19 Mart 2025 08:10
572
SİYASƏT
A- A+
Ən təhlükəsiz ölkə

Ən təhlükəsiz ölkə


Azərbaycanın antiterror reytinqində ən yüksək yer tutması İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir 


"Global Terrorism Index 2025" (GTI) hesabatına görə, Azərbaycan yenə də ən təhlükəsiz ölkələr arasında yer alıb. Reytinq sıralamasında öncə ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi ən yüksək olan ölkələr yer alıb. Bu ölkələr arasında ilk sıralara - 1.Burkina Faso (8.581), 2.Pakistan (8.374), 3.Suriya (8.00) daxil edilib. 

Qeyd olunan sıralamada İsrail (7.463) 8-ci, Rusiya (6.267) 16-cı, İran (6.056) 18-ci, Türkiyə (3.968) 32-ci, ABŞ (3.517) 34-cü, Fransa (2.712) 40-cı, Niderland (1.402) 60-cı, Norveç (1.198) 66-cı,  Finlandiya və Yaponiya (0,949) 72-ci, Danimarka və Ermənistan (0.72) 79-cu, Avstriya və Cənubi Koreya (0.582) 82-ci, Latviya və Litva (0.423) 86-cı yerdə qərarlaşıb.

"Global Terrorism Index" (GTI) reytinq sıralanması indeksləri terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstəricilər üzrə hesablamalara əsaslanır.

Azərbaycan terror təhlükəsi üzrə qeyd olunan sıralamada "0.233" indekslə 2024-cü illə müqayisədə (89) bir reytinq də yüksələrək 2025-ci ildə 90-cı yerdə qərarlaşmaqla, 1-dən 100-dək artan mümkün reytinq həddində dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi yüksək reytinqə sahiblənib.

Beynəlxalq akademik institutlar, Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Bankı və digər beynəlxalq təşkilatlar üçün istinad mənbəyi kimi çıxış edən "Global Terrorism Index" hesabatları İqtisadiyyat və Sülh İnstitutu (Institute for Economics and Peace - IEP) tərəfindən dövri olaraq açıqlanır.

Azərbaycan belə təhlükəsizlik səviyyəsini destruktiv qüvvələrin dini, etnik və digər zəminlərdə pozucu planlarından meşələrdə sığınacaqlar yaradılması cəhdlərinədək hər cür terror-təxribat həmlələrinin olduğu bir şəraitdə əldə edib.

Beynəlxalq təşkilatların hesabatlarından göründüyü kimi, kifayət qədər həssas və mürəkkəb geosiyasi məkanda olsa da, uğurlu dövlət siyasəti nəticəsində bərqərar olmuş inkişaf, əmin-amanlıq, o cümlədən terrorçuluğa qarşı mübarizə sahəsində təhlükəsizlik orqanları tərəfindən görülən effektiv işlər sayəsində Azərbaycan son illər dünyada yüksək daxili təhlükəsizlik reytinqinə sahiblənib.

Bu hesabat da Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi, uğurlu daxili və xarici siyasəti, həmçinin hüquq-mühafizə orqanlarının peşəkarlığı nəticəsində ən təhlükəsiz ölkələrdən biri olduğunu təsdiqləyir.

Bu fakt Prezident İlham Əliyevin yürütdüyü siyasətin daxili sabitliyi, regional təhlükəsizliyi yüksək səviyyədə təmin etdiyini, bölgədə sağlam mühit formalaşdırdığını bir daha sübut edir. Azərbaycanın dünyanın antiterror reytinqində yüksək yerlərdən birini tutması həm də ölkəmizin hüquq-mühafizə orqanlarının yüksək peşəkarlığından, onların yaratdığı etibarlı təhlükəsizlik mühitindən xəbər verir. 

Ümumiyyətlə, belə reytinqlər tərtib olunanda xüsusi xidmət orqanlarının, həmçinin hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri mütləq şəkildə nəzərə alınır. Eyni zamanda əməliyyat şəraitinin tam şəkildə nəzarətdə saxlanması üçün atılan addımlar da vacib məsələdir. Azərbaycan xüsusi xidmət orqanları ən ciddi təhdidlərdən biri sayılan dini radikal qruplaşmalara qarşı uğurlu tədbirlər görür. Bu qruplaşmalar dövlətçiliyə qarşı atılan addımlarla gündəmə gəlirlər. Odur ki, onların əvvəlcədən planlaşdırılmış terror aktlarının qarşısının alınması çox vacib elementdir. Buna görə də həm Daxili İşlər Nazirliyi, həm Dövlət Təhlükəsizlik Xidməti digər hüquq-mühafizə orqanları ilə koordinasiyalı şəkildə bu proseslərdə fəal iştirak edirlər. 

Vətən müharibəsi və antiterror tədbirləri zamanı atılan addımlar da reytinqdə yüksəlmənin ən mühüm göstəricilərindən biridir. Məhz buna görə Azərbaycan xüsusi xidmət orqanları üzərlərinə düşən peşə hüquqlarını ən yüksək səviyyədə yerinə yetirirlər. 

