22 Avqust 2025 19:40
574
İQTİSADİYYAT
A- A+
“Enterprise Azerbaijan” portalının rəhbəri Azərbaycanın Özbəkistanda startap imkanlarından danışıb  

“Enterprise Azerbaijan” portalının rəhbəri Azərbaycanın Özbəkistanda startap imkanlarından danışıb  


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov Daşkənddə keçirilən, Azərbaycan–Özbəkistan əməkdaşlığının yeni perspektivlərinə həsr olunmuş dəyirmi masada ölkəmizi təmsil edib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “Özbəkistan və Azərbaycan: müttəfiqliyin yeni perspektivləri və beynəlxalq əməkdaşlıq” mövzusunda təşkil olunan tədbirdə üç sessiya üzrə siyasi dialoq, regional və beynəlxalq məsələlərdə strateji əməkdaşlıq, iqtisadiyyat, enerji, nəqliyyat, elm, təhsil, mədəniyyət və turizm sahələrində qarşılıqlı fəaliyyət, həmçinin Orta Dəhlizin rolu və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub.

İsa Qasımov “Özbəkistan–Azərbaycan əməkdaşlığında investisiya və innovasiya perspektivləri” mövzusunda çıxış edərək iki ölkə arasında strateji tərəfdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan və Özbəkistan iqtisadiyyatları bir-birini tamamlayır və qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi yan sənayelərin inkişafına mühüm töhfə verə bilər.

Çıxışda qeyd olunub ki, son beş ildə iki ölkə arasında xarici ticarət dövriyyəsi orta hesabla 27,7 faiz artıb, bu ilin ilk beş ayında isə göstərici üç dəfədən çox yüksələrək 200 milyon ABŞ dollarını keçib. Hazırda illik ticarət və investisiya hədəfi 1 milyard dollar müəyyən olunub, təxminən 300 birgə müəssisə fəaliyyət göstərir.

İsa Qasımov innovasiya ekosistemi sahəsində əməkdaşlıq imkanlarına da toxunub. O, “Enterprise Azerbaijan” portalı tərəfindən həyata keçirilən startap layihələri və beynəlxalq akselerasiya proqramları barədə məlumat verərək, bu layihələr çərçivəsində hazırda 126 startapın dəstəkləndiyini, ABŞ, Almaniya, Cənubi Koreya və Türkiyə kimi qabaqcıl ekosistemlərlə əməkdaşlıq edildiyini vurğulayıb.

Özbəkistanın IT Park fəaliyyətini yüksək qiymətləndirən portal rəhbəri gələcəkdə birgə vençur fondlarının, inkubasiya və akselerasiya proqramlarının yaradılmasının mümkünlüyünü qeyd edib. O, həmçinin İİTKM tərəfindən nəşr olunmuş “The Middle Corridor: Navigating Current Realities and Embracing Future Prospects” kitabını tədbir iştirakçılarına təqdim edib.

Beynəlxalq dəyirmi masada hər iki ölkəni ümumilikdə 20-dən artıq dövlət qurumu təmsil edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!