28 Noyabr 2024 22:27
213
PARLAMENT
A- A+
Əmək və sosial siyasət komitəsi beş məsələni parlamentin plenar iclasına tövsiyə edib

Əmək və sosial siyasət komitəsi beş məsələni parlamentin plenar iclasına tövsiyə edib

Noyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Musa Quliyev gündəliyə büdcə zərfində olan beş qanun layihəsinin daxil edildiyini deyib. Bildirilib ki, bunlar “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə ikinci oxunuşda olan qanun layihələridir.

Musa Quliyev Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə görülən işlər, bu sahənin həmişə diqqət mərkəzində saxlanılması, vətəndaşların sosial rifahının yüksəldilməsi üçün həyata keçirilən tədbirlər və icra edilən dövlət proqramları barədə danışıb. O bildirib ki, gələn ilin dövlət büdcəsində sosial xərclər 17 milyard manat nəzərdə tutulur ki, bu da dövlət büdcəsinin 41 faizi deməkdir. Qeyd edilib ki, son 5 ildə sosial sahədə aparılmış dərin islahatlar nəticəsində böyük uğurlar əldə edilib. Ölkə başçısının təşəbbüsü və rəhbərliyi ilə 4 böyük sosial islahatlar zərfi qəbul edilib. Bu sosial islahatlar zərfinin illik xərci 7 milyard manat təşkil edir və 4 milyon vətəndaşımız hər il bu islahatlar zərfindən bəhrələnir.

Musa Quliyevin sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi imkan verir ki, əmək pensiyalarının orta aylıq məbləği gələn il 535 manata, yaşa görə pensiyanın orta aylıq məbləği isə 571 manata çatdırılsın. Büdcədə sosial müavinətlər üçün 198 milyon manat ayrılıb ki, bu da cari ildəkindən çoxdur. 2025-ci il üzrə DSMF-nin büdcəsi artaraq 7,7 milyard manat proqnozlaşdırılır. Bu, cari ilin büdcəsinə nisbətən 10,5 faiz çoxdur.

Sonra “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verən komitə sədri diqqətə çatdırıb ki, 2025-ci ildə fondun büdcəsi 261 milyon manat nəzərdə tutulur, bu da cari ildəkindən 9,5 faiz çoxdur.

O bildirib ki, Azərbaycanda 2025-ci il üçün yaşayış minimumu və 2025-ci il üçün ehtiyac meyarının həddi bərabər olmaqla ölkə üzrə 285 manat təşkil edəcək.

Komitə sədri çıxışında Azərbaycanda özünüməşğulluq proqramlarının uğurla icrası, yeni iş yerlərinin açılması, həyata keçirilən aktiv məşğulluq tədbirləri, əhalinin pensiya təminatı barədə də fikirlərini açıqlayıb.

Sonra gündəliyin beşinci məsələsi olan “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşu barədə məlumat verən Musa Quliyev bildirib ki, bu qanun layihəsi Vergi Məcəlləsinə uyğunlaşdırma məqsədilə hazırlanıb. Belə ki, Vergi Məcəlləsinə əsasən, vergi ödəyiciləri Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə hüquqi şəxs və ya qeyri-rezidentin daimi nümayəndəliyi ləğv edildikdə, yaxud vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə həmin Məcəllədə göstərilən ümumi müddətlərdən gec olmamaq şərti ilə 30 gün müddətində ödəmə mənbəyində tutulan vergilər barədə vergi orqanına bəyannamə verməyə borcludurlar.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin məşğulluğu, aztəminatlı ailələr, şəhid ailələri, müharibə veteranları hər zaman dövlətimizin diqqət mərkəzində olub. Eyni zamanda, artıq dövlətimizin başçısı tərəfindən 5-ci sosial islahat zərfi barədə anons verilib. Büdcədə bu islahatların həyata keçirilməsi üçün zəruri maliyyə vəsaiti nəzərdə tutulub.

Nazir müavini qeyd edib ki, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində işlər davam etdirilir. Ötən müddətdə əmək müqavilələrinin sayı ölkə üzrə 47 faiz artıb. Bu gün tam əminliklə deyə bilərik ki, ölkədə əməkhaqqı fondu 3 dəfəyədək artıb. Minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq əməkhaqqı 82 faiz yüksəlib. Sosial ödənişlərlə bağlı islahatlar da ardıcıl xarakter daşıyır. Bununla yanaşı, əmək pensiyaları sahəsində də islahatlar həyata keçirilib. Minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya 2,4 dəfə, yaşa görə orta aylıq pensiya 2,3 dəfə artıb.