Bütün uğurlu göstəricilər Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarının yerinə yetirilməsi və xüsusi xidmət orqanlarına göstərdiyi qayğı sayəsində əldə olunur. 

Bu gün dünyanın müxtəlif qütblərində baş verən toqquşmalar, müharibələr, terror təhlükələri, təhdidlər onu deməyə əsas verir ki, artıq beynəlxalq hüquq, insan haqları, ədalət prinsipləri yalnız sözdə səslənən terminlərə, fikirlərə çevrilib. Şükürlər olsun ki, hazırda dünyada ən sabit məkanlardan biri Cənubi Qafqazdır. Artıq bu regionda olan 30 illik müharibə, 200 illik münaqişə başa çatıb. İndi regionda yeni reallıqlar yaranıb. Bunun da müəllifi Prezident İlham Əliyevdir. 

Düzdür, son zamanlarda Fransa kimi ölkələr Cənubi Qafqazda yenidən xaos yaratmağa çalışırlar. Əsas niyyətləri Azərbaycanın artan nüfuzuna xələl yetirmək və əldə etdiyi tarixi hərbi-siyasi Zəfərə kölgə salmaq, bölgəni yenidən qan çanağına çevirməkdir. Əlbəttə ki, bu hücumların, kampaniyaların heç bir təsiri olmayacaq. Çünki  İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir və Bakının rəyi öyrənilmədən, maraqları nəzərə alınmadan bölgədə hər hansı addımın atılması mümkünsüzdür. Regionda söz sahibi Azərbaycandır və onun qüdrətli liderinin siyasətinin prioriteti bölgədə ilk növbədə sühün, təhlükəsizliyin təminatıdır. Məhz buna görə də "Global Terrorism Index 2025" hesabatında yer alan məlumatlar ölkəmizin, onun Prezidentinin və güc orqanlarının tarixi uğuru kimi dəyərləndirilə bilər.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Könüllü Baharı 2” yekunlaşıb  

18:28
12 Mart

Şarl Mişel: Bakı qlobal dialoq və əməkdaşlıq üçün mühüm platformaya çevrilib

18:27
12 Mart

XIII Qlobal Bakı Forumunun məqsədi problemlərin daha da dərinləşməsinin qarşısını almaqdır

18:25
12 Mart

ÜST-nin Baş direktoru: Dünyada uşaqların 80 faizindən çoxu ölümcül xəstəliklərə qarşı peyvənd olunur  

18:11
12 Mart

Seneqalın sabiq Prezidenti: Qlobal çağırışların həlli üçün çoxtərəfli əməkdaşlıq gücləndirilməlidir  

18:06
12 Mart

BƏT nümayəndələri AHİK ilə əməkdaşlığın mövcud səviyyəsini yüksək qiymətləndiriblər  

18:01
12 Mart

Sabiq Prezident: Dünya məqsədsiz prosesə ehtiyac görmür

17:58
12 Mart

YAP-ın 2025-ci il üzrə maliyyə hesabatı təsdiqlənib

17:53
12 Mart

İşğaldan azad olunmuş ərazilərdə əhaliyə göstərilən tibbi xidmətlər daha da təkmilləşdiriləcək  

17:51
12 Mart

Əsaslı təmirdən sonra yaşayış binaları hərbi qulluqçuların istifadəsinə verilib 

17:48
12 Mart

Sabiq Baş nazir: Konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycanı və Prezident İlham Əliyevi təbrik edirəm  

17:43
12 Mart

Ələt Azad İqtisadi Zonası Çin istehsalçıları üçün cəlbedici mərkəzə çevrilir  

17:41
12 Mart

Binəli Yıldırım: Türkiyə-Azərbaycan həmrəyliyi bölgədə sülhün və sabitliyin ən güclü təminatlarından biridir  

17:37
12 Mart

Azərbaycan iqtisadiyyatı böyüyüb

17:31
12 Mart

Rebeka Qrinspan: Qlobal Bakı Forumu dünyada dialoq və çoxtərəfli əməkdaşlıq üçün mühüm platformadır

17:30
12 Mart

Azərbaycan ilə Serbiya ailə siyasəti və qadın hüquqları sahəsində əməkdaşlığı genişləndirə bilər

17:27
12 Mart

Hikmət Hacıyev: Bizim üçün “orta güc” anlayışı problemlərin həllinə yönələn yanaşma deməkdir  

17:23
12 Mart

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Latviyanın Rifah Nazirliyi arasında əməkdaşlıq üzrə Tədbirlər Planı imzalanıb  

17:21
12 Mart

Hörmüz boğazından daşımalar Yaxın Şərqdəki münaqişədən əvvəlki səviyyənin 10 faizindən də azdır  

17:19
12 Mart

İran səfiri: Azərbaycan hökumətinə və xalqına dərin minnətdarlığımı bildirirəm

17:16
12 Mart

İsmail Serageldin: Qlobal Bakı Forumu beynəlxalq sistemdə dialoq üçün mühüm platformadır

17:13
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!