks olunması və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində diqqətəlayiq olub.

E.Qasımova Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamış sabiq deputatlardandır. Onun parlamentar fəaliyyəti, sosial və beynəlxalqyönümlü təşəbbüsləri ölkədə demokratik institutların möhkəmlənməsi və qadınların siyasi iştirakının gücləndirilməsi baxımından da əhəmiyyət daşıyır.

Elmira xanımın bu gün 75 yaşı tamam olur. Ömrünün 40 ilini Azərbaycan xalqına və dövlətinə sədaqətlə həsr etmiş sabiq deputat öz mövqeyi və fəaliyyəti ilə ölkənin ən sadiq siyasətçi qadınlarından biridir. Heydər Əliyev siyasi məktəbindən bəhrələnən Elmira Qasımova Ümummilli Liderin hər iki hakimiyyəti dövründə onun ideyalarına sədaqətlə bağlı olub. 

İnsan öz əqidəsinə sədaqəti ilə ucalır. Elmira xanım məhz bu keyfiyyəti ilə həm imişlililər, həm də geniş ictimaiyyət arasında böyük hörmət qazanıb. Yaşının bu çağında belə rayon və respublika səviyyəli tədbirlərdə fəal iştirak edir, zəngin təcrübə və biliklərini gənclərlə bölüşür. 

Ömrünü doğma Azərbaycana olan müqəddəs sevgisinə həsr edən Elmira Qasımova həm də anadır. Cəmiyyət üçün örnək üç övlad böyüdüb. Onun övladlarından ikisi hüquqşünas, biri həkimdir. O, övladlarına, nəvələrinə örnək və ümumilikdə gələcək nəsillərə layiqli insan nümunəsi, xanım, ana və nəhayət, tarixdə iz qoymuş siyasətçi qadınlardan biri olmağı bacarıb.

Elmira Qasımovanın vətənə, dövlətə, millətə olan sonsuz sevgisinin uzun illər davam etməsini, nəsillərə ötürülməsini arzu edirik.


Günel HÜSEYNOVA,

Azərbaycan Yaradıcılıq Fondu Qarabağ filialının sədr müavini, Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!