Nazir müavini ünvanlı dövlət sosial yardımı, əlilliyin təyinatı, məşğulluq, “DOST” modelinin tətbiqi, xidmətlərin elektronlaşdırılması, işsiz şəxslərin özünüməşğulluğu, şəhid ailələrinin, müharibə əlillərinin hüquqlarının təminatı, mənzillərin, avtomobillərin paylanılması və digər istiqamətlərdə görülmüş işlərdən danışıb.

Anar Əliyev qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 2025-ci il üzrə 7,7 milyard manat proqnozlaşdırılır. Bu da 2024-cü ilə nisbətən 727 milyon manat (və ya 10,5 faiz) çoxdur. İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi isə 260,7 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 9,5 faiz çoxdur.

Nazir müavini bildirib ki, bu gün əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi üçün hökumət tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir.

İclasda çıxış edən Hesablama Palatasının auditoru Vəfa Mütəllimova diqqətə çatdırıb ki, Palatanın qənaətinə görə büdcədə nəzərdə tutulmuş tədbirlər ölkə Prezidentinin müəyyən etdiyi hədəflərin əldə edilməsinə istiqamətlənib. Büdcədə nəzərdə tutulmuş vəsait bu hədəflərə nail olunması üçün kifayət qədər maliyyə ehtiyatı yaradır.

Daha sonra məsələlərin müzakirəsi zamanı çıxış edən komitə üzvləri büdcə zərfinə daxil olan bu qanun layihələri barədə fikirlərini bildiriblər, qeyd və təkliflərini səsləndiriblər. Nazir müavini Anar Əliyev qaldırılan məsələlərə münasibət bildirdikdən sonra gündəlikdəki 5 məsələnin hamısı ikinci oxunuşda parlamentin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Liqası: “Qarabağ” “Lion”a məğlub olub

23:47
28 Noyabr

"Kredit büroları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

23:21
28 Noyabr

İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında

23:19
28 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 27 aprel tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların Siyahısı”nda dəyişiklik edilməsi haqqında 

23:18
28 Noyabr

AQTA sədri sahibkarları dinləyib  

22:28
28 Noyabr

Əmək və sosial siyasət komitəsi beş məsələni parlamentin plenar iclasına tövsiyə edib

22:27
28 Noyabr

Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş keçirilib  

22:25
28 Noyabr

QMİ sədri: Qlobal problemlərin həllində multikulturalizm ideyaları xüsusi əhəmiyyət daşıyır  

22:23
28 Noyabr

Astanada Türk dünyasının görkəmli şəxsiyyətlərinin irsinə həsr olunmuş tədbir keçirilib  

22:22
28 Noyabr

“Araz-2024” birgə taktiki təlimi başa çatıb  

22:21
28 Noyabr

Putin bildirib ki, “Oreşnik”in kütləvi tətbiqi nüvə silahı zərbəsinin gücünə bərabər olacaq  

22:18
28 Noyabr

Yüzdən çox ölkədən 500 xarici QHT COP29-da “Baku dönüşü” ilə əlaqədar birgə bəyanat yayıb  

22:15
28 Noyabr

"Zəfər Günü”nə həsr olunmuş XXXII ənənəvi ölkə Spartakiadasının final mərhələsi keçirilib  

22:14
28 Noyabr

ÜST: Dünyada hər 7 gəncdən biri psixi sağlamlıq problemləri ilə üzləşir  

22:12
28 Noyabr

Paris yeni ballistik raket yaradır

22:10
28 Noyabr

Bu istifadəçilər gözəllik filtrlərindən istifadə edə bilməyəcəklər

22:08
28 Noyabr

“Apple” kameraları insanların üzlərini görmədən də tanıyacaq  

22:07
28 Noyabr

Gürcüstan parlamenti İrakli Kobaxidzenin rəhbərlik etdiyi hökumətə etimad səsverməsi keçirib  

22:06
28 Noyabr

CSA: Fransızların 68 faizi ölkənin qoşunlarının Ukraynaya göndərilməsinə qarşıdır  

22:05
28 Noyabr

Hələbdə 32 kənd və 10 rayon Suriya müxalifətinin əlinə keçib  

22:03
28 Noyabr

Azərbaycan Taekvondo Federasiyası hakimlər üçün seminar təşkil edib  

22:02
28 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!